XIII
hissə: Öküz gönü geyən… qısa boylu və
qıvraq… qanunları yoxdur… dinclik nədir bilməzlər…
Qarazəncir- müəlliflərdən
birinin doğulduğu kəndin adının bəzi toponimistlər
əncir meyvəsinin
təhrif edilmiş forması olan incildən yarandığını iddia edirlər. Əslində incilli toponimi Elxanilər dövləti
hökmranlığında və sülalə üzvlərinin
mülkiyyətində olan torpaqlara verilən incu
adı ilə bağlıdır. Təsadüfi deyildir ki, kənd yaxınlığında İnçə torpaqları
deyilən ərazi
də mövcuddur. Respublikamızdakı bu və İncilli adı ilə
bağlı kəndlər qıpçaqların incə tayfasının
adı ilə də
bağlı ola bilər.
TEYMUR İMPERATORLUĞU.
Teymur (Dəmir) 1335-ci ildə Səmərqənd yaxınlığında
Yaşılşəhərdə (Kiş və
ya Şəhrisəbz)
anadan olmuşdu. Atası Barlas türk qəbiləsi bəylərindən
idi. Bu zaman Türküstan Cığatay xanlığının əlində idi.
Teymur bir müddət qaynı əmir
Hüseyn ilə birlikdə çalışdı və
onlar monqollara qarşı üsyan etdilər. Sonra
əmir Hüseyn ilə arası pozuldu və onunla savaşdılar.
Əmir Hüseyn Bəlxdə hakim idi.
Teymur onu məğlub edib, Bəlxi aldı və əmir Hüseyni öldürdü. Bundan sonra Bəlxdə toplanan qurultay Teymuru əmir elan etdi. Sonra Teymur Səmərqəndə gəldi, oranı alıb özünə paytaxt elədi (1369).
Teymur onu məğlub edib, Bəlxi aldı və əmir Hüseyni öldürdü. Bundan sonra Bəlxdə toplanan qurultay Teymuru əmir elan etdi. Sonra Teymur Səmərqəndə gəldi, oranı alıb özünə paytaxt elədi (1369).
Teymur əmir olandan sonra bir çox hərbi səfərlərə çıxdı. 36 il əmirlik
zamanında Şərqi Türküstanı, Xarəzmi, İranı, Qafqazı, Qıpçaq elini, Hindistanı,
Əfqanıstanı və Anadolunu alaraq böyük bir imperatorluq qurdu. Bu zaman Toxtamış
Altun Ordu dövlətinin başında idi. Qabaqcadan
Teymurla arası yaxşı olan Toxtamış, Teymur cığatayların ölkəsini alandan sonra, araları pozuldu. Çünki Teymur
Çingizxan nəslindən deyildi və ona görə də Toxtamış
onun hakimiyyətini həzm edə
bilmirdi.
Nəhayət bir
çox keşməkeş və savaşlardan sonra Teymur Toxtamışı məğlub etdi və Altun Ordlunun
aradan getməsinə səbəb oldu.
Sonra Azərbaycanda müzəffərilərin
hökmranlığına son verib, İraqa yürüdü və
sultan Əhməd
Cəlayirin hökumətini məğlub etdi. Sonra Hindistana
səfər
elədi (1398).
Sonra Bağdada gəlib, bura qayıdan sultan Əhməd Cəlayiri qaçırtdı. Bu dəfə sultan Əhməd Osmanlı
sultanı İldırım Bəyazidə sığındı.
Bu sırada Şərqi Anadolu və
Azərbaycanda hökumət qurmuş olan Qaraqoyunlulara hücum edib onların
əmiri Qara Yusifi qaçırtdı.
Əmir Teymur İldırım Bəyaziddən sultan Əhməd Cəlayir və
Qara Yusifin geri verilməsini istədi. İldırım Bəyazid
onun istəyini rədd etdi. Teymur da Anadoluya hücum etdi və sonra Səmərqəndə döndü. Bir az sonra Çinə hücum etmək
istədi. Lakin xəstələnib Otrar (Fərab)
şəhərində 71 yaşında vəfat
etdi.
Öz dövründə dünyanın hərbi-syasi
mübarizəsinə güclü təsir göstərmiş sərkərdə Əmir Teymur haqqında fikirlər birmənalı
deyil. Bir çox araşdırmaçıların fikrincə,
İmperator türk olduğu halda, türklərə, xüsusən
Anadolu və Rusiya türklərinə ən böyük zərbəni vurmuşdur. O, Altun Ordu dövlətini yıxmaqla rusların qüvvətlənməsinə və türklərə tabe olduqları halda, zamanla türkləri özlərinə tabe etmələrinə səbəb olmuş,
İstanbulun fəthini də əlli il
geri salmışdır...
Lakin Türkiyəyə bir
qürur mənbəyi
kimi baxan Teymur, «Biz ki Mülki-Turan, Əmiri-Türkistanıq;
Biz ki Türk oğlu Türkük; Biz ki millətlərin ən
qədimi və
ulusu türkük» deyərək türkçülüyü ilə
öyünmüşdür. Türklərə düşmənçilk
təbliğ etmiş fars şairi Firdovsinin məzarına gələrək, onun
üstünə …miş və: «Qalx, qalx da hər misrada
pislədiyin məğlub türkü indi gör!» demişdir…
Çingiz xanın «Yasa»sından
sonra «Əmir Teymurun vəsiyyətləri» adlı əsəri ilə
dünya ordu quruculuğu və idarəçiliyi haqqında öz dövrü üçün yeni bir mükəmməl sənəd yaratmışdır.
*****
Teymur öləndən sonra
oğlanları və nəvələri arasında hakimiyyət üstündə ixtilaf çıxdı, nəhayət kiçik
oğlu Şahrux imperatorluğun çox hissəsini
ələ
keçirdi və 40 il hökmranlıq etdi. Şahrux
adil və elm sevən bir adam idi. Atasının xaraba qoyduğu yerləri təmir
etməyə
çalışdı. Xanımı Gurşad Məşhəddə Gövhərşad məscidini
və bir də
Heratda həmin məscidin tayını tikdirdi.
Şahrux öləndən sonra
yerinə Uluqbəy keçdi. Uluqbəy alim və adil bir əmir
idi, onun və atası Şahruxun zamanında Səmərqənd böyük bir kültür mərkəzi oldu. Uluqbəy əqidəli bir müsəlman
idi, müsbət elmlərə, xüsusən astronomiya və
nücum elmlərinə çox maraqlı idi. O, rəsədxana tikdirib, özü də nücum ilə məşğul oldu. Lakin iki il sonra oğlu Əbdüllətifin
də əli
olduğu bir sui-qəsddə öldürüldü (1149). Onun dostu və həmkarı
Əli Quşçu İstanbula qaçdı, orada dostunun
və özünün elmi nəzərlərini yazdı.
Teymurilərdən sultan
Hüseyn Baykara paytaxtı Herata keçirib, oranı bir elm və ədəb mərkəzi elədi.
Onun qiymətli dostu və əmiri
Əlişir Nəvai
Herat məktəbinn
(akademisi) qurucusu və hamisi idi.
1501-ci ildə Batu nəslindən olan şeybanilər
(Məhəmməd xan Şeybani) Səmərqəndi alıb, özbəklər xanlığını qurdular və Teymurilər hökumətinə son
verdilər.
*****
Türklər haqqında bəzi
Qərb tarixi mənbələrində ilginc,
bəzən
də xoşagəlməz məlumatlarla
rastlaşırıq. Maraqlı olar deyə, onların bəziləri
ilə sizi də
tanış etməyi lazım bildik.
«Onlar (tatarlar) yeyilə bilən
hər şeyi yeyirlər; həm də it, qurd, tülkü, at və məcbur olarlarsa, insan əti yeyirlər…
hətta bit də yediklrəni gördüm və belə deyirlər: «Uşağın ətini
yeyən və
qanını soran bunları niyə yeməyim?» Bundan başqa siçan da yediklərini gördüm». Missioner keşiş Covanni de Pien
del Kapri, 13-cü əsrdə yazırdı.
«Yediklərlə şeylərlə bağlı
olaraq bunu bilməyiniz lazımdır ki, onlar
(tatarlar) ölmüş heyvanların hamısını heç bir ayrılıq fərq qoymadan yeyirlər». Bunu
isə missioner Rubrik yazır.
«İyrənc bir şeytan milləti… Çəyirtkə sürülərii
tək yer üzün yayılaraq (Avropanın) şərq sahəsinə qorxunc fəlakətlər gətirmişlər,
od və qırğınlarla buraları məhv ediblər…
Şəhərləri yerlə
bir ediblər, ormanları kəsiblər,
qalaları yıxıblar, bağ-bostanı dağıdıblar, bağçaları yox ediblər, şəhərliləri
və kəndliləri öldürüblər…
Bunlar qana susamış və qaniçən, itlərin
və insanların ətini parçalayıb yeyən, öküz
gönü geyən, zirehlərlə bürünmüş,
qısa boylu və qıvraq, dolu bədənli,
qüvvətli, yenilməz, yorulmaz, kürəkləri zirehsiz, lakin köksləri zirehlə
örtülü, insanlıqdan xaric vəhşilər və insandan
çox canavarlardır… Qanunları yoxdur, dinclik nədir
bilməzlər,
aslandan və ya ayıdan daha yırtıcıdırlar».
İngilis keşişi və tarixçisi Matte, 1259-cu
il.
Böyük Ukrayna şairi Taras
Şevçenkonun 1843-cü ildə yazdığı «Nazar Stodolye»
pyesinin epizodlarından birində uşaqları
yeyən «türk şahzadəsi»nə dair
əfsanədən söz açılır: «Macarıstan zadəgan torpaqların sonunda uca bir dağ yerləşir. O dağda dərin
bir yuva var. Yuvada nə heyvan, nə də quş
yaşayır. Orada türk şahzadəsi oturub. Yüz
min ildir ki, nə qocalır, nə cavanlaşır, gündən-günə daha da qəzəbli olur:
gün çıxandan batan qədər yeməklə məşğuldu.
Özü də nə
çörək yeyir, nə toyuq, nə də adi insan qidasını,- körpə uşaqları yeyir. Çünki hələ Türkiyədə hamilə olanda bir erməni
həkimi ona qız doğacağını deyib. Və bu qızın böyüyəndə ondan min dəfə gözəl
olacağını söyləyib. Doğrudan da, şahzadənin qızı olub. Uşaq doğulan kimi anası onu yeyib.
Elə o vaxtdan yuvada oturub uşaqları aşırır.
Onların xaç suyuna salınıb-salınmamaları da vecinə
deyil. Elə yeyir- qızları da oğlanları da».
Bütövlükdə əfsanə romantik xarakterə malik olsa da, eyni zamanda onda «türk torpağı»na
qarşı müəyyən mənfi münasibət var.
*****
BƏZİ TOPONİMLƏR
BARƏDƏ.
Axtaçı- Azərbaycanda bu adla bağlı yer adları
mövcuddur. Axtaçı axta, axtalamaq sözündən
yaranmışdır. Qədimlərdə monqollarda
atlara baxana və sıraya düzənə axtaçı
deyirdilər. Axtaçı Çingiz xan səltənətində böyük
vəzifə
hesab edilirdi. Axtaçı adlı nəsil və kəndlər monqollarla bağlıdır.
Şatır- bu adla bağlı da
Azərbaycanda, eləcə də Türkiyədə çoxlu yer və
tayfa adları mövcuddur. Qazax rayonunun, eləcə də Gəncəbasarın
ərazisində
yaşayan şatar və ya şatırlı tayfasının əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq və ilxıçılıq olmuşdur. Onlar yaşadıqları dəyələri və bir
yerdən başqa yerə köçərkən istifadə
etdikləri iri arabaları şatır adlandırmışlar
(Rusların şatyor adlandırdıqları ticarət
çadırı da həmin sözdəndir).
Şorbaçı- məlum olduğu kimi, qədim türklərin əsas yeməyi
şorba olmuşdur. Ayrı-ayrı qəbilələr hökmdarlar
qarşısında müəyyən işləri görməyə borclu
idi. Şorbaçı hərbi yürüş zamanı ordunu yeməklə təmin edən
qəbilə
olmuşdur. Respublikamızın bir neçə yerində bu ad qalmaqdadır.
*****
BABUR İMPERATORLUĞU. Hindistanda
XI əsrin başında qəznəvilər tərəfindən
türk dövləti qurulmuş, bunların dövlətini qurlar yıxıb Qur dövləti qurmuşdular.
Qurlardan sonra hakimiyyət Misirdə
olduğu kimi, türk məmlük komandanlarının
əlinə
keçdi. Bunların dövlətə Dehli sultanlığı deyilirdi və 1206-1526-cı illər arasında Hindistanda səltənət etdilər. Nəhayət Teymurun övladlarından Babur şah Hindistanı
alıb orada Teymurilər dövlətini və
ya avropalıların yanlış olaraq dedikləri
Böyük Moğol dövlətini qurdu.
Babur 13 yaşında ikən atası Ömər
Mirzə Qurqan valisi oldu və Babur atasının yerinə oturdu (1494). Şeybanilər
Səmərqəndi alandan sonra onlarla savaşmağa məcbur oldu. Lakin nəticə əldə edə bilmədiyi
üçün Əfqanıstana çəkildi. Əvvəlcə Kabulu,
sonra da Qəndəharı alaraq orada yerləşdi.
1525-ci ildə isə Hindistana girdi. Dehli və
Aqra şəhərlərini alaraq, Benqala qədər Şimali Hindistanı özünə tabe etdi. O, Aqra şəhərini paytaxt seçib Babur
imperatorluğunu qurdu. Bu dövlət 1858-ci
ilə qədər, yəni
ingilislərin Hindistanı almaqlarına qədər davam
etdi, beləliklə, Hindistanda qurulan türk dövlətlərinin ən
böyüyü, kültür və mədəniyyət sahəsində ən qabaqcılı
oldu.
Babur və onun övladları türk, fars dil və kültürünü Hindistanda yayıb, şeir və ədəbiyyat, gözəl
sənətlər, xüsusən
memarlıqda gözəl əsərlər yaratmışlar. Onlar türk, fars, ərəb və sanskrit dillərindən mürəkkəb urdu dilini icad etmişlər.
*****
QARAQOYUNLULAR. XV əsrin əvvələrindən qaraqoyunlular Qara Yusifin başçılığı ilə Azərbaycanı
teymurilərdən, İraqı sultan Əhməd Cəlayirdən aldılar. Bu sırada Şərqi Anadolu türkmənlərindən
böyük kütlələr Azərbaycana gəlib yerləşdilər (1403).
Qaraqoyunlular
monqollar zamanında Ceyhun məntəqəsindən gəlib,
Şərqi Anadoluda yerləşmişdilər.
Teymur öləndən sonra isə Azərbaycanı alıb Təbrizi
paytaxt seçdilər. Qara Yusifdən sonra onun oğlu Cahanşah hökuməti ələ alıb Sistana qədər irəlilədi.
Cahanşah türkcə və
farsca şeir söyləmiş və Həqiqi
təxəllüsünü
seçmişdir.
Комментариев нет:
Отправить комментарий