Страницы

03.06.2012

Çay dəsgahı

Vasif Əlihüseyn

Bu yay da ötən ilkilərə baxan da başqa cür olacaq. “Evrovision 2011”-də qazandığımız uğur “Evrovision 2012”-nin ölkəmizdə keçirilməsini bizlərə də nəsib etdi. Bu da sevindirici haldı ki, özümüzü dünya ölkələrinə daha yaxşı təqdim edəcəyik. Çünki, may ayı ölkəmizə xeyli əcnəbi vətəndaşlar gələcək. Lakin “Evrovision” oldu-olmadı biz də yenə həmişə ki, kimi çox bahaçılıqdı. Hər dəfə efirdə Bakının bahalı şəhər olaraq pillə-pillə irəlilədiyini görükdə buna sevinmək yox, kədərlənmək lazımdı. Çünki, bu gedişlə biz kasıblar bu şəhəri tərk etməli olacağıq. Ya da şəhərin girişində “Bakı sizlik deyil” lövhəsi bizi qarşılayacaq ki, onda da biz yolumuzu ya başqa şəhərə, ya da başqa ölkəyə salmalı olacağıq. İki gün bundan öncə dostumla hamımızın “Bulvar” adlandırdığı dənizkənarı parkda axşam gəzintisinə çıxmışdıq. Bir xeyli dənizin sahilin də gəzdikdən sonra çay içmək qərarına gəldik.
Yolumuzu “A. Şaiq adına kukla teatırı”-nın yaxınlığında yerləşən “Lalə” kafesinə saldıq. Çay sifariş verdikdə, ofisiant bizə onlar da “Çay dəsgahı” olduğunu deyərək, onlar da çay içmək üçün ən azı 10-AZN ödəməli olduğumuzu dedi. Narazıçılıq etdikdə isə, buranın dəniz qırağı olduğunu bizə bildirərək, qiyməti yıxdı xəzərin boynuna. Çox yer axtardıq və bir yerdə xahiş-minnətlə 5AZN dəyərində çay içdik. Adama çox qəribə gəlir, buranı kafe sahibləri təmir etdirir, gözəlləşdirir yoxsa, ölkə başçısı. Əlbəttdə ölkə başçısı. Çünki, hər gün efiri və ya internet sayıtlarını izləyirik, və bilirik ki, əhalinin problemi ilə bağlı çox yerə ölkə prezidenti İ. Əliyev şəxsən özü gedir və lazımı tapşırıqlarını verir. Həmçinin dənizkənarı parkda da yaxın bir neçə il ərzində çox dəyişiklik edilib. Bu da cənab prezidentimizin sakinlərə göstərdiyi qayğıdı. Yadımdadı, keçən il yumurtanın qiyməti elə qaldırılmışdı ki, toyuqlar da yumurtamağa naz edirdi. Bu qədər problemlərlə birgə ölkə başçısı yumurtanın qiyməti ilə bağlı öz tabşırıqlarını verdikdən sonra, yumurta qızıl qiymətinə yox, yumurta qiymətinə satıldı. Təşəkkürümüzü bildiririk! Düzdü, bu bəzi toyuqlara sərf etmədi. Bu ildə artıq yay fəsli başlamaq üzrədi və dənizkənarı parkda ailəsilə əyləşib çay içən sakinlərimizə və ya qonaqlarımıza çay üçün 10, 20, 30-AZN hesab vermək yox, bir az insaflı hesab arzulayıram.


vasif_c85@mail.ru                                 

Комментариев нет:

Отправить комментарий