1965-ci ilin yayına aid bu foto-açıqcalar Sovetika dəhşətlərinə növbəti illüstrasiyadır. SSRİ-də pionerlər üçün hər yay cəza müəssisələri təşkil olunurdu və onlar həbs düşərgələrinin adına uyğunlaşdırılaraq pioner düşərgələri adlandırılırdı.Pionerləri çöl-biyabanda yatmağa məcbur edirdilər və nəticədə hər il 10 minlərlə uşaq ilan vurmasından, əqrəb sancmasından və malyariya qızdırmasından tələf olurdu. Ancaq bu, Sovet rejiminin vecinə də deyildi.
Yeməklər o qədər köhnə və dadsız idi ki, pionerlər onları yeməyə risk etmirdi. Hər masada əvvəlcə bir nəfər yeməyin dadına baxırdı – o, zəhərlənərək ölməsə, o biriləri də yeyirdi. Zəhərlənənlər çox olduğundan, kütləvi aclıq hökm sürürdü. Bu isə yüngül halda – kaxeksiyaya, ağır halda isə – acından ölümə səbəb olurdu.
Hər 100 uşağa 1 köhnə qəzet verilirdi və oradakı Partiya xəbərlərinin hər 1000 uşaqdan biri höcələyərək oxuya bilirdi (çünki, ölkədə total savadsızlıq höküm sürürdü).
Pionerləri qul kimi işlədir, onları istismar edir, düzəltdikləri əşyaları isə bazara çıxarıb satırdılar.
Çayda çimməyə yalnız yaltaq və xəbərçilərə icazə verilirdi. Kommunist rejimini qəbul etməyənlər, azadfikirli və demokratik təfəkkürlü olanlar isə yalnız çimən yaltaqlara baxmaqla kifayətlənirdi. Bu vaxt onları soyunub saatlarla Günəşin altında uzanmağa məcbur edirdilər.
Aclığa tab gətirə bilməyən pionerlər düşərgə rəhbərliyinin süfrəsinin gölməçəyə axıdılan tullantılarını tapıb yemək üçün uzun çubuqlardan istifadə edir və uşaq yaşlarından Sovet pejiminə nifrətlə böyüyürdülər…


Комментариев нет:
Отправить комментарий