Yavər Həsən
Qəlbinizi Günəşə açın,
səhər yığın qəlbinizə.
Onda zülmət olan yerlər
aydın görünəcək sizə.
İnsanın
əvvəlcə ümidi ölür,
sonra özü.
Əsirgəməyin xoş sözü
bir-birinizdən.
Ümid verin,
inam verin
bir-birinizə.
Onda
Günəş özü yol tapacaq
qəlbinizə.
Onda
zülmət olan yerlər
aydın görünəcək sizə.
Kor, -
gözləri kor olan deyil,
qəlbi duyğusuz olandı.
İnsan
Eşq ilə
seçilmiş mələk,
nifrət ilə
lənətlənmiş ilandı.
Mələk gözləriylə baxın
bir-birinizə.
Onda
zülmət olan yerlər
aydın görünəcək sizə.
Qəlbinizi Günəşə açın,
çıraq-çıraq
ulduzlar sayrışsın qəlbinizdə,
çiçək-çiçək
duyğular bürüsün qəlbinizi.
Qəlbinizi Günəşə açın,
Allah sevindirsin sizi.
İnsan olmaq
Günəş kimi
təmənnasız
nur salmaqdı.
İnsan olmaq
özü boyda
Allah olmaqdı.
Qəlbinizi Günəşə açın,
səhər yığın qəlbinizə.
Onda zülmət olan yerlər
aydın görünəcək sizə...
səhər yığın qəlbinizə.
Onda zülmət olan yerlər
aydın görünəcək sizə.
İnsanın
əvvəlcə ümidi ölür,
sonra özü.
Əsirgəməyin xoş sözü
bir-birinizdən.
Ümid verin,
inam verin
bir-birinizə.
Onda
Günəş özü yol tapacaq
qəlbinizə.
Onda
zülmət olan yerlər
aydın görünəcək sizə.
Kor, -
gözləri kor olan deyil,
qəlbi duyğusuz olandı.
İnsan
Eşq ilə
seçilmiş mələk,
nifrət ilə
lənətlənmiş ilandı.
Mələk gözləriylə baxın
bir-birinizə.
Onda
zülmət olan yerlər
aydın görünəcək sizə.
Qəlbinizi Günəşə açın,
çıraq-çıraq
ulduzlar sayrışsın qəlbinizdə,
çiçək-çiçək
duyğular bürüsün qəlbinizi.
Qəlbinizi Günəşə açın,
Allah sevindirsin sizi.
İnsan olmaq
Günəş kimi
təmənnasız
nur salmaqdı.
İnsan olmaq
özü boyda
Allah olmaqdı.
Qəlbinizi Günəşə açın,
səhər yığın qəlbinizə.
Onda zülmət olan yerlər
aydın görünəcək sizə...
Комментариев нет:
Отправить комментарий