Страницы

25.12.2011

İSRAİLİN SONSUZLUQ YARADAN ŞOKOLADLARI


1980-ci illərində Orta Şərqdə geniş şəkildə mübahisə mövzusu olan və narahatlıq yaradan bir sui-qəsd nəzəriyyəsi idi bu. Nəzəriyyəyə görə, sionistlər gizli laboratoriyalarda tərkibində bol miqdarda progesteron (aybaşı dövrünə nəzarət edən hormon) ehtiva edən şokolad hazırlayıb və bu şokoladları fələstinli gənclərə, xüsusilə qızları cəzb etsin deyə çəhrayı rəngdə və daha gözaldadıcı qablarda satıblar. 

Beləliklə şokoladıarın tərkibindəki bəzi maddələr sayəsində fələstinli qızların hamilə qalmalarına maneə törədilmiş olurdu. Və fələstinlilər arasında əhali artımı da dayandırılmış olacaqdı. Fələstin rəhbərliyi gedərək yayılan bu narahatlıq səbəbiylə, bazardakı şokoladlardan nümunələri Misirin paytaxtı Qahirəyə göndərib araşdırmalar etdirdi.  Fələstinlilər analizlərin nəticələrinin onlar fikirləşdiyi kimi çıxdığına inandılar, ancaq bu nəticələr onlardan gizlədildi.

Sui-qəsd nəzəriyyəsi o qədər hallandırıldı ki, sonda "Vaşinqton Post" qəzeti, Əl-Xəlil şəhərindən alınan və şokoladların laboratoriya nəticələrini göstərən hesabatı nümayiş etdirdi. Bu hesabatlara görə, şokoladlar "təmiz" idi. Ancaq Orta Şərqdə bu sui-qəsd nəzəriyyəsinə inananlar artıq böyük əksəriyyəti təşkil edir.


Комментариев нет:

Отправить комментарий