Страницы

06.06.2012

İMPERİALİZM və kiçik "müstəqillərin " müvəqqəti NİGAHI...


Biz hər zaman demişik və yenədə deyirik “ müstəqillik “ sadəcə pərdədir. Bu pərdə xalqları qarət etmək, millətlərin sərvətini dünya bazarında hegemonluq edən Trans Milli İnhisarların mənafeyi naminə talan etmək siyasətini ört bastır etmək ücün istifadə olunan örtükdür.Biz əvvəl ki, yazılarımızda son 20 il ərzində 100 milyard dollardan cox Azərbaycan neftinin əcnəbi şirkətlər tərəfindən mənimsənildiyini və bu prosesin hələ uzun illərdən sonrada davam edəcəyini yazmışdıq. Həmcinin qızıl mədənlərinin ingilislər tərəfindən nəzarətə götürüldüyünü vəyaxın 30 il ərzində 200-400 ton arası qızılın 1250 ton gümüşün, 700 min tondan cox misin xarici şirkətlərə “ pay “ olaraq verildiyini bəyan etmişdik. İmperialistlər və onların yerli əlaltıları tərəfindən son 20 ildə ölkə sənayesinin necə dağıdıldığı, nəticədə istehsalatı cökdürülmüş bir millətin öz təbii sərvətlərini xarici şirkətlərin nəzarətinə vermək məcburiyyətində qoyulduğu günümüzün acı reallığıdır. "Şahdəniz 2" layihəsindən əcnəbi şirkətlərin qopardıqları paylar on milyardlarla dollar tərtibində qiymətləndirilir.Azərbaycanın Neft Fondunda bu günə qədər toplanmış 30 milyard dollar vəsait bütünlüklə Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun nəzarətindəndir və bu qiqant vəsaitin dövrüyəsindən gələn gəlirlər xarici banklar tərəfindən mənimsənilir.
Satqın Burjua rejimi hər zaman bu acı faktlarla üzləşəndə iddia edirlər ki, sözügedən layihələrdə Azərbaycanında kifayət qədər böyük payı var.Amma belələrindən bir soruşan lazımdır ki, Azərbaycana aid pay Neft Fondu şəklində sonradan əcnəbi bankların sərəncamına veriləcəksə onda “ bizim” olduğu iddia olunan bu paydan bu səfil xalqa, ayı 93 manat 50 qəpiyə işləyən yüz minlərlə azəri işciyə nə?Anlaşılan odur ki, əcnəbi dövlətlər Azərbaycan neftinin yarısını birbaşa, digər yarısını isə dolayısı yollarla, Neft Fondu kimi oyuncaq fondların vasitəsiylə ələ kecirmişdir.Azərbaycan hökuməti 2018-ci ilə kimi Türkiyənin neft-kimya sənayesinə 17 milyard dolar investisya qoyacaq, əslində isə böyük məbləğdə neft pulları “ investisya “ adı altında xaricə sorulub aparılır.Azərbaycan hökuməti xarici ölkələrdə şirkətlər, obyektlər almağa böyük səxavətlə milyardlar axıdır, amma bu zaman Livyanın, İraqın taleyi onları deyəsən hec narahat etmir.Bütün bu “ investisya” layihələri bir oyundur.Əvvəlcə ölkənin sərvəti xarici banklara, şirkətlərə toplanacaq, günlərin bir günü Sem Dayı üzünü Azərbaycan hakimiyətinə tutub deyəcək: “ ser axı deyəsən sən demokrat deyilsən?” vəssalam, ard-arda Azərbaycanın və azərbaycanlıların xarici banklardakı hesabları dondurulacaq və bu banklardakı 100 milyarddan cox vəsaitlər üzərinə həbs qoyulacaq.Şirkətlər aid olduqları dövlətlər tərəfindən müsadirə olunacaq.Bununlada xalqın milyardlarla sərvəti Livyada olduğu kimi bir andaca transfer ediləcək qərb dövlətlərinin və banklarının mülkiyyətinə.
Bəli qərb kicik “ müstəqillərə” hələki yeyib şişmək ücün şans və vaxt verib, sabah onların yediklərini geri qusduracaq, böhranlar icində capalayan İmperializmin indi kicik “ müstəqilləırin” mədəsinə toplanmış bu tikələrə cox böyük ehtiyacı var…
P.S. 1948-ci ildə ABŞ-da Dalles planı qəbul olunmuşdu.Bu plana görə SSRİ əvvəlcə kicik dövlətlərə parcalanaraq cökdürülməliydi və bu parcalanmadan yaradılacaq kicik dövlətlər idarə olunacaqdılar.Onlar işsizliyə və əxlaqsızlığa məhkum edilməli və təbii sərvətləri üzərində hakimiyyətlərini iturənəcən simasızlaşdırılmalıydılar və bütün əlamətlər bu planın bu gündə qüvvədə qaldığını və mərhələ-mərhələ icra olunduğunu sübut edir…

QEYD: məqalədə istifadə olunmuş rəqəm və faktlar Dövlət Statistika Komitəsinin acıqlamış olduğu statistik rəqəmlərin təhlilindən əldə olunmuşdur.

Комментариев нет:

Отправить комментарий