Страницы

06.06.2012

30 ölkə İrandan kömək istədi

30 ölkə “Flame” virusu ilə mübarizə üçün İranın “MAHİR” mərkəzinə müraciət ünvanlayaraq, yardım istəyiblər


İranlı mütəxəssislər ən təhlükəli kompüter virusu sayılan “flame” (alov) virusunun qarşısını tez bir zamanda aldığına görə, 30 ölkə onlardan yardım istəyib.
30 ölkə İrandan kömək istədiBu haqda İran İnformasiya Texnologiyaları Təşkilatının sədr müavini İsmail Radkani jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, 30 ölkə, o cümlədən Avstraliya, Malaziya, Hollandiya və hətta İranla diplomatik əlaqələri olmayan bir sıra ölkələr “Flame” virusu ilə mübarizə üçün İranın “MAHİR” mərkəzinə müraciət ünvanlayaraq, yardım istəyiblər.
Qeyd edək ki, sözügedən virus dünyanın ən təhlükəli virusu adlanıb. Hətta tanınmış və ən güclü anti-virus proramları belə onu müəyyənləşdirərək, məhv etmək gücündə deyil.


faktxeber.com

Комментариев нет:

Отправить комментарий