Страницы

22.06.2012

Elçin Mirzəbəylinin kitabının təqdimatı oldu


İyunun 22-də Mətbuat Şurasında şair-publisist Elçin Mirzəbəylinin “Poz bu sükutu” adlı şeirlər kitabının təqdimatı keçirilib.


Tədbiri açıq elan edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Elçin Mirzəbəylini adətən qəzet səhifələrində, siyasət meydanında görməyə alışmışıq: “Bu onun keçdiyi yolla əlaqədardır. Amma çox az adam bilirdi ki, Elçin müəllim həm də yaxşı şeirlər müəllifidir. Bu kitabdan sonra ədəbiyyatsevərlər onu daha yaxından tanımış olacaqlar”.

Ə. Amaşov “Poz bu sükutu” kitabındakı şeirlərin düşündürücü olduğunu vurğulayıb.
Millət vəkili, yazıçı Aqil Abbas kitabı əldə etdikdən sonra onu bir neçə dəfə oxuduğunu, şeirləri çox bəyəndiyini qeyd edib. A. Abbas bir zamanlar sözləri Elçin Mirzəbəyliyə məxsus olan “Qalx ayağa, millət” (“Azadlıq” marşı) mahnısının necə sevildiyini, insanlarda ruh yüksəkliyi yaratdığını xatırladıb.
“APA Group”-un baş direktoru Vüsalə Mahirqızı isə Elçin Mirzəbəylinin vətənpərvlik şeirlərindən əlavə çox yaxşı sevgi şeirləri yazdığını, məhz buna görə ona böyük sevgisi olduğunu deyib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, milət vəkili Qüdrət Həsənquliyev də şair haqda xoş sözlər söyləyib. Onun istedadından, yaradıcılığından danışıb.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Ağdama gedən qatar” şeirinin yazılma tarixçəsini danışıb. Onun xahişi ilə şair həmin şeiri yenidən səsləndirib.
Publisist və tele-jurnalist Anar Yusifoğlu, “Ədalət” qəzetinin baş redaktoru, publisist İradə Tuncay, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, yazıçı- publisist Yunis Oğuz, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli, “Kulis.az” dərgisinin baş redaktoru Qan Turalı və digərləri tədbirdə çıxış ediblər.
Elçin Mirzəbəyliyə Mətbuat Şurasının Fəxri Diplomu təqdim edilib.
Bir daha xatırladaq ki, “Poz bu sükutu” Elçin Mirzəbəylinin ikinci kitabıdır. Kitabda onun müxtəlif illərdə yazdığı şeirlər, esselər və publisistik məqalələrdən seçmələr yer alıb. Şairin ilk kitabı olan “İtirilmiş vaxtın adamı” 2002-ci ildə çap olunub.
“Poz bu sükutu” kitabına ön sözü şair Musa Yaqub yazıb.
Elçin Mirzəbəyli Milli Azadlıq Hərəkatının marşı olan “Azadlıq” marşının müəllifidir. “Azadlıq” marşı ilə yanaşı Elçin Mirzəbəylinin müəllifi olduğu “Dönmərik biz”, “İrəli, əsgər”, “Ey müqəddəs türk eli” adlı marşlar bu gün də Azərbaycanın Silahlı Qüvvələrində ifa olunur.


kulis.az






Комментариев нет:

Отправить комментарий