Страницы

22.05.2012

Sayman Aruzun “YÜZ İL İNQİLAB” kitabı artıq satışda!

“Ən yeni ədəbiyyat” seriyasından daha bir kitab işıq üzü gördü

Roman Güney Azərbaycanın indiki durumuna güzgüdür
; burada cəmiyyətin həyat tərzi, ictimai-siyasi və dini problemləri əks olunmuşdur.
Romanın əsas obrazı olan Seyid, uşaqlıq sevgilisi Raziyə ilə zindanda üz-üzə gəlir. Raziyə, Güney Azərbaycan milli azadlığı uğrunda döyüşənlərdən biridir.
Seyid məmur olduğundan Raziyəyə işgəncə verilməsini ona tapşırırlar.
Seyid, Raziyəni gördükdə ürəyindəki uşaqlıq sevgisi yenidən alovlanmağa başlayır.
Seyidin teokratiyanın yalanlarından bərkimiş ürəyi sevginin qarşısında yumşalır. Seyid teokratiyanın qaydalarına tabe olmur, rejimin tələblərinə əməl etmir.
O, ürəyinin hökmünə qulaq asır.
Raziyəni seçməklə milli azadlıq uğrunda mübarizə apa¬ran in¬sanların yanında olmağı qərar verir.
Sayman Aruz “Ən yeni ədəbiyyat” seriyasında kitabı nəşr olunan ikinci Cənub Azərbaycan yazardı
.

Redaktor: M.Məmmədov       Bakı, Qanun Nəşriyyatı, 2012.104 səh.
  Qiyməti: 3.20 AZN

Комментариев нет:

Отправить комментарий