Страницы

02.12.2011

UNUDA BİLMİRƏM...

Mirzə Sakit

Unuda bilmirəm o gecələri
əyləşib üz-üzə
baxıb göz-gözə...
açardıq səhərin dan ulduzunu.
Buludlar örtərdi hərdən
göy üzün,
küsərdik arada
biz danışanda,çəkilərdi bulud
biz barışanda.

Unuda bilmirəm o gülüşləri
kədərə dost olan o gözlərində
hərdən xoşbəxtliyin
izin tapırdım
bəzən də itirib o gülüşləri,
elə xoşbəxtliyin özün tapırdım.

Unuda bilmirəm o nəğmələri
divanə aşiq tək coşurdum hərdən
özüm də bilmirdim
nə oxuyurdum....

Unuda bilmirəm şirin kəlməni
mən sənə deyəndə
mənim pirimsən....
sevgiylə deyirdin : - sən şairimsən
mən sənə deyəndə
ilk nübarımsan
sevərək deyirdin : - sağ ol ki varsan

Unuda bilmirəm göz yaşlarını
qəlbimin naləsin necə
duyurdu
axıb dağ çayı tək...kipriklərini
gündüz sığallayb gecə yuyurdu...
süzülüb göz yaşın baxışlarıma,
hərdən qarışırdı
göz yaşlarıma...

Unuda bilmirəm unutqanlığı
bu gün sevdiyinə sevirəm - deyib,
sabah da unutmaq
güvənlik deyil
mən səni sevəcəm ulduzlar kimi
sənə yalan demək
bu mənlik deyil...

Комментариев нет:

Отправить комментарий