Страницы

23.05.2012

Natiq Rəsulzadədən Azərbaycan dilində kitab

Xalq yazıçısı Natiq Rəsulzadənin Azərbaycan dilində kitabı çapdan çıxıb.
“Ev” adlı kitaba tanınmış yazıçının povest və hekayələri daxildir.
Kitaba bir çox Avropa dillərinə tərcümə olunmuş “Ev”, “Atanın fotoşəkli” povestləri, eləcə də “Pəncərə”, “Payız”, “Xilas et və dua et”, “İtirilmiş axşam” hekayələri, “Eşşək, eşşək haqqında”, “Xodran insan” hekayələri daxildir.
Kitab “Çənlibel” nəşriyyatında 1000 nüsxə ilə çap olunub. Əsəri Azərbaycan dilinə Arifə Arifqızı tərcümə edib.
Kitabı Bakı şəhərinin bütün mərkəzi kitab mağazalarından əldə etmək olar.

Комментариев нет:

Отправить комментарий