Amerika Kino Akademiyası "Oskar" mükafatının qaliblərini açıqlayıb.
1920-ci illərdə səssiz kino aktyorunun yeni texnologiyalara uyğunlaşmaq çabalarından bəhs edən "Artist" filmi 5 nominasiyada qalib olub.
"Artist" özü də səssiz filmdir və mükafatın 84 illik tarixində səssiz film ilk dəfədir ki, birincilik qazanır.
Bunlar arasında "Ən yaxşı film", "Ən yaxşı rejissor işi" (Michel Hazanavicius), və "Ən yaxşı aktyor" (Jean Dujardin) nominasiyaları da var.
"Ən yaxşı aktrisa" mükafatını Meryl Streep qazanıb. O bu mükafata "Dəmir ledi" filmindəki Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer roluna görə layiq görülüb. Bu, onun 17-ci Oskarıdır. Streep bu göstəriciyə görə rekordçudur.
"Mənim adımı elan edəndə düşündüm ki, güman ki, Amerikanın yarısı dərin ah çəkdi: "Yenə də bu... Axı niyə?.." Nə isə" - deyə aktrisa mükafatı alarkən bildirib.
"Ən yaxşı xarici film" nominasiyasında isə İran rejissoru Asghar Farhadi-nin "Ayrılıq" filmi qalib elan edilib. İlk dəfədir ki, İran filmi belə ali mükafata layiq görülür.
Film İran cəmiyyətinin orta təbəqəsinə mənsub olan və Tehranda yaşayan ailə haqqındadır. Simin və Nadir 14 ildir evlidirlər və 11 yaşlı qızları var.
Simin ailənin İranda yaşamasını, qızının belə cəmiyyətdə böyüməsini istəmir və xaricə köçmələrinə can atır. Nadir isə buna razı deyil, çünki atasını atıb getmək istəmir, atası ağır xəstəlikdən əziyyət çəkir.
Qadın boşanma ərizəsi ilə məhkəməyə müraciət edir. Amma məhkəmə...

Комментариев нет:
Отправить комментарий