Страницы

30.05.2012

Azərbaycanlı boksçu erməni rəqibini belə nokauta saldı


Almaniyada erməni boksçu Geqişe Tolmasyanla ilə görüşən Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov rəqibini nokaut vəziyyətinə salaraq qələbə qazanıb. Ağır keçən döyüşdə rəqib 2-ci raundda Fariz Məmmədovu nokdaun vəziyyətinə salsa da, idmançımız döyüşü davam etdirə bilib. Nəhayət ki, Fariz 4-cü raundda rəqibini nokaut vəziyyətinə salıb və döyüş meydanına ağ dəsmal atılıb.
Döyüşə fikir verdikdə görərik ki, istənilən çətin anlarda Fariz yalnız qələbə haqqında fikirləşir. Nə olur olsun, o bu döyüşdə rəqibini məğlub edəcəkdi. Elə görüşdən sonra da Fariz Məmmədov bildirib ki, o, idmançı kimi yox, azərbaycanlı kimi bu qələbəni qazanıb.

Комментариев нет:

Отправить комментарий