Страницы

23.12.2011

"BİLMİRSƏNSƏ GET ATAN SARKOZİDƏN SORUŞ"


Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan, "soyqırımı inkar qanununu" təsdiqləyən Fransanın preizdenti Sarkozini sərt şəkildə tənqid edib

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan "Müsəlman cəmiyyətlərində dəyişmə və qadının rolu konfransı"nda etdiyi çıxışı zamanı bildirib ki, Əl Cəzairdə fransızların etdiyi soyqırım idi. Sarkozi bu soyqırımı bilmirsə, getsin atası Sarkozidən soruşsun. Sarkozinin babası İspaniyadan qaçıb, Osmanlıya sığındı, daha sonra Fransaya köçdü. Sarkozi əgər öz ailəsinə baxsa, orada Türkiyənin türklərin köməyindən və xoş məramından başqa heç bir şey görməz. Əlbəttə ki, fələstinli qadınları, Qəzzalı qardaşlarımı xüsusilə salamlayıram. Fələstinin qadınları yarım əsrdir çox ağır bir imtahandan keçirlər.


Onların şərəfli qürurlu mübarizəsi yalnız İslam dünyasına deyil, bütün dünya qadınlarına nümunədir. Qadınlar tarixin hər dövründə dəyişikliyinin sahibi olublar.  Qadın haqqlarının qorunduğu cəmiyyətlər hər sahədə irəlidədirlər.  Qadınların əzildiyi kobud rəftar edildiyi cəmiyyətlər, qadın haqqlarının tapdalandığı cəmiyyətlər həmişə geri qalıblar.
Fransanı parlamentində qəbul edilən erməni himayədarı qanuna toxunan Ərdoğan bildirib ki, dünən bu mövzuya bağlı açıqlamalarımızı verdik. Bəzi tədbirləri aldıq. Bu gün Fransada təxminən 5 milyon müsəlman var. Fransa və Avropada ayrı-seçkilikçiliyin, müsəlman əleyhdarlığının nə qədər təhlükəli nöqtəyə çatdığı ortadır. Sarkozi, türk və müsəlman düşmənliyindən istifadə edərək seçkilərdə qalib gəlmək istəyir. Əl Cəzairdə 1945-ci ildən etibarən təxminən əhalinin 15 faizi fransızların qətliamına uğrayıb. Bu bir soyqırım idi. Əl Cəzairlilər sobalarda toplu şəkildə yandırılıb. Əgər Fransa prezidenti Sarkozi bu soyqırımı bilmirsə, getsin atası Sarkozindən soruşsun. Atası, 1940-cı illərdə Əl Cəzairdəki fransız legionunda əsgərlik edib. Əminəm ki, oğuluna qırğın haqqında söyləyəcək çox sözü var. Sarkozi, Türkiyənin tarixində soyqırım tapa bilməz. Əgər öz ailəsinə baxsa, orada Türkiyənin türklərin köməyindən, xoşgörüşündən başqa heç bir şey görməyəcək.

Комментариев нет:

Отправить комментарий