Страницы

02.05.2012

Madlen Olbrayt kitab haqqında

Sunday Book Review, 25 aprel 2012

"Ən yaxşı kitab, yaxşı cıxış kimi bunların hamısını edir – sizi güldürür, düşünməyə vadar edir, ağladır, əyləndirir – 
yaxşı olar ki, elə bu ardıcıllıqla etsin"

İndi masanızın üstündə neçə kitab var?
- Üç kitab. Robert Massinin “Görkəmli Katerinası”,  Linn Olsonun “London vətəndaşları: acı və şən saatlarda Britaniyaya dəstək vermiş amerikalıları”, Uolter Ayzeksonun “Stiv Cobs” kitabı.
Nə zaman və harda kitab oxumağı sevirsiz?
- Bazar günləri evdə, bir də təyyarələrdə, qatarlarda.
Hansı kitab Sizə daha güclü təsir etmişdir?
- Güclü təsir?  Darıxdırıcı olacam, amma risk edib deyərdim ki, “Hərb və sülh” – elektron kitab şəklində.
-  
Tələbə olarkən, hansı kitabları oxuyurdunuz?
- “Qürur və qərəz” (üzümə bığ yapışdırıb, cənab Bennet rolunu da oynamışam ali məktəbdə), Teodor Drayzerin “Kerri bacı” romanını.
Sizcə, prezident hansı kitabı oxumalıdır? Ümumiyyətlə, ölkə başçıları hansı kitabı oxumalıdırlar?
- Vaslav Havelin  dərin, zarafatyana və çox mənalı “Mümkünsüzlük incəsənəti” kitabını.
- İdeal mütaliə nə deməkdir? Siz hansı kitabları sevirsiz – agladan, ya güldürən, öyrədən, ya əyləndirən?
- Ən yaxşı kitab, yaxşı cıxış kimi bunların hamısını edir – sizi güldürür, düşünməyə vadar edir, ağladır, əyləndirir – yaxşı olar ki, elə bu ardıcıllıqla etsin.
Bəs uşaqlıqda sevimli kitabınız vardı?  Sevimli  qəhrəmanınız kimdi?
- “Balaca şahzadə”, çex nağılı “İşıldaböcək”, Frantişek Langerin “Praqa əfsanələri”ni çox sevirdim.
Hansı kitabdan narazı qalmısız?
- Diplomatiya ad çəkməyi yasaqlayır, amma deyə bilərəm – Kennan ..... (taniyanlar bilir, kimi deyirəm). O, mənim səbrimi tükətdi.
Siz hansı yazarla görüşmək istərdiniz?
- Robotlar haqqında yazan, “Kərtənkələlərlə müharibə” kitabının müəllifi və valideynlərimin sevimlisi Karel Çapeklə. Bu yazıçı indi az tanınır, amma 1930-cu illərdə o, Avropanın intellektual və humanist yazarlarindan biri idi.
Yazıçı olmaq istəsəydiz,  necə kitab yazardınız?
-  Atam diplomat və professor idi, 6 kitab yazmışdı. Əlbəttə, o, mənə çox böyük təsir göstərib.  Bundan əlavə, Ketrin Qremin “Şəxsi əhvalat”  əsəri mənim nəslim üçün memuar janrına bir nümunədir.
Tərcümə edilmiş kitablardan oxuyursunuzmu?
-  Bəli. Markesin “Taun zamanı sevgi” romanı, Orxan Pamukun “Qar”, “Mənim adım Qırmızı” kitabları sevdiyim kitablardandır.
Dövlət idarəçiliyini öyrənən tələbələrə hansı kitabı məsləhət görərdiniz?
-  Prezident Consonun müşaviri Harri Petersonun “Siyasi təhsil: Vaşinqtonun xatirələri”ni,  Robert Karonun Conson haqqında kitablarını.
Yaxın günlərdə hansı kitabları oxuyacaqsınız?
- Eleyn Peycelsin “Etiraflar” kitabını, doktor Rou və Kanın yazdıqları “Uğurlu qocalıq” kitabını.

Çevirdi: Sima Ənnağı

Комментариев нет:

Отправить комментарий