Страницы

26.12.2011

Səni təkcə mən unuta bilmədim

Mohamad Jodi Gargari

Yoxluqunda adıvın baş hərfiylə başlanan adları sevdim
Ana
Ata
Allah
Səni sevmək və unutmaq nədir ki
Başladığım bu yolda
Başıma nələr gəlmədi nələr
Çər pələngimi əlimdən aldı yellər
Aynalar məni sənsiz göstərdilər
Cürlediyim kağazdan gəmiləri
Hovuzun suyunda batırdım batdım
Hər şeyi sənə bənzəddim
Mən sən dolusu şəhərdə yaşadım

Sağolsunlar unutturmadılar
Güldüyündə günəşi qovduğundan sonra uşaqlar
Gülməni xatırladım
Ağladım qarlar yağdı
Kəfən kimi oldu şəhər
 birisi ölmüş olmalıydı  amma
kim olduğunu bilmədim
bağçamızda qardan adam cürlədim
gəlməyin üçün nəzirlər dedim
ona sevdiyimi dedim
bir gün ələrimlə qardan adımın başından tutub
qulaqına o qədər danışdım ki səni görməyə dayana bilmədi əridi
ana bax ələrimə
sevdiyim qızın əllərini taşıya bilmədilər diye
bir birlərini döymüşlər
ata gəl kəs bunları
allah yolunda
gəlməyəcək bilirəm mən heç onu sevmədim
gözlərində təkcə özümə baxmaqı sevdim.

Комментариев нет:

Отправить комментарий