Страницы

26.12.2011

Nəyimə gərəkdi səni düşünmək


Cəlil Cavanşir

nəyimə gərəkdi səni düşünmək,
bu şəhərdə
yüngül xasiyyətli,
gəzəyən,
bir az ağıllı kişi görən kimi
əriyən,
hətta “sevirəm” deyən,
şeiri axmaqlıq,
roku azadlıq
sayan qızlar varkən.

nəyimə gərəksən axı,

ehtirasımı söndürəcək
qadınlar,
ərinə xəyanət edən
“xanımlar” varkən bu şəhərdə.

yarı çılpaq, yarı lüt,
açıq-saçıq geyinmiş
qadınlar varkən bu şəhərdə
səni düşünməyə dəyməz
bir də.

nəyimə lazımdı səni yazmaq,
yazılacaq bunca sevdalar içində.
bu şəhərdə sevgilər də,
nisgillər də
tamam fərqli biçimdə.

səni
hər doğan Günəşdə,
batan Ayda,
hər axan ulduzda
və hər sevdiyim qızda itirdim,
unutdum
bir az da.

nəyimə lazımdı səni sevmək?
Bu şəhərdə ən azad sevgilər,
ən real görüşlər
ən ucuz fahişələr varkən
yatmağa.

nəyimə lazımdı səni düşünmək,
səni yazmaq,
səni bitirmək,
səndə bitmək.
nəyimə lazımdı?
nəyimə lazımsan sən?

Комментариев нет:

Отправить комментарий