Страницы

02.11.2011

Nöqtə, vergül, nida, sual...

Sevinc Şirvanlı

Nöqtə,vergül, nida, sual (.,!?)

Yazıram nöqtəsiz,vergülsüz şeir
Bu mənim qəlbimin icindən gəlir.
Nöqtə son deməkdir,hələ son deyil
Mənimsə başlanğıc xoşuma gəlir.

Baxıram nidaya qiptə edirəm,
Hər zaman onun tək qalmaq olmayır.
Nidanı xoşlayır yalnız ürəyim,
Onuda hər yerdə yazmaq olmayır.

Həyatdır,əyilən,sınanda olur,
Nidadan keçibdir mənə bu qürur.
Mənsə bu vergülü heç xoşlamıram,
Elə bil kiməsə baş əyib durur.


Həyat başdan-başa olubdur sual,
Əzəlimiz sual,sonumuz sual.
Cavabın verməyə qüdrətim yoxdur,
Onunçun suala vermirem sual.

                 Kitab

Kitab oxumağı çox sevirəm mən,
Çünki az danişib çox dinləyirəm.
Başımı kitabdan qaldıranda mən,
Dünyanı çirkaba batmış görürəm.

Bir kitab olaydı,bir mən,bir otaq,
Çəkilib olaydım hər kəsdən uzaq.
Kitablar içində keçəydi ömrüm,
Ömrümü böləydim kitabla ortaq.

Kitab sözündəki tab nə deməkdir,
Məncə çətinliyə sinə gərməkdir.
Əlinə kitab al,həyat çətindir,
Oxu ki,oxumaq səadətindir.

Kitablar insanı zirvəyə çəkir,
Kitab yolumuza gül çiçək əkir.
Sevinc,sən də oxu büdrəməyəsən.
Həyat bizi hər an sinağa çəkir.

Tək səndən inciyə bilmirəm, Allah!

Ağrıtdı qəlbimi tanıdıqlarım,
Ağrıtdı qəlbimi əzizlərim də.
Kimsəyə qalmayıb bir etibarım,
Qəlbimi aldadır öz gözlərimdə.

Sən mənə vermisən saf can,istedad,
Səndən gələn bela ənamdır,Allah!
Səndən inciməyə haqqım da yoxdur,
Tək səndən inciyə bilmirəm,Allah!

Nə qədər qəddarmış insanlar,Allah!
Onlardan qaçıram üz tutub sənə.
Ölüm hökmünü də  qıyardı,Allah
Sənin verdiyini versəydi mənə.

Çoxuna yer verdim ürəyimdə mən
Onlardan paxıllıq,yalanlar gördüm.
Varlığı büsbütün dünyama dəyən
Allahı,birdəki,anamı bildim!

Комментариев нет:

Отправить комментарий