Страницы

23.12.2011

Azərbaycanda SOROS rüsvayçılığı


Bunu əməllərimizlə özümüz qazanmamışıqmı?

Fondun Azərbaycan nümayəndəliyi təkcə 2010-cu ildə "...Bakıda, Mingəçevirdə, Sumqayıtda və Yevlaxda məskunlaşmış məcburi köçkün icmalarında yaşayan və seks xidmətləri göstərən qadınlar arasında maarifləndirmə işi"nə 300 min dollardan çox pul silib...

ŞOK 


Əvvəlcə ondan başlayım ki, qrant verən və özəl təşkilat olan Açıq Cəmiyyət İnstitutu (ACİ) demokratik idarəçilik, insan haqları, iqtisadi, sosial və hüquqi islahatları dəstəkləyən ictimai siyasət formalaşdırmaq məqsədi güdür. Azərbaycan səviyyəsində isə, ACİ qanunun aliliyi, təhsil, ictimai səhiyyə və müstəqil medianı dəstəkləyən təşəbbüsləri əhatə edir. Eyni zamanda ACİ sərhədləri və qitələri keçən korrupsiya və hüquqların pozulması ilə mübarizə aparan alyanslar yaradılmasına kömək məqsədli fəaliyyət də göstərir.


Beynəlxalq aləmdə "SOROS" kimi tanınan bu özəl qurumun təsisçisi Corc Sorosdur. O, 1930-cu il avqustun 12-də Macarıstanın paytaxtı Budapeşt şəhərində doğulub. Faşistlərin Budapeşti işğalının şahidi olan Soros müharibədən sonra 1947-ci ildə kommunizmin qurulduğu Macarıstanı tərk edib İngiltərəyə köçüb. O, 1952-ci ildə London İqtisadiyyat Məktəbini (LİM) bitirir. LİM-də təhsil alarkən o, filosof Karl Popperin yaradıcılığı ilə tanış olur. Bu, onun düşüncə tərzinə və filantropik fəaliyyətinin formalaşmasına böyük təsir göstərir. 1956-cı ildə ABŞ-a köçən Soros Beynəlxalq İnvestisiya Fondunu yaradır. Bu fond ona böyük var-dövlət gətirir. Bu gün o, hazırda "LLC Soros Fondu"nun prezidenti və sədridir. LLC bir çox beynəlxalq investisiya şirkətlərini özündə birləşdirən Quantum Groups of Funds-a xidmətlər göstərən özəl investisiya firmasıdır. 2000-ci ilin iyulunda Soros özünün Quantum Fund-unu Quantum Emerging Growth Fund ilə birləşdirib Quantum Endowment Fund-u yaradır. Quantum Fund hazırda ən uğurlu investisiya fondlarından biri kimi tanınıb və özünün çoxillik  tarixində orta hesabla 31 faiz həcmində illik dövriyyəsini saxlayıb. Soros 1979-cu ildə aparteid Cənubi Afrikanın Keyptaun Universitetinə qəbul olmaq istəyən qaradərili tələbələrə maddi köməklik göstərən fondu yaratmaqla aktiv filantropist fəaliyyətə başlayır. İndi isə o, Açıq Cəmiyyət İnstitutunun sədri və 50-dən çox ölkədə fəaliyyət göstərən şəbəkə təşkilatlarının təsisçisidir.
Əsasən, Mərkəzi və Şərqi Asiya, keçmiş Sovet İttifaqı, eləcə də, Afrika, Latın Amerikası, Asiya və ABŞ-da fəaliyyət göstərən bu fondlar açıq cəmiyyətin infrastrukturunu və institutlarının saxlanılması və qurulması işi ilə məşğuldur. 1992-ci ildə isə Soros Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetinin əsasını qoyub. Təkcə 2000-ci ildə Soros fondları şəbəkəsi təhsil, sağlamlıq, vətəndaş cəmiyyətinin inkişafı və digər çoxsaylı sahələrin dəstəklənməsi üçün 494 milyon dollar pul xərcləyib. Bu pulun bir hissəsi də Azərbaycanın payına düşür. Açıq Cəmiyyət İnstitutunun yardım fondu 90-cı illərdən Azərbaycanda fəaliyyətini qurub. Bu illərdə SOROS-un xətti ilə bir sıra layihələr həyata keçirilib. Amma Azərbaycanda bu fondun işindən narazılar da olub. Əsasən də hakimiyyət tərəfdən gələn narazılıqlar bir istiqamətdə diqqəti çəkib. O da fondun ölkədə hakimiyyətin maraq dairəsinə aid olmayan layihələri maliyyələşdirməsi olub. 

SOROS niyə Azərbaycandan üz çevirdi? 

Açıq deyək ki, fondun Azərbaycandakı fəaliyyətinə böyük ümidlər var idi. Xüsusən də müstəqil medianın fəaliyyətində çoxları bu fonda güvənirdi, arxalanırdı. Amma təkcə müstəqil media deyil, həm də vətəndaş cəmiyyətinin bir sıra başqa sahələri də SOROSa arxalanırdı. Amma bu il birdən-birə fond arxamızdan qaçdı. Niyə? Səbəb nə idi?
Təbii ki, bunun ziyanını daha çox Azərbaycanda qurulmaqda olan vətəndaş cəmiyyəti çəkəcək. Söhbət fondun ayırdığı maliyyədən məhrum olunmağımızdan da getmir. Söhbət Azərbaycanda bu fondun işini aparanların fəaliyyəti nəticəsində ölkəmizə inamın itirilməsindən gedir. Niyə, məgər biz bu inam və etibara layiq deyildikmi? Nə baş verdi ki, fond bu ildən Azərbaycandan üz çevirdi? Və maraqlıdır ki, Azərbaycanla bağlı layihələrin yenə də davam etdiriləcəyi söylənilir, amma məlum olur ki. bu maliyyələri SOROS-un özü paylayacaq. Deməli, bizə maliyyə etibarsızlığı olub. Bəs bu etibarsızlığın Azərbaycandakı müəllifi kimdir?
Xatırladaq ki, bu ilin iyun ayında ACİ-YF-un İdarə Heyyətində bir neçə dəyişiklilər baş verdi. Əsas dəyişiklilərdən biri ondan ibarət oldu ki, qurumun yeni sədri seçilmişdir: politoloq
Zəsrduşt Əlizadəni "Turan" informasiya agentliyin baş redaktoru Mehman Əliyev əvəzlədi.
Mehman Əliyev ACİ YF-nin rəsmi internet saytında təqdim olunmuş müsahibəsində deyir: "Problemin ayrı-ayrılıqda həlli yeni problemlərə yol açır, sanki bataqlıq yaranır" O, əlavə edir: "Bütövlükdə deyərdim ki, QHT sektorunda ciddi problemlər var. Əsas nöqsanlardan biri  həmin sektorun ölkədəki siyasi, iqtisadi, sosial və digər sahələrə təsirinin azalmasıdır. Gəlin reallıqlardan danışaq. Bu gün qeyri-hökümət təşkilatları özünə qapanıb daha çox kiçik tədqiqat mərkəzlərinə çevriliblər. Onların vətəndaş cəmiyyəti ilə əlaqəsi kifayət qədər zəifləyib və bunun da bir neçə səbəbi var. İş ondadır ki, QHT-lərin əksəriyyətinin Azərbaycan hökumətinin apardığı siyasətə təsiri çox zəifləyib. Hersab edirəm, bu ümumi vəziyyətdir və təkcə ACİ-YF -dan qrant alan təşkilatlara yox, ölkədə fəaliyyət göstərən bütün QNT-lərə aiddir".
***
Bəli, problemlər çoxsahəlidir. Amma güman edirəm ki, M.Əliyev bu qurumun itirilmiş inamını bərpa edəcək imkanı da hamımızla birgə itirib. Yeni sədr ACİ YF-nin Azərbaycandakı fəaliyyətindən ortada qalmış və üzü Avropaya kimi görünən xarabalıqları üzərində nəsə qurmaq istəyirsə, buna ümidlər də çox azdır. çünki sökülən binanı bərpa etmək, dağılan evi yenidən tikmək olar. Amma məhv edilmiş inamı və etibarı qaytarmaq çox çətindir. Mehman Əliyev də bilir ki, sələflərindən ona və Azərbaycana belə bir miras qalıb.
Yenə də ümidimizi itirmədən, qayıdaq 2010-cu ildə(M.Əliyevin elə bil bəxtindən idi, 2011-ci ildə demək olar ki, qrant vəsaiti ayrılmadı) ACİ YF-nin həyata keçirdiyi layihələrə və bu layihələrə ayrılmış vəsaitlərə.
Araşdırmamız bizi şoka saldı. Aşağıda həmin layihələrin maliyyə tutumu iri olan hissələrini sıra ilə təqdim edəcəyik. Nəticə çıxarmaq oxucuların, bir də artıq Azərbaycandan küsən Corc Sorosun üzərində qalır.
Son olaraq, qeyd edək ki, aşağıda təqdim etdiklərimiz ACİ YF-nin rəsmi internet saytından bir ay əvvəl götürülüb. Amma dünən yenidən həmin sayta baş vursaq da, həmin hesabatı aşağıda təqdim etdiyimiz şəkildə tapa bilmədik. Bundan əlavə, bəzi layihələr, xüsusən də "Köçkün yataqxanalarında seks xidməti göstərən qadınlarla iş" adlı layihələrin adı çəkilən ünvanların bəzilərində olmuş, sakinlərlə söhbətləşmişik. Acınacaqlı mənzərə ilə rastlaşdıq. Bu barədə də ayrıca bəhs edəcəyik.
***
Beləliklə Açıq Cəmiyyəti Yardım Fondunun 2010-cu ildə Azərbaycanda həyata keçirdiyi qrant layihələrin siyahısı:  

İnstitusional qrantlar üzrə siyahı 

ümumi xərclər: $1.508,879 + 953.358 AZN (USD-1.193.102)
Total grant in USD: $2.701.981
Vətəndaş Cəmiyyəti Proqramı
Xərclər:
Layihələrin sayı: 38
Layihələrin məbləği: $361.461 + 72.500 AZN (USD 90.294)
Qrant alan: Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi
Layihənin məqsədi: Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin "Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $26 361,00
Qrant alan: Penitensiar Xidmət üzrə İctimai Komitə
Layihənin məqsədi: Penitensiar müəssisələrdə ictimai nəzarəti keçirilən təşkilatların fəaliyyətinə dəstəyi
Layihənin məbləği: $20 000,00
Qrant alan: "Kamil vətəndaş" maarifləndirmə mərkəzi ictimai birliyi
Layihənin məqsədi: Azərbaycan Qərb regionu QHT-rinin gənclərin ictimai fəallığının artırılması istiqamətində fəaliyyətinin stimullaşdırılması
Layihənin məbləği: $60 000,00
Qrant alan: İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi
Layihənin məqsədi: "Siyasi hüquqların müdafiəsi üzrə məhkəmə proseslərinin monitorinqi və pulsuz hüquqi yardım" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $34 846,00
Qrant alan: İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
Layihənin məqsədi: "İctimai Vəsaitlərlə bağlı məlumatın əlçatanlığının artırılması ilə bağlı regional vəkillik" regional konfransın keçirilməsi
Layihənin məbləği: $14 130,00
Qrant alan: "Demokratik Jurnalistika M
əktəbi" İctimai Birliyi
Layihənin məqsədi: "Azərbaycanda 2010-cu il Parlament seçkiləri üçün daha əlverişli informasiya məkanının yaradılması" layihəsinin həyata keçirilməsi 
Layihənin məbləği: $31 115,00
Qrant alan: İnsan Hüquqları üzrə İşçi Qrupu
Layihənin məqsədi: Hüquq müdafiə təşkilatlarına institusional dəstək üzrə layihələrin idarə olunması üzrə himayə qrupunun fəaliyyətinin institusional təminatı
Layihənin məbləği: $31 990,00
Qrant alan: "Konstitusiya" araşdırmalar fondu
Layihənin məqsədi: "Azərbaycanda orta təbəqə:mövcud durum və inkişaf" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $3 000,00
Qrant alan: "Hüquq və İnkişaf" İctimai Birliyi
Layihənin məqsədi: Ədliyyə Nazirliyinin QHT-lərin fəaliyyətinə nəzarəti üzrə tədqiqat işinin aparılması  
Layihənin məbləği: $2 000,00
Qrant alan: Azərbaycan Daun Sindromı Ailəsi
Layihənin məqsədi: DS vahid kartotekasının və saytın yaradılması
Layihənin məbləği: $9 900,00
Qrant alan: "Demokratik İnkişaf Platforması" İctimai Birliyi
Layihənin məqsədi: Ərazisi işğal olunm
uş rayonların ümumtəhsil ayrılmış büdcə vəsaitlərinin yerləşdirilməsi, təyinatı üzrə yönəldilməsi siyasətinin araşdırılması və təhlili  
Layihənin məbləği: $3 000,00
Qrant alan: İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
Layihənin məqsədi: "Hökümətin aqrar siyasətinin qiymətləndirilməsi" layihəsini həyata keçirilməsi
Layihənin məbləği: $12 426,00
Qrant alan: Vətəndaş Maarifləndirilməsi İctimai Birliyi
Layihənin məqsədi: "Siyasi hüquqların müdafiəsi üzrə məhkəmə proseslərinin monitorinqi və pulsuz hüquqi yardım" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $17 992,00
Qrant alan: "İqtisadi Tədqiqatlar Mərkəzi" İctimai Birliyi
Layihənin məqsədi: "İnfləsiyanın determinantları və idxal infləsiyasının kənərlaşma hüdudlarının daraldılması imkanlarının tədqiqi" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $3 000,00
Qrant alan: "Hüquqi İnkişaf və Demokratiya" İctimai Birliyi
Layihənin məqsədi: "Azərbaycanda virus hepatitlərinin aşkarlanması, diaqnostikası, profilaktikası və peyvəndi sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $8 080,00
Qrant alan: Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyi
Layihənin məqsədi: "Azərbaycanda sürətlə artan intihar hadisələrinin sosial və psixoloji təsirlərinin tədqiq edilməsi" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $20 074,00
Qrant alan: "Cəmiyyətin və Vətəndaş münasibətlərinin inkişafı" İB
Layihənin məqsədi: "Azərbaycanda istefada olan hərbçilərin vəziyyətinin öyrənilməsi və bu sahədə islahatlar" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $11 550,00
Qrant alan: Hərbi Analitik Tədqiqatlar Mərkəzi
Layihənin məqsədi: "Region ölkələrinin hərbi doktrinaları - stabillik, yoxsa qarşıdurma təhlükəsi" ictimai araşdırmasının aparılması
Layihənin məbləği: $10 000,00
Qrant alan: Media və İctimai Təşəbbüslər Mərkəzi
Layihənin məqsədi: Azərbaycanda kredit faizlərin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi
Layihənin məbləği: $11 997,00
Qrant alan: Azərbaycan Hüquqşünaslarının Forumu
Layihənin məqsədi: "Hüquq İslahatlarına İnkişafına Dəstək" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $20 000,00
Qrant alan: İqtisadi və Sosial İnkişaf Mərkəzi
Layihənin məqsədi: "Azərbaycan Sığorta Sistemi: iqtisadi və sosial proseslərə multiplikator təsiri kimi" layihəsini həyata keçirilməsi


ŞOK 

Fondun Azərbaycan nümayəndəliyi təkcə 2010-cu ildə "...Bakıda, Mingəçevirdə, Sumqayıtda və Yevlaxda məskunlaşmış məcburi köçkün icmalarında yaşayan və seks xidmətləri göstərən qadınlar arasında maarifləndirmə işi"nə 300 min dollardan çox pul silib... 

Beləliklə, Açıq Cəmiyyəti Yardım Fondunun 2010-cu ildə Azərbaycanda həyata keçirdiyi qrand layihələrin siyahısı:
İnstitusional qrantlar üzrə siyahı 
ümumi xərclər: $1.508,879 + 953.358 AZN (USD-1.193.102)
Total grant in USD: $2.701.981 
Qrant alan: Əfqanıstan Veteranlar İttifaqı
Layihənin məqsədi: Bölgələrdə insan hüquqları müdafiəçilərinin institusional dəstəklənməsi
Layihənin məbləği: 4 000,00 man.
Qrant alan: "Demokratiyaya Yardım" İctimai Birliyi
Layihənin məqsədi: "Demokratiyaya Yardım" İctimai Birliyinin institusional dəstəklənməsi
Layihənin məbləği: 4 000,00 man.
Qrant alan: Balakən İnsan Hüquqları və QHT-lərin İnkişafı Resurs Mərkəzi
Layihənin məqsədi: Balakən İnsan Hüquqları və QHT-lərin İnkişafı Resurs Mərkəzinə təşkilatı dəstək
Layihənin məbləği: 4 000,00 man.
Qrant alan: "Aran"  İnsan Hüquqları Resurs Mərkəzi
Layihənin məqsədi: Ekoloji hüququn qorunması sahəsində təcrübə, bilik və bacarıqlarının inkişafı
Layihənin məbləği: 4 000,00 man.
Qrant alan: "İnsan Hüquqları üzrə maarifləndirmə" İctimai Birliyi
Layihənin məqsədi: "Beynəlxalq vəkillik sahəsində bilik və bacarıqların artırılması" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: 7 000,00 man.
Qrant alan: Şamaxı Regional Demokratiya və Gender Resurs Mərkəzi
Layihənin məqsədi: Şamaxı Regional Demokratiya və Gender Resurs Mərkəzinin fəaliyyətinə dəstəyi
Layihənin məbləği: 4 000,00 man.
Qrant alan: "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İB
Layihənin məqsədi: "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İB-nin təşkilatı dəstəklənməsi
Layihənin məbləği: 2 500,00 man.
Qrant alan: "Ehtiyatda və İstefada olan zabitlər İttifaqı" İctimai Birliyi
Layihənin məqsədi: "Ehtiyatda və İstefada olan zabitlər İttifaqı" İctimai Birliyinə institusional dəstəyi
Layihənin məbləği: 3 000,00 man.
Qrant alan: "Aran"  İnsan Hüquqları Resurs Mərkəzi
Layihənin məqsədi: Ekoloji hüququn qorunması sahəsində təcrübə, bilik və bacarıqlarının inkişafı
Layihənin məbləği: 4 000,00 man.
Qrant alan: Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Qrupu
Layihənin məqsədi: Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Qrupuna institutsional dəstəyi
Layihənin məbləği: 2 000,00 man.
Qrant alan: D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyəti
Layihənin məqsədi: D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinə təşkilatı dəstək
Layihənin məbləği: 10 000,00 man.
Qrant alan: Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzi
Layihənin məqsədi: Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzinə təşkilatı dəstək
Layihənin məbləği: 4 000,00 man.
Qrant alan: Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi Qərb bölgə nümayəndəliyi
Layihənin məqsədi: Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi Qərb bölgə nümayəndəliyinə institusional dəstəklənməsi
Layihənin məbləği: 5 000,00 man.
Qrant alan: Azərbaycan Vətən Müharibəsi Veteranı Birliyi
Layihənin məqsədi: Azərbaycan Vətən Müharibəsi Veteranı Birliyinə təşkilatı dəstək
Layihənin məbləği: 3 000,00 man.
Qrant alan: "Qərb-Resurs" Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi
Layihənin məqsədi: "Qərb-Resurs" Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinə təşkilatı dəstək
Layihənin məbləği: 5 000,00 man.
Qrant alan: Demokratiya və İnsan hüquqları Resurs Mərkəzi
Layihənin məqsədi: Demokratiya və İnsan hüquqları Resurs Mərkəzinə təşkilatı dəstək
Layihənin məbləği: 5 000,00 man.
Qrant alan: Azərbaycan Hüquqşünaslar Assosiasiyasi
Layihənin məqsədi: 2010 Avropa Pro Bono Forumunda 2 nümayindənin iştirakı
Layihənin məbləği: 2 000,00 man.
Şərq Şərq: Sərhədsiz
Tərəfdaşlıq Proqramı
Xərclər:
Layihələrin sayı: 8
Layihələrin məbləği: $115.990
Qrant alan: AKTAM
Layihənin məqsədi: Elektron hökümətin formalaşdırılması prosesində vətəndaş cəmiyyəti ilə dövlət təşkilatlarının qarşılıqlı əlaqələri təcrübəsinin öyrənilməsi və yayılması
Layihənin məbləği: $4,400.00
Qrant alan: "İntellekt" Fundamental Elmlərin İnkişafı İctimai Birliyi
Layihənin məqsədi: "Mərkəzi və Şərqi Avropa təcrübəsi əsasında Azərbaycanın Qərb regionunda icma təşkilatçılığı prosesini gücləndirməklə-icma inkişafı prosesinin dərinləşdirilməsi " layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $30 185,00
Qrant alan: "TOMRİS" Analar və Bacılar Cəmiyyəti
Layihənin məqsədi: "Qloballaşma və qadın hüquqları: Azərbaycan - Polşa" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $9 970,00
Qrant alan: Azərbaycan Valideyn- Müəllim Assosiasiyasi
Layihənin məqsədi: Azərbaycandan 14 nümayindənin Polşaya təcrübə mübadiləsi səfərin təşkili
Layihənin məbləği: $21 392,00
Qrant alan: QHT Dövlət Dəstəyi Şurası
Layihənin məqsədi: "Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi" konfransın keçirilməsi
Layihənin məbləği: $30 100,00
Qrant alan: Bakı Təhsil Məlumat Mərkəzi
Layihənin məqsədi: "Azərbaycan universitetlərində keyfiyyətə təminat mexanizmlərinin təkmilləşdirilməsi üçün Estoniya təcrübəsinin öyrənilməsi" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $4 134,00
Qrant alan: "İctimai Maraqlar naminə Vətəndaş Təşəbbüsü"
Layihənin məqsədi: "Şərqi Tərəfdaşlıq ölkələrində İnsan Hüquqlarının Müşahidəsi: Müsbət Təcrübə və Qarşıya çıxan çətinliklər" layihəsini həyata keçirilməsi
Layihənin məbləği: $14 189,00
Qrant alan: İnsan Hüquqları Müdafiə Mərkəzi
Layihənin məqsədi: "Şərqi Tərəfdaşlıq ölkələrində insan hüquqlarının müdafiəsinə nəzərət:müsbət təcrübələr və qarşıya çıxan problemlər" layihəni həyata keçirmək
Layihənin məbləği: $1 620,00
KİV İfadə Azadlığı Proqramı
Xərclər:
Layihələrin sayı: 17
Layihələrin məbləği: $154,959
Qrant alan: Azərbaycan Demokratik Jurnalistlər Liqası
Layihənin məqsədi: "Jurnalistlərin hüquqlarının qorunması və onlara hüquqi və maddi yardımın göstərilməsi" layihəsinin həyata keçirilməsi 
Layihənin məbləği: $30 000,00
Qrant alan: Azərbaycan Demokratik Jurnalistlər Liqası
Layihənin məqsədi:  "Jurnalistlərin hüquqlarının qorunması və onlara hüquqi və maddi yardımın göstərilməsi" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $3,000.00
Qrant alan: "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi
Layihənin məqsədi: "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $1,100.00
Qrant alan: Bakı Mətbuat Klubu
Layihənin məqsədi: İfadə Azadlığı Forumu-2010 keçirilməsi
Layihənin məbləği: $31 635,00
Qrant alan: "Demokratik Jurnalistika Məktəbi" İctimai Birliyi
Layihənin məqsədi: "İfadə Azadlığı Komitəsinin mətbuatın və jurnalistlərin müdafiəsi üçün yeni təşəbbüsləri" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $1 700,00
Qrant alan: "Media Hüququ İnstitutu" İctimai Birliyi
Layihənin məqsədi: "İfadə azadlığı ilə bağlı işlərin Avropa Məhkəməsinə çıxarılması"" layihəsinin həyyata keçirilməsi
Layihənin məbləği: $9 516,00
Qrant alan: "Multimedia" İnformasiya Sistemləri və Texnoloqiyaları Mərkəzi
Layihənin məqsədi: İctimai İnformasiya s
ubyektlərinə məxsus ictimai informasiyaların veb resurslar vəsitəsilə açıqlanması vəziyyətinin monitorinqi
Layihənin məbləği: $19 000,00
Qrant alan: Azərbaycan Jurnalistlər Birliyi
Layihənin məqsədi: "Regional KİV: jurnalist fəaliyyətinin hüquqi tənzimlənməsi və peşə məsuliyyəti" layihəsinin həyata keçirilməsi 
Layihənin məbləği: $10 503,00
Qrant alan: Media və Demokratiya İnstitutu
Layihənin məqsədi: Azad mətbuat və ifadə azadlığı uğrunda fəaliyyət göstərən jurnalistlər haqqında sənədli filmin çəkilməsi 
Layihənin məbləği: $3 500,00
Qrant alan: "Hərbi Jurnalistlər" İctimai Birliyi
Layihənin məqsədi: "Jurnalistləri
n hərbi sahədə bilik və bacarığlarının artırılması" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $4 500,00
Qrant alan: "Mingəçevir İşıqları" qəzeti redaksiyası
Layihənin məqsədi: "Gəlirsiz qəzetlərin
 qazanc yolu" layihəsini həyata keçirilməsi
Layihənin məbləği: $4 000,00
Qrant alan: Azərbaycan Gözdən Əllillər Cəmiyyəti
Layihənin məqsədi: "Danışan kitabxana" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $7100,00
Qrant alan: İnformasiya Texnologiyaları, İnternet və Media İB
Layihənin məqsədi: "Bloqosfer 2010" Azərbaycan bloqerlərinin İ forumunun keçirilməsi 
Layihənin məbləği: $4 900,00
Qrant alan: Sosial İnformasiya Agentliyi
Layihənin məqsədi: "Sosial jurnalistika yeni başlayanlar üçün" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $1 500,00
Qrant alan: Azərbaycan Media Mərkəzi
Layihənin məqsədi: "Azərbaycanda demokratiya prosesində xalq iştirakını cəlb etmək, stimullaşdırmaq və həvəsləndirmək" layihəsinin həyata keçirilməsi
Layihənin məbləği: $17 510,00
Qrant alan: "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu"İB
Layihənin məqsədi: "çəkilmiş pəncərəli ev" filmin montajının başa çatdırılması
Layihənin məbləği: $2 500,00
Qrant alan: "Kultura.az" Mədəniyyət və İntcəsənət Portalı
Layihənin məqsədi: "Kultura.az" Mədəniyyət və İntcəsənət Portalına institusional dəstəyin göstərilməsi
Layihənin məbləği: $2 995,00
Gənclər Proqramı
Xərclər:
Layihələrin sayı: 9
Layihələrin məbləği: $72,840 + 30,000 AZN(USD-37585)
Qrant alan: "Yuva" Humanitar Mərkəzi
Layihənin məqsədi: Gənclər Fəaliyyətinə Dəstək Mərkəzinə institusional dəstəyin göstərilməsi
Layihənin məbləği: $72 840,00
Qrant alan: "Ehtiyatda və İstefada olan zabitlər İttifaqı" İctimai Birliyi
Layihənin məqsədi: çağırışçıların hüquqları sahəsində seminarların keçirilməsi
Layihənin məbləği: 3 000,00 man.
Qrant alan: "Abşeron" Gənclərin İnkişafı İctimai Birliyi
Layihənin məqsədi: Abşeron rayonun Qobu qəsəbəsində ətraf mühitin yaxşılaşdırılmasında gənclərin ekoloji təmiz mühitin formalaşdırılması kompaniyasının həyata keçirilməsi
Layihənin məbləği: 4 200,00 man.
Qrant alan: "Gədəbəy Sosial-İqtisadi İnkişaf Naminə" İB
Layihənin məqsədi: "Sahibkarlıq- gənclərin məşqulluq probleminin həlli üçün yaxşı vasitə kimi" layihəsini həyata keçirilməsi
Layihənin məbləği: 4 200,00 man.
Qrant alan: "Sağlam düşüncə" Gənclər Təşkilatı
Layihənin məqsədi: "Ətraf mühitin mühafizəsi və bu işdə gənclərin rolu" layihəsini həyata keçirilməsi
Layihənin məbləği: 4 100,00 man.
Qrant alan: "Vikipedia - Azərbaycan" İctimai Birliyi
Layihənin məqsədi: Azərbaycan dilində olan Vikipediyada gənclərin fəaliyyəti və bu fəaliyyətin stimullaşdırılması
Layihənin məbləği: 4 300,00 man.

İbrahim Xəlil                  tezadlar.az 

Комментариев нет:

Отправить комментарий