Страницы

16.11.2011

Təkərə düşdünüz


Oktay Hacımusalı
Oturub Kəramət Böyükçölün müsahibəsini oxuyuram. Cəlil yaman danışdırıb Kəraməti. Kəramət bəlkə özü də bilmədən o qədər mətləblərə aydınlıq gətirib ki, deməyən kimi. Oturub oxuduqca adamın gözləri az qalır hədəqəsindən çıxsın. Amma bir məqamı qeyd eləməsəm ürəyim partlayar ki, Kəramət çox zəif oyunçudur. Tez – tez özünü yandırıb. Guya səmimi görsənməyə çalışıb, amma namxuda Cəlil Cavanşir də uşaq deyil ki! gör kimin əlindən su içib bu günlərə gəlib? Özü də necə – görə – görə, götürə – götürə! Elə şeylərdən, elə məqamlardan elə ustaca priomlarla yapışıb ki, Kəramət qalıb belə. Təbiri – caizsə, yuxarı tüpürdün bığdır, aşağı tüpürdün saqqal!


Elçin Hüseynbəyli
Ciddi – cəhdlə müsahibəni oxudum və başladım düşünməyə: yəni həqiqətənmi AYB o günə qalıb ki, onun taleyi haqqında Kəramət Böyükçöl danışır? Özü də necə danışır? Hərdən metr kimi, ustadı Elçin Hüseynbəyli(hərçənd ki, mənə şübhəli qaldı onun ipini burub bu oyuna salanlar kimlərdir?!) demiş master klass dərsləri verməyə çalışır, hərdən keçidləri düzgün eləyə bilməyib büdrəyir və bir başa sərt hücuma keçib üsyan edərcəsinə “məndən niyə soruşursunuz, ay məni bura göndərənə lənət!” – demək istəyir(“Ancaq hər halda jurnalla bağlı suallar Elçin Hüseynbəyliyə verilməlidir”.), hərdən özündən dissident obrazı yaratmağa çalışır. Guya nə imiş, Rəşad Məcidin Kəramət Böyükçölü gözü götürmürmüş! Allahını sevən, biri məni qıdıqlasın! Heç olmasa, yüngülvari də olsa, gülüm! Bu arada mən hiss elədim ki, Kəramət Böyükçöl internet saytlarında, xüsusən də ədəbi portallarda gedən materialları izləmir. Izləmir də, başına dönüm, izləmir! Izləsəydi, görərdi ki, çox yox, iki həftə əvvəl “Ulduz” jurnalının baş redaktor müavini Qulu Ağsəs topu götürüb tullamışdı kimin üstünə: Elçin Hüseynbəylinin!( Hər bir jurnal baş redaktorun simasıdır. “Ulduz” mənim simam deyil, o mənim kölgəm ola bilər.)
Hə, doğrudan da AYB – nin gənclər üzrə siyasətində ciddi boşluqlar var, doğrudan da Rəşad Məcid yaradıcı deyil, amma adamın başının üstündə Allah var, heç də Rəşad Məcid Kəramətin dediyi kimi “Gənclər üzrə katibin işi gənclərə qonaqlıq vermək, hansısa bölgəyə aparıb birlikdə yeyib-içmək deyil”. – formatında hərəkət etməyib axı. Ən azından bilirsiniz niyə, çünki Rəşad Məcid Gənc Ədiblər Məktəbini quranda artıq gələcək planları a – sından z – sına kimi hesabıanmışdı. Onda deyəsən, Kəramət Böyükçöl Qismətin master – klass dərslərinə gedib – gəlirdi.
Bir məqam da var: siz bilmirəm, hiss elədiniz ya yox, bu müsahibədən məni qəribə bir iy vurdu. Sanki, bu müsahibə danışılmış müsahibə təsiri bağışladı mənə. Məşhur barışıq hadisəsindən sonra yəqin belə qərara gəlinib ki, Kəramət Böyükçöl Rəşad Məcid əleyhinə tənqidə davam eləsin. Kənardan tənqid obyektinə tuş gələn Rəşad Məcid də desin ki, balam, məni adam eləyib adamlar cərgəsinə qoşduqlarım da tənqid eləyir! Yəni, bu yalançı tənqid abu – havası həm də Rəşad Məcidin demokratik obrazına bir yeni çalar da əlavə eləsin! Yaxşı quruluşdur, amma oyunçu pisdir! Adam bir buna təcrübə kursu keçər, necə  davranmalı olduğunu deyər ki, o da Cəlil Cavanşirin qabağında bu vəziyyətə düşməz də!
Kəramət Böyükçöl
Hər sözündə Amerika kəşf eləmək istəyən Kəramət Böyükçöl öz təbiri ilə desək “o küçənin adamlarına” dərs keçməyə çalışsa da təfəkkürü hörmətli şairimiz Fikrət Qocanın təfəkküründən o yana keçmir. Onun da nəzərində gənc zahid Sarıtorpaqdır, Adil Mirseyiddir, hətta Murad Köhnəqaladır. Sən gəınc olasan, “Ulduz” jurnalının baş redaktorluğuna iddian olsun  və belə bir düşüncə tərzi… Elçin Hüseynbəylinin atasına min rəhmət! Ölüyə də rəhmət var, diriyə də!
Amma, öz aramızdır, uşağı yaman təkərə salmısan, Cəlil Cavanşir! Olmaz belə, vallah, olmaz!

Комментариев нет:

Отправить комментарий