Страницы

22.12.2011

Polis Nardaran dindarlarını narkotik istifadəçisi adı ilə həbsə alıb


Nardaran kəndində əsassız həbslər aparılır. Bu haqda Turana Nardaran ağsaqqallarından Natiq Kərimov bildirib.

O, kənddə dindar kimi tanınan Elçin Hüseynquliyevin, Hacı Diləvərin Sabunçu rayon polis əməkdaşları tərəfindən saxlandıqlarını və bu şəxslərə qarşı narkotik maddə istifadəçisi ittihamı irəli sürüldüyünü bildirib. Polislər Nardaranda Hacı Kamran adlı daha bir şəxsi də həbs etmək istəyiblər. Bununla bağlı onun evinə 10-15 nəfərlik polis dəstəsi gəlib, amma Hacı Kamran evdə olmayıb. Hacı Kamranın qardaşı polislərdən bununla bağlı izahat istəsə də? polislər yalnız “sənlik deyil” cavabı veriblər.

N.Kərimov irəli sürülən ittihama görə bu şəxsləri 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözlədiyini nəzərə çatdırıb.

N.Kərimov polisin belə hərəkətlərinin kənddə gərginlik yaratdığını deyərək nəticədə qarşıdurmalara səbəb olacağı xəbərdarlığı edib. N.Kərimov bu şəxslərin narkotik istifadəçisi olmaları haqda ittihamı saxta sayıb. (Turan)

Комментариев нет:

Отправить комментарий