Страницы

04.11.2011

UZAQ GÜNLƏRİN DAMCILARI

Böyükxan Bağırlı. Hekayə



Üç gün aramsız yağan payız yağışı bu gün axşam üstü  kəsmişdi. Bəs gecənin bu  və”dəsində evin damından süzülüb tökülən qəfil  damcılar  nə idi belə? Qurumalı işdir, yağş getdikcə şiddətlənirdi: tup,tup,tup...
Mələk xanım təccüblə damcıları süzdü, bu vaxtsız, vədəsiz «qonağın» birdən-birə peyda olması  barədə xeyli düşündü  və bir şey anlaya bilmədi, özünü yığışdırıb ayağa qalxdı. Pəncərəni açıb bayıra boylandı. Havada yağış deyilən şeydən əsər-əlamt yox idi, göydə ulduz ulduzu çağırırdı,  küçələrdən isə əl-ayaq çəkilmişdi, Şəhər yatırdı.

Mələk xanım qapını bərk çırpdı. Şüşələr cingildədi. Əri Manaf İsazadəni tərs-tərs süzüöz-özünə xeyli deyindi. Güya ardı-arası kəsilməyən damcıların süzülüb tökülməsinə günahkar əriymiş.
Bunda deyiblərdə kasıbı dəvə üstə böv vurar. Mələk xanım  incə  eyhamla  ərini sancdı.   Göyün üzü tərtəmiz, amma bizim xarabaya damır, vallah, qarğanmışıq da.
Axı noolub e, Manaf müəllim çeşməyini çıxardıb kətilin üstünə qoydu, bu  bu həngamədən xəbərsiz  kimi ətrafa döyükdü.
Bəs bəyaqdan görmürsən damır, Mələk xanım əlini tavana uzatdı.
Kor döyüləm, görürəm,   Manaf müəllim içindəki gərginliyi gizlədə bilmədi.
Balam, day mənim sənə sözüm yoxdu.  Mələk xanım gəlib bəyaqki yerində əyləşdi. Əsəbdən dodaqları titrəyirdi.   Bəyəm bu dul arvad öyüdkı dama. əgər damırsa, bəs sən nəsən? Sən... lə”nət şeytana  manaf. əgər mən sol tərəfdəki qonşumuz  qruşşik Ağasoltanın arvadı olsaydım, heç göynəməzdim,  nolar, deyərdim maşı azdıöyü tə”mir elətdirməyə çatmır. Amma sən fizika-riyaziyyat  elimləri  namizədi, dosent, nə bilim filan-filan  cəmiyyətlərin  üzvü, amma içində heç nə yox, bomboş, quru-Qurbanın  olum ... Əmim səni çəkib kafedrasına aparanda, əlindən tutub dissertasiya yazdıranda, dedik biz stola döyəclədi:
Axı bu gecə də adam olarıq, allahın altında bir gün görərəik.
Manaf müəllim gözünü tavanın növbəyə düzülmüş iri-iri damcılardan çəkib əlini gözü nə istəyirsən mənnən?
Bəyəm ildə iki uşaq düzəltsən inistuta, dünya xaraba qalar? əksinə, özümüz də, əyin başımız da düzələr. Bizi də qonaq çağırarlar, adam yerinə qoyarlar. Özünnən xəbərin yoxdu, deyirlər başına gülür alim yoldaşların. Nolar, bir dəfə yolunu sal da  onların topdağıtmaz öylərinə, gör dünya da nə var, nə yox.
Manaf müəllim ayağa qalxıb çox da böyük olmayan var gəl elədi.
Səfeh-səfeh danışmaqdansa, dedi, dur o damcıların altına  bir vedrədən, ləyəndən qoy.
Bircə o qalmışdı. Qoy sel-su aparsın bu xarabanı.
Mələk xanım iri, piy basmış əndamını  titrədə-titrədə yan otağa girdi, işığı söndürüb yatağa uzandı. Manaf İsazadə çar-naçar ayağa durdu, gedib mətbəxdən bir vedrə götürdü, gətirib qoydu damcının altına.
«Yaxşı, hər şey bir tərəfə qalsın,-deyə fikirləşdi.-Bu damcılar hardandı belə? Yağış ki, çoxdan səhliyib».
Hardansa yadına düşdü ki, bu damcılar indinin işi deyil, dünənki, sırağa-günki, lap bəlkə ondan da çox-çox qabağkı payız yağışlarının  damın üstündə  toxdayım  qalmasının nəticəsidir. İndi-indi divarı nəmləyib özünü göstərir. Bir saat tez, bir saat gec bu olacaqdı. Madam ki, yağış beşmərtəbəli evin damında göllənib qalmışdı və bundan heç kimin xəbəri yoxdu, demək o, özünə yer eləyəcəkdi. Yaxşı ki, bu, Manaf müəllimgil  yatıb yuxuya gedəndən sonra olmamışdı.
Bu qəfil damcılar, axşam poçtalyonun gətirdiyi teleqram Manaf müəllimin yuxusunu qaçırmışdı. Keçib yerində əyləşdi. Birdən ürəyinin dərinliyində nəsə bir şey qırıldı, onun ağrı acısını bütün sinirləriylə hiss etdi. Və açıq-aşkar bunu da hiss etdi ki, qırılan şey bir də bitişməyəcək, sağalmayacaq. Bir anlığa bədəni süstləşdi, indiyə kimi nail olduğu şeylər-fizika kafedrasındaki tutduğu vəzifə, beşinci mərtəbədəki üçotaqlı mənzil, namizədlik diplomu və sair gözündə bir heçə döndü. Hər şey ona mə”nasız göründü. Elə bil Manaf müəllim bax elə bu dəqiqə uzun, əzgin bir yuxudan ayılıb haray qopartdı:«Mən hardayam, o biri otaqda xorultuyla yatan o qadın kimdir? Bu qarsız, yağışsız havada o damcılar nədir elə. Axı necə olub ki, professor  Səfdərzadənin himayəsinə düşmüşəm, onun fısıltısından  köç-köç qaçdığım qardaşı qızı ilə bir yastığa baş qoymuşam».
Tup,tup,tup... Damcıların ardı-arası kəsilmirdi. Əgər gündüz olsaydı Manaf müəllim ərinməyib evin damına çıxar, suyu döşdəyib tökərdi yerə.
Gecə keçirdi. Şəhər şirin yuxuda idi. Elə indicə Manaf müəllimin  qəlbində işıqlı bir hiss baş qaldırdı. Onun istisi büsbütün bədəninə yayıldı. Bu dəm uzaq-uzaq illərin arxasından toranlı bir mənzərə  boy veribgözünün qabağında durdu. Toran çəkildikcə hər şey aydın görünürdü... Çölün düzündə arxasına toxumsəpən aqreqatlar qoşulmuş  traktorlar dayanmışdı. Yeniyetmə bir qız için-için ağlaya-ağlaya kəndə tərəf gedirdi.
Bir aya yaxındı ki, Manaf taxılçılıq biriqadasında işləyirdi. İşidə çox sadə idi. Toxumsəpən maşının arxasında durub aqreqatı nizamlayırdı. Hərdən aqreqatın yuvacıqlarının qabağını  daş-kəsək tutanda, toxum torpağa tökülməyəndə o, arxadan trakdorçu Məhəmmədi səsləyir, maşını saxlatdırıb yuvacıqları təmizləyirdi. Hər dəfə bu «əməliyyat» təkrar olunanda traktorçu Məhəmməd hövsələdən çıxırdı.
Sən belə şeyə,- deyirdi, çoxda fikir vermə. Hər addımbaşı traktoru saxlasaq, gərək burda qalıb qışı gözləyək.
Manaf da dediyindən dönmürdü:
Sözün nədir,-deyirdi, yoxsa əkini korlayaq? Bəs sabah yer göyərəndə deməzlər ki, toxumu neyləmisiz.
Hər halda bizdə bir şey bilirik.
əsəbi halda traktoru yerindən tərpətdi, tırtıllar təzəcə malalanmış torpağı eşdi. Açıq-aşkar görünürdü ki, Əhməd bərk əsəbiləşib. Amma Manaf öz işində idi. Çevik hərəkətlərlə yuvacıqlara göz qoyur, arabir qəddini düzəldib qabağa boylanırdı. Qabaqda nə vardı? Bitib tükənməyən şumlanmış çöl...Odur, bir dəstə göyərçin traktorun qabağı ilə aşağıdan uçurdu. Beş-altı kəkilli toraxay da onlara qoşulmaq istəyirdi. Ancaq toraxayların bu həvəsi tez soyudu. Axı onlar göyərçinlərlə bəhsləşə bilməzdilər. Çinədanlarına o qədər dən yığmışdılar ki, qanad çalmağa gücləri çatmırdı. Bir az uçan kimi yurulurdular, tənbəl-tənbəl yerə qonub torpağın üstə avaralanırdılar. Heç nə veclərinə deyildi. Bilmirdilər ki, bu dünyada Əhməd deyilən bir şəxs var və bir həftədir ki, arabaçı Fətulla ilə onun beş-altı kisə buğda çırpışdırmaq arzusu baş tutmur. Oyandan da arvadı Bircəbəyim gününü göy əskiyə büküb allahın ver günü evlərində dava dalaşdı. Bircəbəyim deyir ki, Əhməd, vallah sən and içsən də, qur”andan köynək geysən də,mən sənə inanmaram. Sənin quşun bu viranəyə qonmur. Bilmirəm axı mənim başqalarından nəyim əskikdi, kor döyüləm,keçəl döyüləm...
bircəbəyimdə günah yoxdu, xeyli vaxtdı ki, Əhmədin başı dumanlıydı. Əslində heç özüdə bilmirdi ki, nə istəyir. Bu saatın özündə də  hansı məzhəbə qulluq elədiyini bilmirdi. Bircə onu bilirdi ki, ürəyi yaman atdanıb, özündə-sözündə deyil.
Göyün dərinliklərində bir durna qatarı  Cənuba doğru uçurdu. Manaf onları gözdən itənədək izlədi. Və ona elə gəldi ki, bu quşlar ötən məktəb illəri kimi bir daha geri dönməyəcək. Baharda, yaşıl zəmilər saçaqlananda, sellər-sular qaynayıb daşanda bu yerlərin dərin, dumduru səmasında yeni-yeni durna qatarı görünəcək. Amma onlar indiki durnalar olmayacaq...
Bura bax, ey, sənə buludları tapşırmayıblar, gör toxum nə təhərdi, qurtarmayıb ki?
əhmədin kabinədən qışqıra-qışqıra dediyi bu sözlər Manafı fikirdən ayırdı, göz altı dənliyə baxıb gördü ki, beş on addımlıq  toxum qalıb, deyəsən Əhməd bunu hiss elədi. Odur ki, traktoru saxlayıb maşınn səsini azaltdı. Başını kabinadan çıxarıb dedi:
Əgər bundan sonra qalıb kalxozda işləməli olsan, özünü dəmirçixanaya tərəf verərsən. Sənnən səpinçi yox, yaxşı körüybasabn çıxar
Onlardan başqa çölün düzündə ins-cins yoxdu. O biri səpinçilər çoxdan günortaya çıxmışdılar. Odu, göy çadırlı səyyar düşərgə tərəfdə tüstü göyə millənmişdi. Əkinçilərin aşpazı Səlmi xala idi orda biş-düşdəydi.
əhməd kabinada yerini sahmanlayıb dəstəyi sola, göy çadırlı düşərgəyə tərəf burdu.
Arabaçılar yenədə səpinçilərdən qabağa dümüşdülər. Səlmi xala xörəyin siftəsini onlara çəkmişdi. Odur ki,  kefləri kökdü, bir budaqda oturub min bir budaqı tərpədirdilər. Süveyş kanalından elə danışırdılar ki, san ki, indicə Ərəb ölkələrini gəzib  gəlmişdilər.
Manaf düşərgədən beş-on addım kənarda qoyulmuş iri su çəlləyinin kranını açıb əl-üzünü yumağa başladı. Nazpəri sıra ilə düzülmüş arabaların arxasından çıxıb onun yanına gəldi. On il bir yerdə oxumuşdular. İndi də bir briqadada işləyirdilər. Bir vaxt qəfil gülüşləri ilə  sinif otaqlarının divarlarını tərpədən Nazpərini cöhrəsində  indi  mə”sum, nigaran  bir ifadə vardı. Səsli-küylü dəstəsindən cida düşmüş qərib bir durnaya bənzəyirdi. Yoldaşları qatarlanıb getmişdi; nə əl çatırdı, nə də ün
Bura bax, eşitmişəm gələn həftə hazırlıq kusuna gedirsən? Nazpərinin səsinin tonundakı  nigarançılıq  açıq-aşkar duyulurdu.
Hə, gedirəm... Manaf yaylıqla əlini sildi.
Sağ-salamat get. Nazpəri uçunmuşdu, çadıra tərəf boylandı, əlini nimdaş köynəyinin yaxalığında gəzdirdi, bunu nə üçün eləyirdiki, heç özü də bilmirdi.- Maşallah,bir-bir hamınız gedirsiz. Yayda Vaqif getdi, Əbil getdi, Süsən getdi, indi də sən gedirsən...deyirəm  atam qayıtseydi müharibədən, mən də gedərdim oxumağa. Neynim, indi işləməliyəm, anam xəstə, bacılarım da məktəbli...Sözünə ara verib nəsə fikirləşdi, qabarıq sinəsi enib-qalxdı. –Manaf, bəyəm adam olmaq üçün mmütləq Şəhərə getmək lazımdı?Şəhərə getmədən, ali məktəbi bitirmədən, bax elə burada, bu əkinçilərin arasındaca  adam olmaq olmaz? Sən bilən, o traktorçu Əhməd oxumadığına ggöra adam dögü, hə?
-Adamdı... Manaf təccüblə ona baxıb fikirləşdi: «bu qıza bu gün nə olub belə» .
-Bəs  madam ki, adamdı, nə üçün əli başına çatan şəhərə qaçır?
-Nə bilim, gedən gedəcək, qalan qalacaq, dünyanın işidi bu – Manaf onu sakitləşdirməyə çalışdı.
Sən necə, tutqa ki, inistutu bitirdin, oldun fizik, neyniyəcəksən?
Onnan sora da aspianturaya gedəcəm.bəs sor?
Nə bilim, elmi-tədqiqat işi.
Yaxşı, bəs sora,sora?
Manaf gözlərini döyüb qaldı. Nazpərinin ürəyində baş qaldıran harayıduya bilmədi. Onun soyuq cavablarından belə görünürdü ki, bir də bu yerlərə qayıdıb gəlmək fikrində deyil. Əsas məsələ də elə bu idi. Bir an içində Manaf Nazpərinin gözündə daşa, qayaya, cansız, vecsiz bir əşyaya döndü.
Səpinçilər toqqanın altını bərkitdikdən sonra ayağa qalxdılar. Fətulla kişi arabanı Manafgilin toxumsəpəninə tərəf sürdü. Düz aqreqatın qənşərində atların yüyənini dartdı. Sonra Nazpərini çağırdı ki,  gəlib taxılı boşaltsın.
Nazpəri vedrəni götürüb arabaya tərəf gəldi. Fətulla kişi vedrələri bir-bir doldurub  Nazpəriyə ötürür, o da alıb Manafa verirdi. –Toxumu üstümə sovurma, toz boğdu məni,-Manaf üz-gözünün tərini silib qıza acıqlandı. Nazpəri bu dəfə vedrəni dənliyə elə çıpdı ki, toz bir azda yuxarı qalxdı, Manafın səbri tükəndi. –vedrəni adam kimi verə bilməzsən,-deyə kükrədi.
-Əcəb eləyirəm, sən mənim üstümə elə qışqırma.- Nazpərinin rəngi ağardı, əlləri titrədi.-Madam tozdan belə iyrənirsən, onda işdəmə də.
-Yox əşi,
-Sən məni ələ salırsan, axmaq.- Nazpəri dolu vedrəni yerə çırpdı.
O, ağlaya-ağlaya düşərgəni tərk etdi. Elə bil ki, ürəyini boşaltmağa, kükrəyib daşan hislərini ovutmağa məqam gəzirmiş. Hamı çaş-baş qalmışdı. O tərəfdə Səlmi xala arabaçıları sorğu-suala tutmuşdu: .«Bu uşağın qəlbinə kim dəyib belə?»   Səlmi xalanın nəvəsi Gülcahan arxadan onu xeyli səslədi.Ancaq Nazpəri geri dönmədi.
Nazpəri gəndin arxasına çatanda gün xeyli əyilmişdi. Havada təndir tüstüsü vardı. Əlinin arxası ilə gözlərini silib  özünə toxdaqlıq verməyə çalışdı.  «Manaf axı kimdi e, -deyə fikirləşdi.-kobudun birisidir o. Heç adam dögü Manaf, siçandı,kərtənkələdi,kösövdü...»
Amma  ürəyinin dərinlikərində yaxşı bilirdi ki, özünü aldadır, Manaf dediklərindən heç birisi deyildi. O elə Manafdı ki,Manaf.
...Tup,tup,tup...damcılar bir-birini qova-qova süzülüb tökülürdü. Artıq vedrə dolmaq üzrə idi. Gecədən isə çox keçmişdi. Birdən  Manaf İsazadəyə elə gəldi ki, bu  damcılar o uzaq  payız günündə Nazpərinin axıtdığı göz yaşları idi.- Yenidən buxarlanıb, göyün yeddinci qatına çəkilib, nə vaxtsa Manaf müəllimin  başına dammağa, üz-gözünü yandırıb-yaxmağa  kirəvə axtarır...
Manaf müəllimin halı birdən-birə xarablaşdı. Tez dilinin altına həb qoydu. Amma bu  ağrı, ayrı ağrı idi. Hələm-hələm ovunan şey deyilidi. Heç vaxt özünü indiki kimi tənha, yalqız  hiss eləməmişdi. Qazandığı o boyda ad-san bu dəqiqə gözündə bir heç idi və sıxılan ürəyini ovundurmurdu. Ətraf qatı  qaranlıqdı, hara baxırdısa, zülməti. Bu dibsiz, müdhiş qaranlıqda 0 uzaq payız günü mayak kimi işıq saçır, Manaf müəllimi özünə tərəf çəkirdi. O, işığa qovuşmağa güc, dəli bir ehtiras gərkdi ki, bunu da Manaf müəllim artıq özündə hiss eləmirdi. Yaxşı başa düşürdü ki, o işıq yalançı işıqır, cadügar kimi bir şeydir. Artıq ona tərəf  getməyə dəyməz. O uzaq payız günəşi də o çopur,  yastı təpələrin altına çəkilmişdi və o vaxtdan  çox sular axıb getmişdi.
Stolun üstündə ki teleqram sanki qulaqlarını şəkləyib pusquda durmuşdu. Otağın havasını da ağırlaşdırmışdı bu teleqram.
Tup,tup,tup...Damcılar süzülüb tökülürdü. O, axrıncı dəfə Nazpərini nə vaxt görmüşdü. Artıq bunun nə mə”nası vardı. Aradan gör neçə illər keçmişdi. İndi Nazpəridə də həmin Nazpərilik qalmamışdı. Bəlkə heç onun yatıb yuxusuna da girməzdi ki, payız gecəsinin bu və”dəsində, tavandan süzülüb tökülən damcıların altında Manaf müəllim onu xatırlyır. Əslində Manaf müəllimin özü çün də  maraqlı idi ki,  uzaq-uzaq illərin arxasında qalmış, yaddaşının dərin qatlarında  mürgüləmiş Nazpəri hardan səksənib peyda  oldu.  İndicə, bax, elə bu an axırıncı dəfə Nazpərini necə görmüşdü, eləcə də gəlib durdu gözünün qabağında.
... Beş altı gün bundan əvvəl Mələk xanımın verdiyi siyahıya əsasən təzə bazarda  bazarlıq eləyirdi. Soğan köşgünün yanından keçəndə ayaq saxladı. İri-iri saytal, seçmə soğanlar, xoşuna gəlmişdi. Piştaxdanın arxasındaki qadın alvrçiyə oxşamırdı. Hiss olunurdu ki, kəndçidir. Öz məhsulunu gətirib. Manaf müəllim gözaltı elədiyi soğanları  göstərib  dedi:
-Bacı,bunun yaxşısından  5 kilo çək mənimçün.
Qadın zəndlə Manaf müəllimin  üzünə baxıb gülümsündü:
Sənə pis soğan vermərəm, qardaş-dedi və tez kağız torbanı onun əlindən alıb soğanla doldurdu. Bununla  kifayətlənmədi. Kəndən gətirdiyi iri həsir zənbili ağzınacan doldurub Manaf müəllimə uzatdı.  Manaf müəllim özlüyündə  fikirləşirdi ki, bu arvad nə oyun çıxarır, bu qədər soğan nəyinə lazımdır. Ancaq üstünü vurmadı. Madam ki, bu qadın onu  sözünü eşidib yaxşı soğan seçmişdi, üstəlik özünün bir həsir zənbilini də doldurub vermişdi,-daha burda xırdaçılıq eləmək olmazdı. Əlini cibinə salıb soğanın haqqını vermək istəyirdi ki, satıcı qadın dilləndi:
-Bunu sənə pay verirəm, qardaş... Qurban olum, yoxsa məni tanımadın? Nazpəriyəm də, kənddə sənnən bir yerdə oxumuşam. Bax o da mənim  yoldaşımdı hüseyinalı. Siznən qonşu olub. Yaxşı tanıyırsan onu.- Nazpəri köşgün böyründə soğan kisələrini sahmanlayan sarışın kişini göstərdi.
Manaf müəllim baxıb gördü ki, doğrudan da, qarşısındakı bu xalatlı, çalmalı qadın  Nazpəridir. Başı çallaşmışdı, alnında, yanağında iri qırışlar əmələ gəlmişdi. Amma  gözləri həminki idi. Bir az səngiyib toxdamışdı.
-Qardaş, kənddən niyə belə qaçaq düşmsüən.-Nazpəri ərklə onu qınadı.-Yosa bəyənmirsən kəndi?
Manaf müəllim tutulan kimi ldu.
-Vallah,-dedi. Buralarda işim çoxdu. Macal tapa bilmirəm. Hazırlaşıram ki gələm, görürsən ki, böyürdən bir əngəl çıxır.
Heç elə şey yoxdur, ürəyin istəsə gələrsən. Sizin həyətinizin mer-meyvəsi, tərəvəzi quruyub gedir. Amma sən burda allahın soğanına da pul verirsən...
Nazpəri kəndə, torpağa,  ağacın kökünə aid nəsə deyirdi, Manaf müəllimi isə fikir aparmışdı. Axşam arvadının ad günü idi. Çox ləngiyə bilməzdi. Hələ bir para şeyləri almamışdı. Odur ki, Nazpəriyə tələsdiyini hiss elətdirdi. Ona ünvanı verdi. Dedi ki, axşam bizə gələrsən.
-Axşama qaydırıq, öz maşınımızla gəlmişik. İkimizdə sabah işdə olmalıyıq.
Manaf müəllim xudahafisləşib getmək istəyirdi ki, Nazpəri onu əylədi:
-Yadımdan çıxmışdı,- dedi.-Anan xarablayıb. Ona tez baş çək. Dost var, düşmən var.
Manaf müəllim zənbili, kğız torbanı götürüb soğan köşgündən uzaqlaşdı. Həmin dəqiqə onun beynində dolaşan bu fikir idi: «Bəlkə də Nazpəri dünyanın ən xoşbəxt adamlarından biridir, həm də xoşbəxt olmaq üçün elə bir dəm-dəzgah lazım deyilimiş...»
...Həmin axşam qonaqlar dağlışandan sonra Mələk xanım ərini sorğu-suala tutdu. Dedi ki, qonaqların yanında niyə belə mısmırığını tökmüşdün . Noolmuşdu sənə? Yoxsa süfrəyə qoyduğun ucuz-basar şeylərin yasını saxlayırdın? Sənin yerinə ət tökürdüm göynək-göynək, camaatı güldürdün mənə. Adam qabağına çıxma alimlik deyil səninçün, girəsən auditoriaya, tutuquşu kimi əzbərlədiyin beş-altı sözü üyüdüb tökəsən tələbələrçün.
Doğrudan da, həmin axşam Manaf müəllim pərtdi. Özüdə əməlli başlı pərtdi. Səbəbi isə qonaqların qabağına alababat çıxmamasıdeyildi. Tamam başqa şeydi.  Professor Səftərzadənin  Soçidən Mələk xanımın  adına göndərdiyi təbrik teleqramının  oxunuşuna qədər (həmin teleqramı Mələk xanımın dayısı oğlu oxudu) məclis yaxşı keçirdi. Teleqram otağın  ab-havasını ağırlaşdırdı. Manaf müəllimin iş yoldaşı dosent  Cəfərəli özünü saxlaya bilməyib yanındaki alim dostunun qulağına pıçıldadı: «Ə, lap ağ elədilər, hər şeyin şitini-şorunu çıxardırlar. Bu, ad günüdü, yoxsa yubley sessiyası?Səftərzadə allahın bacısı oğlu zad döyül ki,».
Məclisdə iştirak eləyən cavan  aspirantlardan  biri söz alıb yastı-yastı dedi:
-İndicə burada  professor  Səftərzadənin  teleqramını dinlədik. Teleqramdaki üç kəlmə söz necə də məclisimizi  bəzədi. Mən deyərdim, rövnaq verdi. Quş qanadı ilə uçduğu kimi, bizim kafedra da professorla...
-Mən səhf eləmirəmsə,biz buraya hörmətli Mələk xanımın ad gününə toplaşmışıq,-deyə dosent Cəfərəli  aspirantın sözünü ağzında qoydu.-Xahiş edirəm, mətləbdən uzaqlaşmayaqın. Qaldı ki, professor Səfdərzadənin  şəxsi  keyfiyyətlərinə, o barədə ayrı vaxt söz açarıq. Onsuz da o kişi bu dəqiqə necə deyərlər,  bəzmi-istirahətdədir. Haqqindaki bu xoş sözləri, əlbətdə, eşitmir.
Məclisə  pıqqapıq düşdü. Cavan aspirant burnunun ucuna qədər qızardı. Qonaqlardan kimsə böyründəkinə pıçıltı ilə dedi; «Mələk xanım ad gününü maqintafona yazdırır. Professor  Soçidən qayıdandan sonra genə gizika-riyaziyyat kafedrasında çəkişmə başlayacaq... »  «Bu şumal aspirant hindidən belə yol tutubsa, axırı nı olacaq onun.» «Balam, Cəfərəli düz deyir də, Səfdərzadənin but eləyib qoyublar dağın başına...»
Ortaya pərtlik düşəndən sonra məclis ayazıdı, qonaqların bə”ziləri nə qədər cəhd eləsə də onun damarını tuta bilmədi. Deyilənlər deyilmişdi. Qaytarıb onları çuvala salmaq olmazdı. Odur ki, oturmağın faydası  yoxdu. Nə isə  bir şey bəhanə eləyib ayağa qalxanlar geri qayıtmırdı. Hamıdan axırda dosent Cəfərəli durdu.  Manaf müəllim aşağı düşüb, onu həyətə qədər ötürdü. Əlini irəli uzadıb xudahafizləşmək istəyəndə Cəfərəli ayağ saxladı:
-Sənnən bir söz soruşum,- dedi.- Professor Səftərzadə nə təhər adamdı?
Manaf müəllim zarafata salıb gülümsündü:
-Neçə illərdir o kişi ilə bir yerdə külünc çalırsız,- dedi –Siz yaxşı tanıyırsınız onu.
-Düzdür, mən indi bir yüz qram içmişəm, amma ağlım başımdadır. Nə soruşduğumu yaxşı bilirəm. Səftədzadə barədə şəxsən sənin fikrini bilmək istəyirəm.
Manaf müəllim Cəfərlinin sualından yayına bilmədi6
-Başqasını deyə bilmərəm, o kişi mənə xeyirxahlıq eləyib.Müdafiən ərəfəsində məni bədxahlardan, nahaq söz-söhbətdən qoruyub.
Dosent Cəfərəli siqareti dişlərinin arasında sıxıb acı-acı gülümsündü.
-hayıf,çox hayıf,- dedi.- Mən səni gözüaçıq adam bilirdim. Tanımırsan Səftərzadəni. Yaşda mən səndən böyügəm, həm də iş yoldaşınam . Odur ki, müəyyən şeyləri sənə deməyə borcluyam. Səfdərzadə səni uçuruma aparır. Sənin əlinlə nöyütdən qara işlər görür. Qəbul imtahanlarını nəzərdə tuturam. Hayıfsan, ilişərsən. İndi mən sənin evini də gördüm, dolanışığını da gördüm. Hər şey mənə aydın oldu. Açığını deyim ki, bir xoruza yüksən.Maymaqlıq eləmə. Sənin hesabına Səfdərzadənin dirəyi qızıldandır, bu kaftar çağında kefindən də qalmır.
Dosent Cəfərəli danışdıqca Səftərzadə müxtəlif vəziyyətdə Manaf müəllimin gözünün qabağından gəlib keçirdi... Gah glümsəyib iri,  həvə dişlərini göstərirdi, gah da əsəbi halda qızılı sağanaqlı eynəyini təmizləyirdi...
Cəfərəli onu  diqqətlə dinlədiyini görüb daş altında düyün qoymadı. hamısını dedi:
-Deyirsən ki, müdafiə ərəfəsində Səfdərzadə mənə qəhmər durdu. Bədxahlardan qorudu. Axı, kimin nə işi vardı səninlə. Sən kiə nə eləmişdin? Bunlar hamısı Səfdərzadənin fırıldağı idi. Sənnən yazdıran da, sənə böhtan atan daelə Səfdərzadənin özü idi. Bu, onun köhnə piryomudur. Bunu ona görə eləyirdi ki, dədəm, nənəm sənsən deyib ikiəlli onnan yapışasan, nə bilim, bağışla məni, qohum olasan Səfdərzadəynən, daha sora sürüşüb çıxmayasan aradan...
Axı mən...
heç  «axısı»-zadı yoxdu,- deyə Cəfərəli onun sözünü kəsdi. Sən, oğul, yaxşı tanımırsan Səfdərzadəni, hələ analar belə oğul doğmayıb. Yenə də deyirəm. Sənin gün-güzaranını görməsəydim, bəlkə də bu sözləri deməzdim...
Dosent Cəfərəli maşına əyləşib gedəndən sonra Manaf müəllim səkinin üstündə xeyli səmə-səmə gəzişdi. hardansa yadına yaydaki o qarayanız, qanışirin oğlan düşdü. Manaf müəllim ilk dəfə onu dekanlığın qabağında  gəzişən  abituriyentlərin arasında  görmüşdü və nədənsə qanı yaman qaynamışdı ona. Yöndəmindən, ərkək-ərkək danışmağından o dəqiqə hiss olunurdu ki, kənd uşağıdır. Həmin oğlanın dilinə görə elə dilçəyi də varmış. Erətzi gün fizikadan imtahanda  sualların hamısına yerli-yatqlı cavab verdi. Manaf müəllim də əlüstü   «ə”la»sını yazıb onu yola saldı, həmin bün professor Səftərzadənin tapşırığına əsasən 6 nəfərə də «ə”la» yazmışdı. Professorun  dediyinə görə, bu altı abityrientin nömrələrini şəxsən dekan özü vermişdi və ümumi işə gərə onun sözünü yerə salmaq olmazdı. Amma  aradan bir ay keçəndən sonra Manaf müəllimin  qulağına ayrı söz dəymişdi. Məsələ belədir ki, evini tə”mir elətdirməklə  əlaqədar müəllim yoldaşlarının birindən borc pul istəmişdi. O da zarafata salıb demişdi ki, gərək biz səndən borc istəyək, zarafat deyil, bu il 6 uşaq düzəltmisən.
Manaf müəlim and-aman elədi ki, tanrı haqqı, türbə haqqı vallah billah, belə şey yoxdur.
«Sən dedin, biz də inandıq.-həmin müəllim yenə də zarafat yana Manaf müəllimi sancmışdı.-Balam, ölməyib ki, o uşaqlar, əşyayi-dəlil ki hamısı cağbacağ durur. Nöşün qoyursan bizi axmaq yerinə..»
O dəm Manaf müəllim yaydaki həmin qarayanız, qanışirin oğlan barədə fikirləşmişdi. Yox idi o oğlan bu ilki tələbələrin arasında.  Axı o,  axırıncı imtahandan  «ə”la» almışdı və həmin qiyməti Manaf müəllim öz əli ilə yazmışdı. Bəs nə təhər olan işdi bu?  Niyə o oğlan tələbələrin arasında yoxdu?
... Lift işləmirdi. Manaf müəllim alnını ovuşdura-ovuşdura pillələrlə yuxarı qalxdı. Dosent Cəfərəlinin sözləri bərk tutmuşdu onu. Mələk xanımın  bu dəfəki ad günü olan-qalan əsəblərini də korladı.
Qapı açıqdı. Keçib divanda əyləşdi. Mələk xanım qonaq otağını təmizləyirdi. Uşaqlar konyak, şampan, badamlı, kefir şüşələrini balkona yığırdılar. Manaf müəllim onlara dedi  ki, qoy balkonun qapısı açıq qalsın, otaqların havası ağırlaşıb.
Mələk xanım tövşyə-tövşiyə gəlib ərinin qənşərində  əyləşdi. Önlüyünü açıb bəncərənin qabaqına qoydu. Üst başından bətbəx qoxusu gəlirdi. Bu gün o, 45 yaşı vurmuşdu yerə. Amma  üzdən ona 50-55 yaş vermək olardı. Şişman gövdəsi yaşlı göstərirdi onu. Kitabxanaçılıq texnikumunda oxuduğu vaxt onu ən gəlhagəlli  illəri idi  Onda kərdənini hələ ət basmamışdı. Boy-buxunu biçimli, sifəti təravətli idi. xüsusən güləndə yanaqları çökür, ətli al dodaqları gözə gəlirdi. Çatma qaşlarıda indiki kimi aypara deyildi. Qadın bərbərxanasında demişdilər ki, ona belə qaş yaraşmır, üzünün simmetriyasını pozur. O da ustanın sözünə baxıb üz-gözünə əl gəzdirmişdi.
Həmin  gəlhagəl vaxtında Mələk xanım dövlət imtahanından kəsilmişdi. Və yeməyib-içməyib birbaşa gözü yaşlı əmisini kafedrasına gəlmişdi ki, professor zəngi çalıb onu tapşırsın. Mələk xanım qapını açıb içəri girəndə...bir könüldən-min könülə əmisinin yanında əyləşən  oğlana vurulmuşdu. Hətda nə üçün gəldiyini belə unutmuşdu. həmin oğlan Manaf müəllim idi ki,  ini onunla rübərü əyləşmişdi və üz-gözündən hiss olunurdu ki,  bu günkü ad günü onu heç açmayıb...
İllər ötdükcə mələk xanım güzgüdən gen qaçırdı. Bir günlük çiçək kimi üzünün təravətinin solmasına yaman xiffət eləyirdi. Üzündə gözəgəlimli, ürəyə yatımlı bir şey qalmamışdı. Ət basmış gözləri şövqsüzdü, getdikcə kökəlir, bədəni kvadrat şəkilinə düşürdü. Mələk xanım bir qadın kimi bütün bunları dərindən başa düşür və günahın hamısını ərində görürdü. Deyirdi ki, bu aciz avara haradan çıxdı mənim yoluma, ona rast gəldiyim gün başıma daş düşəydi. Rəfiqələrim kimi məndə öz babıma ərə getsəydim, indi bir adam olardım.
Mələk xanım həmişə giley-güzaranın bu yerində dayanır, dərinə getməzdi. Atasının onları atıb getməsini, anasının kəbinsiz talaqsız bir kişiyə qoşulub qaçmasını bağlı boxça kimi saxlayırdı. İndi, elə bu dəqiqə ürəyindən keçdi ki, bu bağlı boxça  barədə əri yenə onu sorğu-suala tuta bilər, sirri-xuda olmuş valideyinlərini soruşa bilər. Odur ki, özlüyündə onu qabaqladı:
-Sən aşağı  düşəndə,- dedi:- Əmim zəng çalmışdı. Səhər reysi ilə uçur. Gərək sabah tezdən gedib qarşılayaq onu. Manaf müəllim özünü eşitməməzliyə vurdu. Mələk xanım bu sözü təzədən saland, o  özünü saxlaya bilmədi.
-Gəlir gəlsində,- dedi: Səftərzadəni bounumuza alıb gəzdirməyəcəyik ki? Axı hələ onun vaxtına 10 gün qalıb.
 Mələk xanım onun üzünə elə baxdı ki, sanki bu dəqiqə əri allahı söymüşdü, böyük küfr eləmişdi.
-Səfdərzadə ilə məşğul olmağa vaxtım yoxdur, Manaf İsazadə bu sözləri çox sakit, mülayim tərzdə, gözlərini arvadının gözlərindən çəkmədən dedi, -Sabah səhər tezdən rayona getməliyəm. Anamın halı xarabdır.
Əsəbdən Mələk xanımın üzü qaraldı, haldan-hala düşdü.
-Bu nə fasondu,- balam,- dedi.- tanrıva təpik atırsan.
-tanrıya bax!- Manaf müəllim rişxəndlə gülümsündü. Elə gülümsündü ki, dediyi bu iki kəlmə sözü bir batman balnan yemək olmazdı.
Həmin gecə Manaf müəllim yata bilmirdi. San ki yuxuda onu boğurdular, döyürdülər, olmazın əzab-əziyyət verirdilər ona. Dövrəsindəki əcaib-qəribə, acıqlı adamlardan heç biri hayına-harayına gəlmirdi. Bu adamlardan birinin özündən uzaqlaşdıranda əli onun qanına bulaşdı. Bir anın içində üst-başı tamam al qan oldu. Hara baxdı , qan gördü. bayaqdan onu boğmaq istəyən, indi boyun-boğazından qan açılan bu əcaib adamın uduqmamış quzu gözü kimi mə”sum  gözləri Manaf müəllimə tanış gəldi. Və ürəyini neştərlədi. Bu ki, yaydaki həmin qanı şirin oğlandı. O, iri gözlü bir körpə imiş ...
Səhər açılmamışdı . Tələm-yələsik geyinib aşağı düşdü, telefon budkasından dekanlığa zəng çaldı, icazə aldı. Sonra taksiyə əyləşib  aftovağzala getdi. Orada  da çox əylənmədi. Saat 10-un aftobuzuna minib kəndə yola düşdü, evə çatan da gördü ki, iş işdən keçib, anası adam tanımır.
Kiçik qardaşı Qənbər həyətdə qəmli-qəmli gəzişir, qızarmış gözlərini adamların baxışlarından yayındırmağa çalışırdı. Onun saçlarına vaxtından  tez dən düşmüşdü, cavan olmasına baxmayaraq  yaşlı adama oxşayırdı. Ağlı kəsəndən evin diriləcəyi, kəndin xeyir-şəri  onun boynunda idi. Atalarından qara kağız gələndə Qənbər hələ dil açmamışdı.
Manaf müəllim onu bir tərəfə çəkib əlini cibinə salmaq istəyəndə, qardaşı qoymadı. Dedi hər şey sahmanlanıb. Kəfən dəfn-üçün nə lazımsa hamısı alınıb.
...Anasının üçündə Qənbər özünü saxlaya bilməyib Manaf müəllimə dedi:
-camatı niyə özünə güdürürsən, hanı Mələk xanım, gələ bilməzdi, bəyəm xotkər qızıdı?
Söz Manaf müəllimi bərk  toxundu. O bilirdi ki,  gec-tez bu söz ona deyilməliydi. Odur ki, anası torpağa qoyulandan səksəkədə idi. Anbaan, dəqiqəbədəqiqə bu sözləri gözləyirdi. Ona kimsə yaxınlaşanda, nə barədəsə müraciət eləyəndə diksinənkimi olurdu. Elə bilirdi ki, indicə sorğu-suala tutacaqlar onu. Arvad- uşağın gətirmədiyinə gğrə danlayacaqlar.
Qardaşının sözündən sonra biraz yüngülləşən kimi oldu. Eyvana çıxıb Bakıya zəng çalmaq istəyirdi ki, Qənbər arxadan onu səslədi.
-Qağa, qulabanda bir nabələd adam var, səni soruşur.Qardaşının  səsində indi bir doğmalıq, istilik hiss olunurdu. Bayaqki titrək, gərgin tondan əsər-əlamət yoxdu. Görünür o da sözünü deyib yüngülləşmişdi. manaf müəllim zəndlə o tərəfə baxdı, qulabanda gəzişən adamların içində dosent Cəfərəlini gördü.Onun qabağına çıxdı. Qoluna girib evin qənşərindəki bağçaya  tərəf apardı.
-Şaddığa gələsən,-dedi.-Çox böyüg zəhmət çəkibsiz.
- Borcumuzdu,-Cəfərəli şlyapasını çıxarıb seyrək saçlarını tumarladı. Mən dünən dekanlıqda eşitdim. Allah rəhmət eləsin...
Dosent Cəfərəlinin zəhmət çəkib o boyda  yol gəlməsi qohum qardaş içində Manaf müəllimin başını uca eləmişdi. Gördülər ki,o, öz dairəsində sayılan adammış.
bağçada xeyli gəzişib söhbət elədilər. Çayı da  elə orada içdilər. Çəfərəli saçını tumarlaya-tumarlaya dedi:
-Xəbərin var sosioloji mərkəzdən  kafedramızı yoxlamağa gəlirlər.Səfdərzadəni mə”zuniyyətdən geri çağırıblar. Bərk vurnuxur. işi şuluqdur... Sən möhkəm ol.
Manaf müəllim çənəsini ovuşdura-ovuşdura dosent Cəfərəlinin üzünə baxıb fikirləşdi ki, bu məsələnin axırı nə ilə qurtara bilər.
«Sən möhkəm ol.» Bu, nə demək idi? möhkəm ol, yəni nə?
Ertəsi gün dosent Cəfərəli ilə şəhərə qayıtdı. Amma bir ayağı dalda idi. heç ayrılmaq istəmirdi kənddən. Ürəyini  gizli bir xiffət bürümüşdü. Fikirləşirdi ki, birdə bu tərəflərə nə vaxt yolu düşəcək? Macal tapa biləcəkdimi? İncəçay körpüsünün üstündən keçib Bakı yoluna çıxanda yadına köhnə dəmlər düşdü... Beş nəfər  orta məktəb yoldaşı ilə  qəbul imtahanına gedirdi. Aftobuzdan düşüb çayda  əl-üzlərini yudular, şərtləşdilər ki, inistuta girsələr, hər il gəlib avqust ayında burda əl-üzlərini yuyacaqlar. Həyat hələ irəlidə idi. Ürəkdə arzular təzəcə pardaqlanırdı. Hələ onda bu dünyada nə Mələk xanım, nə də onun əmisi Səfdərzadə  vardı.
Fikirləşirdi ki, bəlkə hər il avqust ayında gəlib çayda əl-üzünü yusaydı yoluna daha yaxşı adamlar çıxardı. Həyatı tamam başqa cür olardı.
Tup, tup, tup... Damcılar süzülüb tökülürdü. damcılar kəsənə oxşamırdı.
Stolun üstündən axşamkı teleqramı baxdı.
« Sabah, noyabırın 17-də sosioloji mərkəzə gəlməyinizi xahiş edirik... »
Gecə keçirdi. Şəhər  indi şirin yuxuda idi. Ayağa qalxıb işığı keçirtdi. Barmaqlarının üstündə uşaqlarının yatdığı otağa girdi. Ehmalca onların üstünü örtdü. Kiçik, toppuş  oğlunun dodağında həlim bir təbəssüm vardı, deyəsən yuxuda gülürdü. Manaf müəllim bu toppuş oğlunun  yanında divana uzandı, burnunu onun  boynunun ardına sürtdü, rəhmətlik anasının qoxusu gəlirdi bu uşaqdan.  İndi hiss elədi ki, bayaqdan sozalayan  ürəyinin  ağrı-acısını  oğlunun tər-təmiz verən qoxusu kəsə bilərmiş. Uşağın  başını qolarının arasına aldı. Onun saçından, boyun-boğazından  gələn məlhəm qoxunu ciyərlərinə çəkdi, ürəyinə çəkdi, büsbütün  sinirlərinə çəkdi.  Və bu an sanki  özü də uşaqlaşdı. Balaca, toppuş  bir oğlana çevrildi... İsti bir qadın əli saçlarını, yanaqlarını oxşadı, bu qadının barmaqlarından saçılan doğma, şirin qoxu onu yuxulatdı...
Tup, tup, tup... O biri otaqda damcılar bir-birini qovurdu.

Комментариев нет:

Отправить комментарий