Страницы

04.06.2012

Azərbaycanda uşaqlara vurulan peyvəndlər təhlükə mənbəyidir!

Azərbaycanda uşaqlara vurulan peyvəndlər təhlükə mənbəyidir!  Qarabağ Əlillər Cəmiyyətinin Nəsimi rayon şöbəsinin rəhbəri Əhməd Rəhmanov Səhiyyə Nazirliyini məhkəməyə verib. Artıq onun iddia ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilib. Buna səbəb isə Əhməd Rəhmanovun övladının həkimlər tərəfindən şikəst edilməsidir.


Abşeron rayonunun Xirdalan şəhəri, 27-ci məhəllə, bina 5, mənzil 3-də yaşayan Əhməd Rəhmanov bildirir ki, 2008-ci il təvəlludlü oglu Rəfael Rəhmanov sağlam uşaq olub. Lakin Əmircan qəsəbə poliklinikasinda vurulan peyvəndlərdən sonra onda psixi geriləmənin şahidi olublar:
«Belə ki, oğlum 1 yaş yarımda “ata, ana və baba” və sairə sözləri deyirdisə, son peyvəndlərdən sonra o, artiq susdu, ətrafindakilarla ünsiyyətdən cəkinməyə başladı və üzünü divara cevirib, saatlarla oturmağa başladı. Həmin vaxt bunun səbəbini tapmaq ücün Azərbaycanda olan bir cox həkimlərə üz tutanda, bizə bildirdilər ki, bu uşaqda Autizm sindiromu var. Uşaq Psixo-Nevroloji Dispanserdə isə bizə bildirdilər ki, bir cox Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda 3 yaşına qədər olan uşaqlara bu diaqnoz rəsmi olaraq qoyulmur. Səbəb isə bu barədə Səhiyyə Nazirliyinin xüsusü göstərişinin olmasıdır. Bu o deməkdir ki, 3 yaşınadək hər hansı bir uşaq hər hansı bir psixo-nevroloji xəstəlik tutarsa, onun bu diaqnoz üzrə müalicəsi mümkünsüzdür».
Cəmiyyət yetkilisi yazır ki, daha sonra o, bu peyvəndlərin kimyəvi tərkibi haqqinda məlumat almaq ücün bir cox rəsmi instansiyalara (Prezident Administrasiyasından tutmuş, rayon poliklinikalarınadək) yazılı müraciət edib: «6 aylıq yazışmadan sonra isə məni qeydiyyatda olduğum Abşeron rayon Səhiyyə İdarəsinə dəvət edib, qeyri-rəsmi formada peyvəndlərin qutularında olan yaddaş vərəqələrini verdilər və məsləhət gördülər ki” başımı ağrıtmayım”. Bundan əlavə, apardığım araşdırmadan sonra məlum oldu ki, peyvəndlərin tərkibində konservant kimi istifadə olunan ağır metallar (Timerasol - civənin orqanik forması və Aliminium) farmokoloji şirkətlər tərəfindən vaksinlərin ucuz başa gəlməsi ücün 1990-cı ildən bu yana 2 dəfə artırılıb. Bu isə başqa fəsadların da yaranmasına gətirib çıxarır. Belə ki, əgər bu vaksin birdəfəlik dozada deyil, bir neçə dəfə istifadə olunan qablarda qablaşdırılmışdırsa, onun tərkibindəki ağır metalların miqdarı Dunya Səhiyyə Təşkilatının 1994-cü ildə qəbul etdiyi göstəricilərə görə normadan 35 dəfə coxdur. Vaksinin tərkibində ağır metalların coxluğunu onun saxlanılma qaydalarının və qiymətinin yüngülləşməsi məqsədiylə olduğunu bildirsələr də, Avropanin inkişaf etmiş ölkələrində artıq 1997-ci ildən bəri bu tip vaksinlərin istifadəsi dayandırılıb. Belə ki, hətta bəzi peyvənd istehsalcıları oz vaksinlərinin ağır fəsad (Autizm, agır metal zəhərlənməsi, beyin toxumalarında düyünlər və urək catışmazlıgı) törədə biləcəyi baradə vaksinlərin icərisinə qoyulmuş yaddaş vərəqlərində əvvəldən göstərib. Xüsusiylə ona görə ki, civə beyin proteinləri sayılan aktın və tubulinin məhvinə gətirir. Bu da beyin neyronlarının əsasını təşkil edən komponentlərdir. Onlarin məhvi sinir liflərini mudafiəsiz qoymaqla, onların düyünlənməsinə gətirir ki, bu da Altsqeymer sindiromunun (xəstəliyinin) diaqnostik xüsusiyyətlərindən biridir».
Övladına görə bir çox mərhumiyyətlərə düçar olan ata vurğulayır ki, poliklinikada vurulan peyvəndlərdən sonra 4 yaşli oglunun qanında ağır metalların miqdarı normadan 16 dəfə çox olub: «Bu da onda Autizm sindiromuna gətirib cixartmışdır. Bu yerdə onu da diqqətinizə çatdırım ki, məndə olan (yəni mənə Səhiyyə Təşkilatından verilən) vaksin kağızlarının hamısı İngilis dilindədir və coxu Hindistan istehsalıdır. Son vaxtlar Azərbaycanda bir cox uşaqlara vurulan peyvənd və mantulardan sonra müxtəlif ağır fəsadlar yaranır. Bu, qızlarda gözlərin cəplənməsi, oğlanlar da isə beyin inkişafında geriləşmə kimi özünü göstərir. Buna misal olaraq, 2011-ci ildə Bakının Lökbatan qəsəbəsində mantu sınağından sonra vəfat etmiş xalam oğlu Namiq Salmanovu göstərə bilərəm. Mantunun tərkibində konservant kimi işlənən fenol maddəsinin təsirindən, onda birdən-birə urək catışmazlığı yarandı ki, bu da onun ölümünə səbəb oldu».
Sonda şikayətçi bildirir ki, Səhiyyə Nazirliyini məhkəməyə verərək, onlardan bir manat təzminat istəyir: «Uşaqlarda ağır fəsadlar yaradan vaksinlərin Azərbaycana gətirilib, uşaqlara vurulmasını təşkil etməklə, oğlum Rəhmanov Rəfael Əhməd oğlunun şikəst olması və bununla mənə dəyərləndirilə bilməyəcəkləri məbləğdə mənəvi və maddi ziyan vurulduğuna baxmayaraq, Səhiyyə Nazirliyindən simvolik olaraq 1 (bir manat) manat, bundan əlavə, sağlam insan orqanizminə dagıdıcı təsir göstərən “timerasol”, “mersiolap (orqanik civə)” və aliminium tərkibli (peyvəndlərin) vaksinlərinin oğluma vurularaq, onun şikəst olması ilə əlaqədar müalicəsinə xərclədiyim 30 min manat məbləğində pul vəsaitinin də Səhiyyə Nazirliyindən tutularaq, mənə verilməsini məhkəmədən xahiş etmişəm. Eyni zamanda, azyaşlı uşaqlarda müxtəlif agır fəsadların yaranmasına səbəb olan civə və başqa agır metal tərkibli vaksinlərin Azərbaycanda dövriyyədən cıxarılmasını tələb edirəm».
Məsələ ilə bağlı qarşı tərəfdən münasibət öyrənmək mümkün olmayıb. Tərəfləri də dinləməyə hazırıq.


mia.az

Комментариев нет:

Отправить комментарий