Страницы

27.12.2011

Əfsanə Əliyeva. Ayılar


Мультфильмы - Кунг-фу Панда 2Ayılar, ay ayılar
Nəhəng, qorxunc ayılar
Armud yetişib bolluca,
Yeyib siz də doyunca,
Yatarsız qış boyunca

Arılar işlər il boyu
Pətəklər olar bal dolu
Arılardan xəbərsiz,
Yeyərsiz səssiz-səssiz

Əgər doysa,qarnınız,
Bir az qalsa,halınız,
Mışıl-mışıl yatanda
Nə görmüsüz yuxuda?..
Nağıl edin bir az da.

Anamın ad günü

Anamın ad günüdü
Hədiyyə alım gərək
Amma heç yoxdur pulum?!
Nənəmə deyəm gərək.          
Gedib dedim nənəmə:

Nənə,nənə, can nənə
Tez pul ver, görüm mənə!         
Nənəm dedi:
Ay bala de,
Görüm bir sən mənə.
Photoshop - Живой музей
Nəyinə gərəkdi pul?
Balacasan sən hələ!

Dedim:
Anamın ad günüdür
Hədiyyə alam gərək

Nənəm çox fikirləşdi,
Gülümsəyib söylədi:
Ay üzü göyçək balam,
Ürəyi çiçək balam
Dünyanın ən böyük
Supermarketlərini
Gəzib,dolansan belə,
Tapmazsan özün kimi
Sən bahalı hədiyyə.

Ağ dovşanlar

Günlərin bir günündə
Soyuq qış səhərində
Babamla mən getmişdik
Qalın, qorxunc meşəyə.
Hər tərəf ağappaqdı
Elə bil ki, ağ akvarel
Tökülmüşdür meşəyə
Sakitlik idi yaman
Görünmürdü ətrafda
Nə tülkü,nə canavar.
Bircə gözə dəyirdi
Qar kimi ağ dovşanlar.
Bir az gəzib meşədə,
Мультфильмы - Rio
çıxıb getdik evimizə

Aylar,günlər tez ötdü
Yetirdi özünü yaz
Yaz gününün birində,
Qar kimi ağ dovşanlar
Mənim yadıma düşdü

Gedib dedim babama:
Baba,baba can baba
Gəl gedək biz meşəyə,
Baş çəkək dovşanlara
Babam da razı oldu.
Yollandıq biz meşəyə.
Yamanca məyus oldum
Gözümdən yaş axırdı
İnan ki, gilə-gilə.

Meşədə var idi
Tülkü, canavar,
ceyran, cüyür,
Dələ, ayı, şir, pələng,
Bircə gözə dəymədi
Qar kimi ağ dovşanlar?!

Kolların,ağacların
dalından boylanırdı
balaca boz dovşanlar,
Hey mənə baxırdı
Elə bil tanıyırdı

Babam bilib halımı,
dedi:
Ay mənim qoçaq balam
Ay mənim əziz balam
Təbiət qanunudu
İldə iki dəfə
Rəngini dəyişir
Ürkək, qorxaq dovşanlar

Photoshop - Волшебное деревоİlkin üçün

Qaradı kişmiş kimi,
Şirindi İlkin bala.
Nə vaxt baxsan o qaçır,
Gah sağa, gah sola.

Yorulmayır elə bil,
Güclüdü aslan kimi.
Həm də çox ağıllıdır,
Böyük adamlar kimi.

Gündə 100 yol keçsə də,
Bizim evin yanından.
Salam vermək çıxmır,
Heç İlkinin yadından.

Комментариев нет:

Отправить комментарий