Страницы

05.04.2012

Sol irəliləyir!

гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки),обама,скейт
Vüqar Xəzaralı


"Ərəb Baharı" "Uoll Striti işğal" et hərəkatı ilə 6 mayda Moskvada görüşəcək. Rusiyada irticaya qarşı sollarla sağlar birləşə bilirsə, bizdə də ola bilər. Əlbəttə ki, bu hər işdə Rusiyaya boylanmaq kimi də dəyərləndirilə bilər. Başqa ölkənin təcrübsəi öyrənilməlidir, amma bu işdə həlledici ölkənin öz daxili faktorudur. Azərbaycanda siyasi prosseslərə qeosiyasi müstəvidən yanaşmaq dəbdi. Bu hər yerdə belədir.

Gələcəyimiz nəticələrə obyektiv yolla, yəni siyasi-iqtisadi metodlarla gəlməyimizə baxmayaraq, bəzən bu nəticələrə subyektiv, yəni qeosiyasi izah verməyə məcbur olursan. Deməli birincisi Azərbaycanda solların, yəni kommunistlərin, sosial-demokratların, və anarxistlərin Rusiyaya işləməkdə suçlayanların nəzərinə; Rusiyada Putin əleyhinə nümayişlərdə ən çox fəallıq edənlər Rusiya Kommunist partiyasının lideri Zyuqanov və Serqey Udalsovdur (Rusiya SOL cəbhəsinin) lideri. Səbəb, prezident seçkilərində kütləvi saxtakarlıqlar, Putinin Ulyanovskda ABŞ loqistik mərkəzinin(bu mərkəz ABŞ qoşunlarını Əfqanıstana daşıyır) fəaliyyətinə icazə verilməsi, Bəşər Əəsdin arxasından çəkilmə niyyətləri və sairə. Bir fakt da maraq doğurur, bütün deyilən səbəblərə baxmayaraq məşhur liberal Nemtsovun başçılıq etdiyi Rusiya xalq partiyası da, solçularla əlbirdir, ancaq onun səbəbləri tam əksinədir. Putinin ABŞ la düşmənçiliyi, Bəşər Əsədə dəstək olması və yenə də saçkilərin saxtalaşdırılması. Deməli bütün fərqlərə baxmayaraq bu iki, bir birinə əks qüvvə yaxın məqsədlər üçün birləşə bilər. İndi görək Azərbaycanda buna oxşar situasiyaya münasibət necə ola bilər. Ənənəvi liberal müxalifət öz zəifliyini boynuna almaqdadır. Bunu İP iclaslarında və müxalif qəzetlərdə müşahidə etmək olar. Səbəb isə liberal müxalifətin Qubada baş verən hadisələrdən tamamilə kənarda qalması, və bu səbəbdən də narazılığın guya (?) nəzarətdən çıxması ilə izah edirlər. Sual olunur əcəba cənab liberallar, bəs siz nə bilmişdiniz? Bəlkə siz elə bilirdiniz ki, ölkədə istənilən narazılığı siz təşkil edə bilərsiz. Siz deyildiniz mi, Azərbaycanı da Misir kimi inqilaba sürükləyən, bəs nə oldu, niyə dala atdınız?! Mandraj tutdu?! Siz elə bilirdiniz ki, inqilabı bəylər kimi edəcəksiz ağ əlcəklərdə, amma belə olmadı. Sizi nəinki narazılığa yaxın buraxmadılar. Sizi hətta dəvət etdilər, amma siz getmədiniz. Çünki əsl narazılıq gördünüz. Bax narazılıq belə olar. Nəhayət məlum oldu ki, bu illər ərzində, sizin öz sözlərinizlə desək,( məqsədiniz, bəlkə də vəzifəniz) narazılığa nəzarət etmək olub,amma siz bu işlə də bacara bilməmisiz. Siz nəinki bu narazılığa nəzarət etmək iqtidarında deyilsiniz, siz narazılığı boğmağa çalışmısınız, siz narazılıqdan qorxurmuşsunuz. Əgər iqtidar narazılığı kişi kimi zopa ilə qarşısını alıbsa, siz bunu qadın kimi, bişirməklə, xalqı gücdən salmaq istəmisiniz onu zəiflətmək məqsədi güdmüsünüz. Amma sizə yenə də şans var. Əvvəllər siz göstərişlərinizi xaricdən alırdınız, sonra görəndə ki, xaric sizi (pis bir əşya kimi) sadəcə istifadə edir, siz iqtidarla gizli danışıqlara getdiniz. Bütün bunlar xalqın gözü qarşısında baş verirdi. Yolustü siz öz keçmiş müttəfiqlərinizə də badalaq vurmaqdan çəkinmirdiniz. Amma yenə sizin üçün şans var. Bu şans sol kommunist partiyaları üçün də var. 
Azərbaycan solları illərdir, susub liberal hərəkatın gücdən düşməsini gözləyiblər, onların başqa yolu da olmayıb. Çünki liberallar bu illər ərzində sol düşərgəni o qədər gözdən salıb ki, hətta üç il öncə Pənah Hüseynin 1 mayı bayramını rəsmi qaydada bərpa olunmasına belə sol düşərgə tamamilə biganə qalıb. Sol düşərgə illərdir Rusiyanın agenti kimi istifadə olunub, və bunda həqiqət var. Amma axırda məlum oldu ki, Azərbaycan iqtidarı Rusiyanı məsələn Qəbələ RLS indən məhrum etmək istəyir. Bəs indi necə cənab solçular, niyə susursunuz, yoxsa bunu da qəbul edəcəksiniz? O biri tərəfdən Azərbaycan iqtidarının, Suriyanın müdafiyəçisi Putini dəstəkləməsi, sizdə sevinc hissi oyatdı. Əcəba qəribə deyilmi, Rusiyada kommunistlərin özü Putinə qarşı olduğu halda Azərbaycan kommunistləri, Putinə dəstək nümayiş edirlər. Azərbaycan Kommunist Partiyalarından birisinin katibinin Yunanıstanın Afina şəhərində, kommunist partiyalarının qurultayında İrana qarşı basqılara son qoyulması tələb olunanda, niyə həmin Telman Nurullayev ayağa durub İranda 40 millyon azərbaycanlıların milli haqlarının pozulması barədə bir kəlmə belə demədi? Bəlkə bunu da millətçilik kimi qiymətləndirəsiz, yoldaş solçular. Bəlkə Kubanın və Afrikada yaşayan kottentotların və buşmenlərin haqqını tələb edəndə, arada bir İran azərbaycanlılarının da haqqını tələb edəsiz. Sonra da deyirsiz ki, sola gələn yoxdur. Siz deyilsinizmi solu biabır edən. Ya da solfront adlanan, əslində isə Viktor Tsoyun fanklubu olan o qurum. Çe Gevara əlbəttə ki, böyük inqilabçı olub, amma axı o ölüb. Biz isə hələ sağıq, onun şəklini maykalarınıza yapışdırmaqla nə onu dirildən deyilsiniz, amma bizi öldürəcəksiniz bu gedişatla. Nə isə bu barədə çox danışmaq olar. Amma 6 mayı gözləyək. Əgər Moskvada SOL cəbhə lideri Udalsov ilə liberal Nemtsobun xalq partiyasının birgə nümayişi baş tutsa biz dərhal bu təcrübədən istifadə etməliyik. Əgər baş tutmasa, daha da yaxşı biz birinci bu təcrübəni həyata keçirməli olacağıq.
гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки)

Комментариев нет:

Отправить комментарий