Страницы

25.12.2011

HAİTİ ZƏLZƏLƏSİ ABŞ-ın ƏL İŞİDİR!


FaktXəbərin Wolternet xəbər saytına istinadən verdiyi məlumata görə, Rusiya donanması, Haiti zəlzələsinin Amerika ordusunun Haarp silahının sınağı nəticəsində baş verdiyini və bu təcrübələrin son məqsədinin İranda güclü zəlzələ yaratmaq olduğunu irəli sürüb.

Məqalədə, Venesuela prezidenti Huqo Çavesin Amerikanı Haiti zəlzələsi başda olmaqla Kariblərdə ardıcıl zəlzələ yaratmaqda günahlandırdığı və bu çərçivədə Venesuela, Nikaraqua və Bolivya kimi ölkələrin mövzunun araşdırılması üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istədikləri qeyd edilir.

Digər yandan Venesuelanın Vivetv kanalı, Rusiya donanmasının Haiti zəlzələsindən sonra Amerika donanmasının 2008-ci ildən sonra Karib hövzəsindəki fəaliyyətlərini diqqət altına aldığını, aparılan araşdırmaların nəticəsində Amerikanın 70-ci illərdən sonra Haarp silahları üzərindəki araşdırmalarını inkişaf etdirdiyinin aydın olduğu bildirilir.

Rusların hesabatına görə, Amerika ötən həftə iki sınaq həyata keçirib, ilk zəlzələ 6.5 bal gücündə Kaliforniya əyalətinin Eureka şəhərinin ətrafında həyata keçirilib və tələfat olmayıb, ikinci zəlzələ Karib hövzəsində baş verib və ən azı 140 min adam həyatını itirib, Amerika bu zəlzələnin baş verəcək dağıntılarından və can itkisindən xəbərdar idi və təcrübələrin əsas məqsədi İranı zəlzələ ilə çökdürməkdir.

Комментариев нет:

Отправить комментарий