Страницы

05.05.2012

Azərbaycanın sərvəti Muğam

Dilrubə Vaqifzadə

Muğam — Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Muğam sözü iran-ərəb-türk dilində işlənilən "məqam" sözündən yaranmışdır. "Məqam" sözü simli alətlərdəki pərdə mənasına gəlir.Muğam ifaçının ustalığından və məharətindən asılı olaraq həcm və formaca asanlıqla dəyişilə bilən, dialektə, qəzəlin metroritmik quruluşuna, məzmununa görə bu və ya digər müxtəlif milli çalarları özündə əks etdirən orijinal bir sənət nümunəsidir ki, bir sıra xalqların mədəni inkişafında çox böyük, əvəzolunmaz yer tutmuşdur.


Klassik muğam üçlüyü tar,kamança və qavaldan ibarətdir.Klassik şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olmuşdur. Əsas muğamlar: Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlar isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan ibarətdir.Azərbaycanda isə 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Humayun", köməkçi muğamlar isə "Şahnaz", "Sarənc" və "2-ci növ Çahargah"dır.Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan "Stalker" filmində də səslənib.Azərbaycan bəstəkarı, Azərbaycan professional musiqisinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır.Hətta bəstəkarlarımız simfonik muğamlar bele yazmışlar.Azərbaycanda muğamlarımızdan Rast muğamını muğamın atasi,Şur muğamını anası,Cahargah muğamını gəncavər oglu,Bayatı-Şirazı nazlı gelin adlandırırlar..2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdı. Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılmışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.Azerbaycanda muğamın inkişafı üçün layihələr keçirilir.Beynəlxalq Muğam festivalları,Respublika Muğam müsabiqəsi,Televiziya Muğam müsabiqəsi 2o11,Muğam axşamları 2010 bunu sübut edir.Cabbar Qaryağdıoğlu,Xan Şuşunski,Arif Babayev,Aygün Bayramova,Mensum İbrahimov,İslam Rzayev,Alim Qasımov,Rübabə Muradova,Qedir Rüstəmov və s. kimi mükəmməl səsə,heyranedici ifaya sahib olan və muğama sesləri ilə ruh verən ifaçılarımız var.Sizlərə dünyaca məşhur olan,səsi ile hər kəsi muğama heyran buraxan Alim Qasimov haqda məlumat vermək istəyirəm.
Alim Qasimov 1957-ci ildə anadan olmuşdur. Xalq Artisti 1978-1982-ci illərdə Asəf Zeynallı adına musiqi məktəbində.1982-1989-cu illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
1988-ci ildə Beynəlxalq Səmərqənd festivalının birinci mükafatını qazanıb. 1988-ci ildən başlayaraq, muğam sənətini dünyada təmsil etməyə başlayıb.Yaradıcı bioqrafiyası Amerika, Fransa, Almaniya,Ingiltere,Braziliya,Yaponiya,İsveçrə, Hollandiya, İranda,Belcika,Honq Konq,amerika Birlesmis Statlari və s. ölkələrdə qatıldığı festivallar, verdiyi konsertlərlə zəngindir.1999-cu il, noyabrın 19-da Almaniyanın Aaxen şəhərində A. Qasımov UNESCOnun beynəlxalq musiqi mükafatıyla təltif edilib. 1999-cu Avropada çox məşhur olan "Dərin okean məhəbbəti" diskinin və A. Qasımov haqqında UNESCOnun çəkdiyi sənədli filmin təqdimatı baş tutub. 1993-cü ildə Azərbaycan Xalq Artisti adına layiq görülüb. Həmin il Parisdə, 1994-cü ildə Hyustonda A. Qasımov musiqi medalıyla təltif edilib. 1989 – 2001- ci illər ərzində Avropada A. Qasımovun 10-dan artıq diski çıxıb. 2001-ci ildə Beynəlxalq Səmərqənd Festivalının birinci mükafatını alıb. Ağaxan fondu ilə əməkdaşlıq çərçivəsində A. Qasımovla bağlı daha bir sənədli film və yeni diskin Amerikada təqdimatı keçirilib. Alim Qasımov fərqli nominasiyaya layiq görülüb. O, Amerikanın məşhur Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.Hazırda məşhur violançelist YoYo Manın təşkil elədiyi və dünyanın ən məşhur konsert salonlarını dolaşan "Böyük İpək yolu" layihəsinin iştirakçısı və dünya musiqiçilərindən yığılmış "İpək yolu" ansamblının üzvüdür. 1989 – cu ildən Azərbaycan Dövlət Opera teatrının solistidir. Opera səhnəsində Məcnun, Aşıq Qərib kimi rolları ifa edib. H. Əliyev adına Sarayda və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında onlarla solo konsert verib. A. Zeynallı adına musiqi məktəbinin müəllimidir, dosentdir.

Комментариев нет:

Отправить комментарий