İlhamə Dağlı
Təbrizim
Səni
görmək üçün yol gəlirəm mən,
Gəlirəm
sevinc və fərəh içində.
Səni
görmək üçün yol gəlirəm mən,
Gəlirəm
qəm-qüssə, kədər içində.
Gəlirəm
qoynuna, ey ana Vətən!
Qədrini nə
bilər hər yoldan ötən.
Aç isti
qucağın, girim qoynuna,
Dolayım
qolumu sənin boynuna.
Şəhriyar
elinə salam verməyə.
Torpağında
bitən əlvan güllərdən
Güneydən
Quzeyə xalı hörməyə.
Bakı
ürəkdirsə, Təbriz də candır,
Damarlarda
axan doğma bir qandır.
Həsrətdən
alovu göylərə qalxan
O taylı,
bu taylı Azərbaycandır.
Ömrün çağları
Ömrün körpə dövrü-ömrün şah dövrü,
Ömrün uşaq dövrü- ömrün şad dövrü.
Ömrün gənclik çağı-ömrün yaz çağı,
Ömrün bahar çağı-ömrün saz çağı.
Ömrün cavan vaxtı-ömrün yay vaxtı,
Ömrün gümrah vaxtı-ömrün bəy vaxtı.
Ömrün orta yaşı-payız yağışı,
Ömrün ahıl yaşı-ömrün qış yaşı.
Комментариев нет:
Отправить комментарий