Страницы

27.12.2011

RÖYAMA QONAQ GƏL

Любовь - Романтическое признание в любвиCanlı Klassiklər


Əli İbrahimov

Bu gecə röyama qonaq gəl, gülüm,
Məni sevib-oxşa, al ağuşuna.
Bu gecə röyama qonaq gəl, gülüm,
Həsrətəm səsinə, bir baxışına.
Bu gecə röyama qonaq gəl, gülüm,
Ruhunu ruhumun yanına göndər.
Həyatda nə qədər etsən də zülüm,
Barı röyamı sən nağıla döndər.
Bu gecə röyama qonaq gəl, gülüm,
Həsrət bir gecəlik bitsin röyada.
Bizdən uzaq olsun ayrılıq, ölüm,
Onları gəl qoyaq oyaq dünyada.

Bu gecə röyama qonaq gəl, gülüm,
Sənsiz röyalarım tutqun, qarışıq.
Bu gecə röyama qonaq gəl, gülüm,
Biz ki röyalarda ayrılmamışıq.

Bu gecə röyama qonaq gəl, gülüm,
Daha sənsizliyə dayanmaram mən.
Bu gecə röyama qonaq gəl, gülüm,
Gəlsən, söz verirəm: oyanmaram mən…




Qeyd: İbrahimov Əli Rafiq oğlu 10 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ərköyün uşaqlıq dövrü keçirən Əli 1990-cı ildə 252 saylı orta məktəbin birinci sinfinə keçir. Məktəbdə oxuduğu müddətdə humanitar fənlərə daha çox maraq göstərir və 2000-ci ildə məktəbi ə'la qiymətlər və fəxri fərmanla bitirir. Elə həmin il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olur. Təhsil aldığı illərdə dinə və idmana maraq göstərir, heç vaxt ayrılmayacağı dostlar qazanır. 2004-cü ildə universiteti bitirir və 2005-ci ilə qədər Gəncə şəhərində hərbi xidmətdə olur. Arzusu hərbi xidməti davam etdirib leytenent rütbəsi almaq olsa da, orduda olarkən bir çoxları kimi bu fikirdən vaz keçir. Əsgəri xidmətdən sonra bir çox özəl işlərdə çalışır. Lakin heç birində uzun müddət qalmaq istəmir... Əmək haqqının azlığı, tabeçilik sevməməsi və başqa prinsiplər onun dövlət işinə olan marağını da öldürür... 2009-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistratura pilləsinə daxil olur. Hal-hazırda Bakıxanov qəsəbəsi "Tədris Mərkəzi" adlı özəl kursda tarix fənni və kompüter proqramlarından dərs deyir. Evdə də abituriyentlərlə tarix fənni üzrə fərdi məşğul olur. Nişanlıdır, yaxın zamanda evlənəcək İnşaallah... Bakıxanov qəsəbəsində valideynləri ilə birgə yaşayır... Elektron ünvanı: hercai2000@box.az
Любовь - Двое на планете

Комментариев нет:

Отправить комментарий