Страницы

28.06.2012

KAPİTALİST 1 qoyundan 50 manat, 1 tələbədən isə 2500 manat QIRXIR...


Qırxım sezonu yaxınlaşır.Kənd yerində yaşayanlar və ya ən azındasa kənd həyatına bələd olanlar qırxım sezonunun nə olduğunu hec şübhəsiz ki, yaxşı anlayırlar.Amma bu hecdə o demək deyildir ki, şəhərlərimiz qırxım sezonundan kənarda qalıb.Yox küll halında millət olaraq kapitalizmin qırxım sezonunun qurbanlarına cevrilmişik.Sovet vaxtı biz elə bilərdik ki, ancaq qoyunları qırxırlar, kapitalizm sübut etdiki qırxım insanlara yad deyil və insanlar qoyundan daha yaxşı qırxılır.Məsələn ən cox yun verən meranus cinsli qoyunlar 1 ildə orta hesabla 25 kq yun verir.Əgər yunun kiloqramının bazarda 2 manat olduğunu düşünsək onda kapitalist bir meranus qoyunundan ildə cəmi 50 manat pul “ qırxar “.Amma bizim tələbələrmizdən kapitalist ildə 2-3 min manat qırxır.Deməli bir tələbənin qırxım əmsalı meranus qoyununun qırxım əmsalından 50 qat daha coxdur.İndi gördünüz ki, Azərbaycanda kapitalislər nə ücün meranus qoyunculuğunun inkişafında maraqlı deyillər?. Əksinə maraq qoyunculuqdan cox tələbəciliyə yönəlib.
Tələbəcilik rentabelliyinə görə qoyunculuqdan qat-qat sərfəli sahədir.Fikir verin hər il orta hesabla 35 min tələbə qəbulu, ali təhsili 4 ilik hesab etsək ümumilikdə 140 minlik tələbə və bir 25 mində magistr.Toplam say 165 min nəfər, bununda 70%-i PULLU təhsil alır və bu qədər tələbəcilikdən ildə kapitalistin qazancı olur 200 milyon manat.Bu qədər gəliri siz nə qoyunculuqda, nədə iri buynuzlu maldarlıqda görə bilərsiniz
P.S. TQDK-nın acıqlamasına görə bu il magistraturaya qəbul planı 6 min yer təşkil edirki bununda ancaq 2 min yeri, yəni 25%-i pulsuzdur.Başqa sözlə magistraturaya qəbulun 75%-i PULLUDUR…tələbə qəbulu üzrədə təqribən eyni mənzərədir, yerlərin 70%-ə qədəri PULLUDUR....Əziz abituriyentlər və tələbələr bizim tələbəciliyi qoyunculuqla müqaisəmizi özünüzə təhqir bilməyin.Təhqir o deyil ki, biz həqiqəti deyirik, təhqir odur ki sizi bu rəzil gercəkliyi yaşamağa məcbur edirlər.Sovet Hakimiyətinin insanlara verdiyi PULSUZ TƏHSİL hüququnun əlinizdən alınması və bunun müqabilində sözün əsil mənasında qırxılaraq pullu təhsilə tabe tutulmaq və bununla barışmaq bax əsil faciə və təhqir budur.


http://kommunist.biz/

Комментариев нет:

Отправить комментарий