Sultan Mərzili kultaz.com-un hamilə xanımlar üçün geyimlər istehsal edən “9 AY”la keçirdiyi müsabiqə barədə yazdı
Bu cümlədə söhbət anadan yox, analıqdan gedir
Bir-iki xırda cizgi ilə portret yarada bilmək, xarateri açmaq ciddi yazıçı səviyyəsini göstərir
Hörmətli iştirakçılar və tərəfdaşlar!
Hövsələmi və səbrimi basıb bütün şərhləri diqqətlə oxudum. Əlavə olaraq üçlüyün yazılarını və şərhlərini də. Eynən “Azadlıq radiosunun” ötənilki müsabiqəsini xatırlatdı. Haqlı görünən də var, haqsız da. Ümumiyyətlə, harda bir mükafat, ad görünən şey varsa, ətrafında belə söz-söhbət, xüsusən Azərbaycanda təbiidir.
Hamıya uğurlar, işi təkil edənlərə təşəkkürlər, ədəbi mühitimiz az da olsa canlanır, əsas müsbət olan budur.
Amma məni qane etməyən, hətta kədərləndirən məqamlar da var:
1. Şərh yazanların dilimziə hörmətsizliyi, orfoqrafik səhvlər bir yana, ingilis, nəmənə qrafikalarında yazmaları, bu bir çox saytlarda yayılan könüllü köləlikdir.
2. Rus dilində orta, ingiliscə ali təhsil alıb ana dilimizi bilməmək.
3. Göz qabağında olan nöqsanları görə bilməmək, və s. və i.
Əlbəttə, son söz münsiflərindir, haqlı olsalar da, olmasalar da. Amma hər kəsin öz fikrini ifadə etmək hüququ var. Hərçəndi ötən il “Azadlıq radiosunda” tənqid yükünü Tehran Əlişaoğlu üstünə götürmüşdü və insafən kifayət qədər obyektiv idi.
İndi müəlliflərin yazıları haqqında bir-iki kəlmə:
Səbinə Dənizin hekayəsində kifayət qədər uğurlu lövhələr, təsvirlər var. Müəllifin yazıçı müşahidəsi, sözlə lövhə yaratmaq bacarığı var. Xüsusən, dənizin, qağayıların təsviri canlı alınıb. Deməli, tutacağı yerdən asılı olmayaraq istedadlı bir qələm sahibi üzə çıxır. Elə adı da yaraşır, yaxşıdır.
İndi diqqət çəkiləsi qüsurlar. Hər bir ustanın əvvəlcə yaxşı alətləri olmalıdır. Mismarı çəkiclə vurmaq kimi. Yazıçının, şairin də mütləq ədəbiyyat sözlüyü olmalıdır. O səbəbdən “məfhumu” “məhfum “ kimi işlədib. Ikinci qüsur, ədəbi dillə loru dilin, yəni danışıq dilinin müəllif təhkiyəsində qarışıq düşməsidir. Misal üçün belə bir cümlə: “1 yaşından sonra atasının başından vurduğu qəfil zərbəsindən danışmadı.”
Yaxud, özlüyündə pis qurulmamış dialoqlardan bir nümunə: “- İkinizdə yuxarı qalxın. Tez gözüm görməsin sizi. Tez olun.” Göründüyü kimi burda durğu işarələrinin kasadlığı var, “da, də” ədatları ayrı yazılmalı.
“Hətta atası anasını vurdu.” Bu cümlədə söhbət anadan yox, analıqdan gedir. Və s. və i.

Lalənin şeiri haqqında.
Lalənin şeirləri imzasına ilk rast gəldiyim vaxtdan diqqətimi çəkib və onun tənqidi qeydlərə qarşı obyektiv ola bilməsi də xüsusi olaraq istedadının daha bir cəhətinin göstəricisidir. Lələnin Aliqin hekayəsinə yazdığı şərh və başqalarına verdiyi cavablar əsasən təmkinli, tərbiyəli, savadlı və düşüncəli bir insanın ədəbiyyat aləminə gəldiyini göstərir. Və gizlətmirəm ki, rəğbət bəslədiyim müəlliflərdəndir.
Təəssüf ki, müsabiqəyə təqdim edilmiş şeiri oxucular çoxluğunun xoşuna gəlsə də, hətta məqsədli yazmaq nöqsan saymasaq da, ümumən qüsurludur. R.Rövşənin də bəlli şeirini qüsurlu hesab edirəm. Çünki avropa düşüncəsi ilə, şərq düşüncəsinin, xüsusən əxlaqi düşüncənin ümumi cəhətləri ilə bərabər, ciddi fərqləri də var. Məsələn iki gəncin valideyinləri, yaxud yad adamlar yanında öpüşməyi avropalılar üçün adi bir haldır. Şərq aləmi, müsəlmanlıq üçün bu qəbahətli bir şeydir. Bu mənada, yazılan yazı şeirdən daha çox dar tibbi anlayışları, anatomik məqamları canlandırır, poetik deyil. Lalənin bu seçimi alınmayıb.
Aliq Nağıoğlunun iradlarını çoxu ilə razıyam. Hekayəsinə gəlincə, bu çəki dərəcələri müqayisə olunmaz bir haldır. Əslində münsiflər yaş həddi qoymalı idilər, təcrübəli yazıçılarla, məsələn elə Eyvaz Zeynalaovla, yenicə qələm götürənlərin futbol dilində desək, eyni liqada görüşmələri nə dərəcədə düzgündür?!
Hər nə isə. Bu hekayəsində Aliq Nağıoğlu Biləcəri hüdudlarını çoxdan aşmış peşəkar, təcrübəli bir yazıçı kimi çıxış edir. Kənd aləmində yeniyetməliyin astanasında olan uşaqların aləmini əks etdirir. O uşaqlara yardım etməyə çalışıan öncəki nəslin faciəli durumu da epizodik olsa da doğun təsvir edilir. Yəni hekayədə böyük siqlət var. Laləyə yazdığı cavabında nəzərdə tutduğu məqamları mən də bir oxucu kimi hiss etmişdim. Yəni, bir-iki xırda cizgi ilə portret yarada bilmək, xarateri açmaq ciddi yazıçı səviyyəsini göstərir. Gənc bir müəllif və oxucu kimi Lalənin o iradları ilə də razılaşıram ki, ciddi, dərin mətləb “fast-fud” yeməyə öyrəşmiş müasir oxucuya çatmır, o təəssüf ki, yarpağa baxıb ağacı düşünmür, az qala ağacın da yanında “bu ağacdır” lövhəsinin asılmasını istəyir...Yaradıcılıq deyilən nəsnə zirvələrə gedən dağ yolları kimi bir şeydir. Getdikcə çətinləşir, amma hər addımın da sevinci olur. İradəsi, zəhmətə tabı olanlar gec-tez məqsədinə çatır. Məşhur rus yazıçısı Saltıkov Şedrinin bir hikmətli sözü var: “Sən yaxşı şair olmaya bilərsən, amma yaxşı vətəndaş olmağa borclusan!”
Zənnimcə bu hər birimizə aiddir, yaşımızdan, işimizdən asılı olmayaraq. Amma bu zaman gənclərə daha böyük ərkimiz və ümidimiz olur.
Aliq bəy kifayət qədər təcrübəli yazıçıdır, onun hətta haqsız hesab edilən fikirlərinə qulaq asanlar ziyan çəkməz. Çünki elə hikmətlər var ki, o doğrudan da zamanla, yaşla dərk olunur. Uşaqlıqda tələbkar müəllimlərdən narazı, başdansovdu dərs keçənlərdən isə razı qalırıq. Amma zaman keçdikdə fikrimiz dəyişilir.
Mənim dil və yazı haqqında iradlarım tək bir kiməsə deyil, tələb kimi hər birimizə aiddir. Kompüterdə yazmağın da öz bəlası var, mexaniki təhriflər olur. Özünü hər şeyi bilən hesab etmək nadanlığın əlamətidir. Sadəcə hər birinizlə qələm yoldaşı kimi fikir mübadiləsi etməyə hazıram, bir-birimizdən öyrənməliyik. Rəhmətlik Xudu müəllim deyərdi ki, təhsil ali məktəblə bitmir, başlayır. Hər bir işdə, o cümlədən sənətdə insan ədalətli olmalıdır, elə din-imanın da mayası ədalətdir. Əgər yaxşı əsəri pis əsərdən seçə bilmiriksə, o zaman ümumiyyətlə yaxşını pisdən necə seçə bilərik?!
Hər kəsə uğurlar!
Sultan Mərzili
Комментариев нет:
Отправить комментарий