Kənan Məmmədli
Keçənlərdə Orxan
Ahmedsoy’un belə bir postunu görmüsdüm “Yaxşı oglanlar”. Belədə maraqlı post idi. Mövzüda,
postun yazılışıda xoşuma gəldi. İndi isə twitter’də Ruslan Azad‘ın
tweet’lərinə baxdım. Ruslanda “Yaxsi oğlanlardan” yazırdı, mən bu tweet’ləri
oxudum, bəyəndim və Ruslanın icazesi ilə, yazdıqlarını öz bloguma
yazmağı və sizlərlə paylaşmağı qərara aldım. İndi isə başlayaq.
-Yaxşı oğlan bu çür qatarda getmeyi ozune sığışdırmaz və daha yaxşısını tələb edər
-Yaxşı oğlan bu çür qatarda getmeyi ozune sığışdırmaz və daha yaxşısını tələb edər
-Yaxşı oğlan tələbə olmadan oncə səyahət edər,
dil öyrənər, başqa mədəniyyətlərlə tanış olar, başı daşlardan-daşlara dəyər.
-Yaxşı oğlan bacısını oxumağa həvəsləndirər,
onun sərbəst böyüməsinə şərait yaradar.
-Yaxşı oğlan fikirləşərki görüm hansi gənclər
teşkilatı, sosial iş, teşebbüs qrupu var, bəlkə üzv olum.
-Yaxşı oğlan xanıma baxa bilər, amma
ağlından keçən hər şeyi etməz.
-Yaxşı oglan, papiroz çəkib, qalığını yerə atmaz
-Yaxşı oglan,maşında butilkadan su içib sonra
butilkani küçəyə atmamalıdır. Yoxsa, dədəsini hədəf altına qoymuş olur.
-Yaxşı oğlan, #EuroVision üçün
Bakıya gələcək qonaqlara ölkənin durum ilə bağlı yalan danışmaz, yoxsa
adamlığını hədəf altına qoyacaq.
-Yaxşı oğlan, xaricə oxumağ gedəndə sadəcə
oxumaqla kifayətlənməz, həm də öz sahəsi üzre internship edər
-Yaxşı oğlan, təhsil alanda ancaq akademik
qabiliyyətini inkişaf etdirməz, həm də həyat bacarıqlarını artırar, səhv edər,
sevər, sevilər.
-Yaxşı oğlan, xaricde təhsil alanda tək
tehsilile kifayətlənməz, həm də yerli mədəniyyəti öyrənər, yeni insanlarla
tanış olar, gəzer.
-Yaxşı oğlan, siyasi liderlik iddiası varsa
xalqın dini və mentaliteti ile məzələnməz. Onun dərdinə şərik olar, anlamağa
çalışar
-Yaxşı oğlan, oz xalq və hökümətini tənqid edən
ziyaliları təhqir etmezə hədələməz. Oxuyar, inciyər, qıcıqlanar, düşünər.
-Yaxşı oğlan düşünərki niyə neçə ildir qapıma
bir adam gəlib menım səsimi istəmiri. Mənim dairəmdən məclisdə oturan kimdir?!
-Yaxşı oğlan, hər 5 dəqiqədən bir ona yazıb
sevgilisinin zəhləsini tökməz. Əksinə, qıza onun üçün darıxma şansı taniyar.
-Yaxşı oğlan, tədbirlərdə telefonunu sessizə
qoyar. Telefonla danışsa çıxıb çöldə danışar sonra qayıdar.
-Yaxşı oğlan, Naxçıvanlı, Yeraz, Sunnu, Şie,
Nurçu, Qaranlıqçı ve s. olmamışdan qabaq Vetendaş olar və ölkəsinə biganə
olmaz.
-Yaxşı oğlan Qəddafini sevməz, onu şəhid hesab
etməz.
-Yaxşı oğlan, Erdoğanı sevə biler, amma sevgisində
çox diqqətli olmalıdır.
-Yaxşı oğlan, pulu varsa kafedə hesabı ödəyəndə
məbləğin ən azı 10%-nı ofisiantya qoyar.
-Yaxşı oğlan, haqlı-haqsız kiminsə xətrinə dəyibsə
məhz xətrinə dəydiyi üçün üzr istəməyi bacarmalıdır.
-Yaxşı oğlan, özü mübarizə aparmasa da, mübarizə
aparanlara mane olmaz, təhqir etmez, aşağılamaz..
-Yaxşı oğlan, ofisiantla danışanda “zəhmət olmasa”,
“üzr istəyirəm”, “xahiş edirəm” kimi ifadələrdən işlədər.
-Yaxşı oğlan, ağsaqqalın məsləhət vermək hüqüqünu
tanıyar, amma verilən hər məsləhəti qəbul etməz, sual edər, özünə güvənər
-Yaxşı oğlan, Del Bosqe Real Madridini daha çox sevər
nəinki Maurinho Real Madridini
-Yaxşı oğlanın vətənini güclü edən vergilər, güclü
vətəndaş cəmiyyəti, üniversitetlər, araşdırma mərkəzləri, bələdiyyələr olar
-Yaxşı oğlan, Fenerin juliklik etdiyini qəbul edər,
az səs-küy qoparar və komandasını axıra kimi dəstəkləyər.
-Yaxşı oğlan, Facebookun “share”, Twitterin “retweet”
düyməsindən çox istifadə edər. Dünyanı bu iki düymə xilas edəcək.
-Yaxşı oğlan, ehtiyacı olanı yola verməz, ona yol
verer.
-Yaxşı oğlan, bezi Ermeniler kimi orda-burda az
zarıyar. Kişi olar, qürürlü olar, özünə əmin olar və heyasızlıq etməz.
Qarabağla bağlı.
Комментариев нет:
Отправить комментарий