Страницы

09.12.2011

Bu nə bəladı, düşümüşük Telli!


3d Animasi Fairy Dance Animated Human Animation - 384x384px3d Animasi Woman Playing Violin Animated Human Animation - 300x400pxAncaq bizdə oxuyun!

Sofiya Sadıqlı Azərbaycan şor-biznesindən yazdı!

O günlərdə bekarçılıqdan internetdə mədəniyyət tədbirlərindən və toylardan çəkilmiş şəkillərə baxırdım. Yaxın Şərq və Cənubi Qafqaz mövzusunda xeyli düşünüb başımı yorduğumdan bir az da nənəm demiş, yüngül-dingil məsələlərə baş apardım ki, dincəlim. Siyasi fikirlərdən şişmiş başımı boşaltmaq üçün baxdığım şəkillər və ulduzların məntiqli, savadlı fikirləri qanımı daha da qaraltdı. O anda beynimdə həmişəki sual yenidən doğdu “bəs bizimkilər niyə belə danışa bilmir, niyə belə poza verə bilmir?”. Elə sual yenicə doğmuşdu, göbəyni kəsməmiş, Telli Borçalı kəsdirdi başının üstünü.

Təsadüfən Telli Borçalının toylardan birində sındıra-sındıra süzdüyü yerdə çəkilmiş şəklinə rast gəldim. Ha baxdım görüm bu şəkildəki qadın cinsinə, yoxsa, kişi cinsinə aiddir, amma vallah heç nə anlamadım. Çünki Borçalının şanlı qızı burda bir az transa da oxşayırdı. Bir anlığa xəyalımdakıları fotoşop vasitəsilə reallaşdırmaq üçün Tellinin üstündə olan ağ, ala-bula donunu çıxarıb, əyninə Nadir Qafarzadənin kostyumunu geyindirdim. Ooo, bu əsl kişidir ki... amma öz aramızdır Telli Borçalı Nadir Qafarzadədən pis kişi çıxmadı ha.

Deyirəm e, əslində eybə-qüsura gülmək suçdur. Amma mən Tellinin qüsuruna gülmürəm, sadəcə zövqsüzlüyündən və qadınsızlığından dəhşətə gəlirəm. Demək istəyirəm ki, ay Telli, nə olar, hər zaman, hər yerdə yadında saxla qadın olduğunu və özünü qadın kimi apar da. Axı Tanrı səni qadın yaradıb. Aman ya Rəbbim, bu nə dərddir, bəladır tökürsən başımızdan? Bu nədir axı kişi manıslar qaş aldırır, əzilir, büzülür tellilər xoruzlanır, kişilənir. Belə də zülm olar? Sizi bilmirəm, şəxsən mən Telliyə, Nüşabə Ələsgərliyə, Nazpəriyə baxanda burnuma dana basdırmasının iyi gəlir. Çünki bu adamların ruhu yedikləri dana basdırmalarından, quzu kabablarından elə korşalıb ki, külli-aləm gözlərində dana, yeməli quzu şəkilində görünür.    
3d Animasi Woman In Sand Animated Human Animation - 390x274px
Xülasə, manıs qadınlarımızın iyrənc ruhuna toxunduğum üçün ürəyimin bulandığını duydum. Qəfil oxucularımın da bu hissi keçirəcəyindən hürküb, dünən qulaqlarıma pıçıltı ilə söylənən bu şeiri səhifəyə düzdüm. Dedim oxucularımın ürək bulanmasının qarşısını ancaq bu yolla ala bilərəm. Sizi bilmirəm bu qoşma həmişə mənə uşaq vaxtı Masallı dağlarında yığdığım kəklikotunun qoxusunu gətirir:
“Tanrı səni xoş camala yetirmiş,
Səni görən aşiq əqlin itirmiş.
Mələklərmi dərmiş göydən gətirmiş,
Heyif ki, dəriblər az bənövşəni”.

İlahi, adam düşünəndə ki, nə vaxtsa, bizim belə qadınlarımız olub, onların bir görüşündən aşıqlar belə ilhamlanıblar, o zaman bugünki tellilərimizin qadına deyil, kişiyə çevrilməsində bilmirəm, Avropa Şurasını qınayım, bilmirəm NATO-nu, yoxsa Barak Obamanı qınayım. Bəlkə Elton Conu söyüm?

3d Animasi Monkey Wave Hand Animated Animal Animation - 350x350pxXatunun heyvan sevməkliyi

 Yox, əşi, qətiyyən elə fikri m yoxdur. Xatunun sevglisinə başqa canlının adıyla müraciət etmək niyyətində deyiləm. Çünki bu jurnalistika və etika qaydalarına ziddir. Sadəcə Xatunun əynindəki xəzin ona heç yaraşmadığını görüncə qanım qaraldı. Axı hansısa canlını diri-diri canından edib, öldürüblər ki, nədi-nədi enlikürək, yoğun bilək, azman bədənli Xatun özünü bəzəyəcək. Çifayda, onsuz da iri bədənli Xatunu əynindəki xəz daha da qabardıb, daha da şişirdib. Ara yerdə heyvanların məhv olmasına üzülürəm e. Onsuz da gözələ al da yaraşır, şal da yaraşır. Amma öz aramızdır, Xatun heyvanları çox sevir. Çox sevdiyindən istəyir ki, diri-diri yesin. Bəzən birini çox istəyəndə “səni yeyərəm” deyirlər. Xatun da heyvanları çox sevdiyindən onların dərisinə bürünür. Amma şükür ki, o, da digər manıs həmkarı Elza kimi eyni zamanda heyvan kimi səslər çıxarıb, sonra da buna “sənət” adı vermir. Yox, Xatun özünü Elzaya nisbətən çox xanım-xatın aparır. Yoxsa, Elza heyvanlara konsert verib, sonra da xəz paltarları reklam edir. Adam bir düşük şubaya görə özünü daha hansı şəklə sala bilər ilahi! Gəlin etiraf edək ki, Xatunun “xanım-xatın” təbbəsümü var. Adam baxanda bir daha gülmək istəmir. Elə mən də Xatunun bu şəkildəki təbbəsümünü görəndən ağzımı skoçlamışam.

Güldürə-güldürə ağladan Fərda

Bilirsiz də xarici ölkələrdə insanların ağlaması və gülməsi üçün xüsusi klublar var. İnsanlar bu klublarda ya gülür, ya da ağlayır. Bu seçim artıq hər kəsin öz istəyinə buraxılır. Psixoloqlar isə deyir ki, belə klublarda ağlamaq da, gülmək də depresiyadan qurtulmağa, stresi atmağa yardımçı olur. Biz də isə ağlamaq və gülmək məsələsi tam başqa şəkildə formalaşıb. Telekanallardakı verilişlərə baxmaq yetər ki, depresiyadan qurtulmamış, stresdən çatlayıb öləsən. Kanalın birində Zaur yanına da bir qırmızı tuman qızı alıb camaatın özünə hörmət qoymayan kəsmini evləndirib, boşadır. Digər kanala çevirəndə isə atasının başını baltalayan oğlun kefikök halını görüb düşünmə qabliyyətini itirisən. Bir başqa kanalda ünlü jurnalist Xoşbadənin “şok, şok, şok” çığırtısından şoka düşüb təcili yardımın kabinəsində xəstəxanaya çatdırılırsan.
Hələ bu harasıdır? Bizdə elə parodiyaçılar, elə aktyorlar var ki, çıxışına baxanda gülmək əvəzinə arıqlayırsan. Qabaqlar Fərda deyilən birisi vardı. Gerçəkdən onda artistizm bəlirtisi olduğundan çıxışları pis alınmırdı. Dəqiq xatırlayıram onun həmkarı Müşfiqlə meyxanaçıları parodiya etməsini. Çox əla alınmışdı. Amma nədənsə Fərda irəli getmək əvəzinə xərçəng kimi gerilədi. İndi də gedib Dubaydakı velosipedləri reklam edir. Deyirəm e, pul hərisliyi adamı nə günə desən salarmış.

3d Animasi women Chinese Dance Animated Human Animation - 355x363pxZara getdi, bəs kim zarıdacaq?

Lider telekanalında bir Zara var idi. Yəqin ki, hələ yadınızdan çıxarmamısınız. Nəyini də unutsanız vulqar geyimini unuda bilməzsiniz. Zalım balası elə bilirdi ki, dünyada bundan gözəli yoxdur. Guya bu da özünü Azərbaycanın Kiseniya Sobçakı hesab edirdi. Vay, vay, vay. Çox böyük rəzalət, çox böyük rüsvayçılıq idi Zara da, onun geyimi də, hətta Nadir Qafarzadədən seksuallığı barədə aldığı açıqlamalar da. Hollivud ulduzları haqqında danışanda “o, çox seksualdır” ifadəsini dəyər kimi işlədirlər. Bizdə bunu eşidən palatka manısları da özlərini seksual göstərmək üçün soyunub tökürlər nəyi var yerə. Daha anlamırlar ki, qadının seksuallığı elə onun qadın gözəlliyi, qadın cazibəsindədir. Qadın nə qədər qadındırsa, o qədər çəkicidir, o qədər cəlbedəndir. Buna isə xaricdə seksuallıq deyirlər. Bizimkilər seksual sözünü eşidən kimi “Gözəlçə” filmindəki küçədə xidmətlərini təklif edən qadını xatırlayırlar. Zara da özünü rusiyalı aparıcı Kiseniya Sobçaka bənzədib nəsə qeyri-adilik etmək istədi amma çox düşük alındı.
Ən azından Zara elə Zaradır. Onun Kiseniya Sobçak olması üçün gərək  100 il inkişaf yolu keçsin. Zara Kiseniya Sobçak kimi soyuna, hətta ondan da arsız ifadələr işlədə bilər, amma Kiseniya ola bilməz. Çünki Kisenya Sobçak eyni sualla Düma üzvlərinə də müraciət edir. Adama deyərlər, indi duxun çatır ol Kisenya! Yox gücün çatmırsa, get gücün çatan daşa güc elə. Səninki elə üzünə baxanda cinsi bəlli olmayan translara “sən seksualsan?” kimi əndərabadi sual verməkdən o yana keçə bilməz.

Mükafatın yeri səhv düşəndə...

Bizdə seçim bütün sahələrdə hər zaman haqsızlıqla müşayiət edilib. Bu sağıcı seçimindən tutmuş məmur seçiminə qədər belədir. Bizdə həmişə atın qabağına ət, itin qabağına isə ot qoyublar. Bir-iki ay öncə Hüseyn Dərya adlı bir meyxanaçıya verilən mükafata onun münasibətini görəndə də buna bir daha əmin oldum. Hüseyn Dayaz ona verilən mükafatı yerə tullayıb produsserini söyüb-batırdı ki, “niyə gəlib vaxtında əlimdən almırsan mükafatı”. Guya bu Hüseyn Alen Delon  və ya Misir şahzadəsi imiş. Adətən hamilə qadınlar ağır yük götürməkdən çəkinərlər. Amma mükafatın çəkisi çox da ağır deyildi. Sadəcə Hüseyn altşurunda onun bütün yaradıcılığının çürük qoza da dəymədiyi halda əlinə mükafat verib onunla məzələndiklərini hiss etdi. Hə bax bu versiya ağlıma batdı. Axır ki, Hüseynin mükafatı yerə çırpmasına aydınlıq gətirə bildim.
3d Animasi Women Modern Dance Animated Human Animation - 258x345pxBurada bu həftəlik nağılımız sona erdi və göydən üç alma düşdü. Almanın biri mənim nağılı danışdığıma görə. İkincisi də mənim yazdığıma görə, üçüncüsü də mənim sizi çox sevdiyimə görə.

Sofya Sadıqlı

Комментариев нет:

Отправить комментарий