Страницы

03.04.2012

"Bunun cavabı ola bilməz..."

Sabutay “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Cərçivəsiz ....

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Tanışlar adımla, polislər "vətəndaş"...

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Buna heç Rumi cavab verə bilməyib.

- Dost…
- Onlarsız olurmu?..

- İlk sevginiz?
- Uydurub bitirməmişəm.

- Əsas ixtisasınız?
- Yarımçıq politologiya və nəşriyyatçıdan üzü bəri.

- İstifadə etdiyiniz nəqliyyat növü?
- İndi qatarlar...Ölkədən çıxmaq və qayıtmaq üçün.

- Sevdiyiniz maşın markası?
- Markaları belə ayırd edə bilmirəm.

- Sevdiyiniz brend?
- Yoxdur.

- Sevdiyiniz saç düzümü?
- Bərbər bilər.

- Sevdiyiniz rəng?
- Həyatın rənglərini, xüsusilə azadlığın rəngini.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Ölkə Ukrayna, Odessa bütün çılpaqlığı ilə sevimlidir, riyakar deyil.

- Sevdiyiniz yemək?
- Yoxdur.

- Ən çox istifadə etdiyiniz söz?
- Azadlıq.

- Leksikologiyanıza yad olan söz?
- İnsanlığa yad sözlərin hamısı.

- Sizi nə həyacanlandıra bilər?
- Azadlıq havası.

- Ən çox sevdiyiniz kitab?
- "Çevrilmiş səhifə".

- Ən çox sevdiyiniz yazar?
- Çexov və Seymur Baycan.

- Ən çox bəyəndiyiniz ifaçı?
-Veriko Turaşvili.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Bütün janrlarda gözəllik var..

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Bu hamıda var ya... reallaşdırmaq başqa məsələ.

- Mənfi xüsusiyyətiniz?
- Mən də insanam.

- İdeal insan necə olmalıdır?
- Bunun cavabı ola bilməz...

- Özünüzü ideal insan hesab edirsizmi?
- Özümü insan hesab edirəm, bizim ölkədə bu da qorxuludur.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Yalnız siqaretsizlik.

- Həyat fəlsəfənizi ifadə edin.
- Dəyişikliklər etməkdən qorxmamaq!

- Siz xoşbəxtsinizmi?
- Xoşbəxt olmağa həmişə bəhanə var.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Olsaydı dərmanı aptekdə satılardı.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Biz müsəlmanlar üçün əvvəl yoxdur, elə son var.

- Ölüm niyə ölmür?
- Nə bilirsiniz ölmür?

- Dinlərə münasibətiniz?
- Axtarışdayam.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Özümün tənbəlliyimdən.

- Falçıya inanırsızmı?
- Yaxşı də.....

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Vətən daşı olmaq.

- Sevinciniz nə qədərdir?
- İnsanın kədər kimi sevinc maddəsi də var...

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- İnsanlıq xüsusiyyətlərinə... sadəliyə daha çox.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?

- Onlara fikir vermirəm... lazım olanda özləri qonaq gəlir.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Boğulmaqdan qorxmuram.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Azərbaycan qəzetini oxumağı, bu gülmək bəhanəmdir.

- Mənə sualınız.
- Bu ölkə nə vaxt bazarlıqdan qurtaracaq?



Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий