Страницы

03.06.2012

Masonluğun tarixi və mahiyyəti


 İbrahim Sel
Professional Oxucu Liqası

I hissə: Dinin ürəyinə sancmaq üçün ən yaxşı xəncər pozğunluqdur

Görüntü yaratmaq üçün demokratiya, insan haqlarının müdafiəsi, azsaylı xalqların, cinsi azlıqların, siyasi dustaqların hüquqlarının müdafiəsi əsas tutulur

 Masonluğun tarixi haqqında müxtəlif məlumatlar mövcuddur. Tarixi mənbələrdən məlumdur ki, mason ittifaqı XVIII əsrin əvvəllərində azad bənna və ya tikinti birliyindən yaranıb. Daha doğrusu masonluğun tarixi ətrafında çoxlu əfsanə, mif və uydurma rəvayətlər mövcuddur.
Ən çox hallarda masonluğun tarixini lap qədim dövrlə əlaqələndirməyə cəhd göstərirlər. Bir çox mason tədqiqatçıları bəziləri həqiqətə uyğun, bəziləri fərziyyə və təhriflərə yol verməklə masonluğu ən qədim cəmiyyətlərlə əlaqələndirirlər.
 Hətta masonluğun tarixini həzrəti Adəmə aparıb çıxaranlar da olub. Bir çoxları masonluğun yaranmasını çar Solomon (Süleyman peyğəmbər) məbədinin tikintisi ilə bağlayırlar. Bir çox tədqiqatçılar isə masonluğun kökünü pifaqorçuluqda və xristianlıqda axtarırlar. Lakin ən çox həqiqətə uyğun gələn fərziyyə çar Solomonun məbəd tikintisi və tikintiyə rəhbərlik edən Misir kahinlərinin şagirdi Adoniram rəvayətidir.
 Yəqin ki mason sözünün mənası oxucular üçün maraqlıdır. Mason bənna (daş yonan usta) deməkdir. Rəvayətə görə, onlar öz başlanğıcını çar Solomonun məbədinin tikintisindən götürüblər. Bizə gəlib çatanlara inansaq, çar Solomon elə bir əzəmətli məbəd tikdirmək qərarına gəlir ki, həmin məbəd ilahi bilikləri və həqiqəti dərk etmək istəyənlər üçün məbədgah olsun, həm də ilahi bilikləri, həqiqəti nəsildən-nəsilə ötürə bilsin.
 Tarixi mənbəyə əsasən həqiqətdə ilk mason lojası 1215-ci ildə Şotlandiyanın Maqdeburq şəhərində yaradılıb. İlk mason ordeni isə 1376-cı ildə Londonda meydana gəlib. Ona görə də İngiltərə masonluğun beşiyi adlandırılır. Müasir masonluq isə öz əsasını 1717-ci ildə İngiltərədə fəaliyyət göstərən dörd lojanın birləşib İngiltərə “Böyük şərq” lojasının yaratmasından götürüb. 1717-ci ildə yaradılmış “Böyük Şərq” lojasının təsiri altında vaxt axarı boyu Avropada, Şimali və Cənubi Amerikada və digər ölkələrdə yeni-yeni mason lojaları yaradılıb.
 Ümumdünya ensiklopediyasının məlumatına əsasən dünya üzrə masonların sayı 30 milyona qədərdir. Təkcə Amerikada beş milyona qədər mason fəaliyyət göstərir. 1717-ci ildə Londonda 4 lojanın birləşib Böyük Şərq lojası yaradandan sonra ümumi konstitusiyaya ehtiyac yarandı. İlk olaraq 1722-ci ildə Şotland keşişi Ceyms Anderson mason konstitusiyasını yazdı. Ümumi mason konstitusiyası bütün mason lojalarını vahid halda idarə edilməsinə imkan yaratdı. Konstitusiyada aşağıdakı bölmələr öz əksini tapır: Allah və din, hakimiyyət haqqında, lojalar haqqında, usta, usta köməkçisi və şagird haqqında, lojada və lojadankənar əxlaq haqqında, kənar adamlar arasında masonluq davranışı haqqında, masonun evdə və qonşularla davranışı haqqında və s. Həmin konstitusiya 1734-cü ildə böyük usta Benjamin Franklın tərəfindən tipoqrafik üsulla Amerikada nəşr edilir. Konstitusiyada deyilir: Biz bənnalar unversal dinə mənsubuq, biz bütün millətlərə, dinlərə, vətənlərə mənsubuq, hər hansı siyasətin əleyhinəyik. Daha sonra deyilir: Mason sülhsevərdir və qanuni hakimiyyətə tabedir. Mason heç vaxt öz xalqının və vətəninin əmin-amanlığı və firavanlığı əleyhinə sui-qəsddə iştirak etməz.
 1782-ci ildə Vilhelmsbadda hersoq Ferdinand Braunşveqin rəhbərliyi altında qəbul edilmiş konstitusiya Rusiya masonluğunun tarixində əsas rol oynayıb. Bu konstitusiya Azad bənnalar nizamnaməsi də adlanır. Konstitusiya aşağıdakı sahələri əhatə edir: Allah və din, ruhun ölməzliyi, hakimiyyət və vətənə münasibət, insanlara münasibət, masonun özünün mənəvi tərbiyəsi, mason qardaşlara münasibət, orden qarşısında masonun vəzifəsi və s. Bu konstitusiya 1787-ci ildə Vilhelmsbadda Ümumi Konvent Şurasında təsdiq edildikdən sonra Rusiyaya mason aktları, mərasim və onların izahı, mənəvi tövsiyələr ayaq açır və Rusiya qismən müstəqil mason əyalətinə çevrilir.
 Amerikanın Mərkəzi Kəşfiyyat idarəsinin keçmiş əməkdaşı L.Qonsales-Mata 1979-cu ildə yazdığı “Dünyanın həqiqi hakimləri” kitabında dünyanın gizli hakimiyyətinə daxil olan masonların siyahısını dərc edib. Siyahıda əsas yerləri Amerikanın yüksək rütbəli masonları tutur. Tərtib edilmiş siyahıda MKİ-nin 1953-1961-ci illərdə direktoru olmuş A.Dalles, Cozef Retinger- Bilderberq klubunun baş katibi,Uilyam Donovan- MKİ-nin direktoru, Manilo Brozyo- NATO-nun baş katibi, Liço Celli- İtaliya P-2 lojasının rəhbəri, Jak Attali- Avropa yenidənqurma və inkişaf bankının prezidenti, Amerikanın prezidentləri- H.Trumen, R.Nikson, C.Ford, R.Reyqan, C.Buş, D.Rokfeller- üç tərəfli komissiyanın rəhbəri, H.Kessincer- Amerikanın keçmiş dövlət katibi, Bnay-Brit lojasının rəhbəri və s. tuturlar. Bu siyahını Amerika, Avropa və s. ölkələrin rəhbər kadrları, siyasətçilər, bankirlər, yüksək rütbəli hərbçilər hesabına daha da uzatmaq olar. Onu da qeyd etmək lazımdır ki, Amerikanın əsasını qoyanlar, müstəqillik aktına imza atanlar Amerikada masonluğun da əsasını qoyublar. Bunlardan C.Vaşinqton haqqında məlumat verilib.
 Dünya masonluğunun başında beynəlxalq masonluğun Ali Patriarxı durur. Ali Patriarxın tabeliyində ali icra orqanı, inzibati, maliyyə, və təbliğat üzrə köməkçiləri mövcuddur. Bunlardan başqa Ali patriarxın nəzdində baş mərkəzi idarələr fəaliyyət göstərir. Yer kürəsinin səthi 77 əyalətə bölünərək, baş mərkəzi idarələrə tabe edilib. Baş mərkəzi idarələr Vaşinqtonda, Neapolda və Kəlküttədə yerləşirlər.
 Ümumiyyətlə, müasir masonluq üç mərhələyə bölünür. 1) Göy masonluq (1-3 dərəcə). 2) Yüksəkdərəcəli qırmızı masonluq (4-18 dərəcə və qara masonluq 19-33 dərəcə). 3) Gözə görünməyən, ən məxfi ali beynəlxalq masonluq.
 XVIII əsrin ortalarında masonluğa yardımçı vasitə kimi, qadın mason lojalarının yaradılmasına zəruri ehtiyac yaranır. Almaniyada masonluğun dirçəlməsində əsas rol oynayan Veyshaupt və başqaları tərəfindən yaradılan mason lojaları fəaliyyət göstərməyə başlayır. İlk qadın lojaları 1730-cu ildə Fransada yaradılıb. 1774-cü ildə simvolik masonluq tərəfindən qəbul və təsdiq edilib. Qadın mason lojaları digər lojalar kimi, masonların yuxarı dərəcələri tərəfindən idarə edilir və bu idarəetmə məxfi saxlanılır. Dirçəliş mason lojasının sədri Foveti yazır: Biz dini məhv etmək üçün qadınları öz tərəfimizə çəkməliyik. Kilsənin ürəyinə sancmaq üçün ən yaxşı xəncər pozğunluqdur. Masonluqda fahişəlik əl-ələ verib irəli gedir”. Veyshaupt və Ditrufun proyektinə əsasən mason qadınları iki rituala bölmək nəzərdə tutulur. Birinci rituala cəlb edilən qadınlar savadlı və abırlı olur, siyasi fəaliyyət və siyasi intriqalar üçün nəzərdə tutulur. Bu ritual Palladik adlanır. İkinci rituala cəlb olunan qadınlar gözəl və yüngültəbiətli olmalıdırlar. Bu qrup qadınlar əylənmək və ehtirası təmin etmək üçün nəzərdə tutulur. Bu ritual seçilmişlər adlanır.
 Mason ideoloqları fəaliyyətin məxfilik prinsipi əsasında aparılmasına haqq qazandırmaq üçün deyirlər: “Belə çıxmasın ki biz masonluğun pis cəhətlərini cəmiyyətdən gizlətmək üçün məxfilik prinsipinə əməl edirik. Masonlar sözdə qarşıya tam alicənəb məqsəd qoyurlar. Guya onların fəaliyyətində demokratiya, insan haqlarının müdafiəsi, azsaylı xalqların, cinsi azlıqların, siyasi dustaqların hüquqlarının müdafiəsi əsas yer tutur. Bütün bunlar mason fəaliyyətinin zahiri tərəfidir və görüntü yaratmaq məqsədi daşıyır.
 Masonluğun üç əsas vəzifəsi mövcuddur: Birinci: Dünyanın bütün amillərində idarəetmənin şovinist xarakterinin gizli formasını təmin etmək. İkinci: İdarəetmənin aşağı strukturuna qeyri-yəhudi millətindən adamları cəlb etmək. Üçüncü: Vahid idarəetmənin məxfiliyi və gizliliyini təmin etmək.
 Masonluğun mahiyyətini başa düşmək və ondan öz məqsədləri üçün istifadə etmək üçün Rusiya çarı I Pyotr masonluğa daxil olur. I Pyotr 1699-cu ildə Kristofer Ren tərəfindən şotland dərəcəli, müqəddəs Andrey lojasına qəbul edilir. Lakin bir nəticə əldə edə, masonluğun təhlükəli cəhətini başa düşə bilmir. Ona masonluğu elə cəhətdən göstərirlər ki, Pyotrda masonluğa qarşı müsbət rəy yaranır. I Pyotr Avropaya pəncərə açaraq, Avropa qaydaları ilə yanaşı masonluğu da Rusiyaya gətirir. Masonluğun məxfiliyi, sirri və əməlləri aşkarlananda gücünü itirir. Ona görə masonluğa qəbul zamanı mason sirrinin qorunub saxlanılması barədə dəhşətli andiçmə mərasimi keçirilir. Həqiqətən bütün ölkələrdə yüksək və rəhbər şəxslər bir millətdən- sionistlərdən ibarət olsaydılar, onda heç bir xalq buna dözməyib onları devirərdi. Harada xalqa milli lider rəhbərlik edir, orada xalqda mənfi emosiya meydana gəlmir. Amma həmin lider masonların əlində idarə olunan bir marionetkadır. Bunu isə heç kim bilmir.
***
 Dövrümüzə qədər mаsоnluq əlеyhinə yаzılаn bütün əsərlərdə mаsоnlаrın dinsiz və din düşmənləri оlduqlаrı isrаrlа vurğulаnmışdır. Mаsоnlаr isə hər vаsitə ilə bu iddiаlаrın yаlаn оlmаsını sübut еtməyə çаlışmış, özlərinin bütün dinləri qəbul еtdiklərini, həttа аtеist оlаnlаrı mаsоnluğа qəbul еtmədiklərini və mаsоn lоjаsındа üç müqəddəs kitаbı əsаs tutduqlаrını iddiа еdirlər. Mаsоnlаrın din hаqqındа nəzəriyyəsinə diqqət yеtirmək kifаyətdir ki, оnlаrın Аllаhа, dinə münаsibəti аydınlаşsın. Mаsоnlаr Аllаhа yох, Kаinаtın Ulu Mеmаrınа sitаyiş еdirlər. Kаinаtın ulu mеmаrı nə dеməkdir? Ustаd mаsоn Sаlеmi İşıldаğ yаzır: О hаldа məbədimizi tətbiq еdiriksə, Kаinаtın Ulu Mеmаrınа gеdib çıхırıq və görürük ki Kаinаtın ulu Mеmаrı bizim içimizdədir (Mаsоn dərgisi, N-25.səh. 27, 28). Mаsоnlаr Kаinаtın Ulu Mеmаrınа təbiət, kаinаt, еnеrji kimi аdlаr vеrməkdə sərbəstdirlər. О isə insаnlаrlа əlаqəli dеyildir.
 Mаsоnluğun dinə münаsibəti həmişə mənfi оlub. Mаsоnluq özünün еtirаfınа görə din dеyil, lаkin çаlışır еlə bir din yаrаtsın ki, bütün insаnlаrı оrаdа birləşdirə bilsin. Bu müddəа 1722-ci ildə qəbul еdilmiş Аndеrsоn kоnstitusiyаsındа öz əksini tаpıb. Müаsir şərаitdə bu cəhd оnа yönəlir ki, bütün dinlər bərаbər hüquqlu din kimi qаrışıb birləşsinlər, bir din, bir Аllаh оlsun. Hаmı Аllаhа inаnır, hərənin öz Аllаhı vаr. Bеlə bir müddəаnın əlеyhinə kаtоlik kilsə mübаrizə аpаrır və imkаn vеrmir ki, dini еtiqаdlаr, mərаsimlər, simvоllаr, duа еtmə qаydаlаrı qаrışıb birləşsin.
 ХVII-ХVIII əsrlərdən bаşlаyаrаq mаsоnluq хristiаn, islam və b. dinlərə qаrşı mübаrizə аpаrıb. Bu mübаrizədə bütün vаsitələrdən, хüsusilə missiоnеrlikdən gеniş istifаdə еdib. Nəticədə uğur qаzаnа bilməyib, əksinə təzyiqə məruz qаlıb, zəifləyib. Оnа görə, mаsоnluq dinə münаsibətdə tаktikаnı və siyаsətini dəyişib, kilsə ilə müttəfiqlik еlаn еdib. Guyа хristiаnlıqlа mаsоnluq аrаsındа еlə bir fərq yохdur. Еyni zаmаndа хristiаn kilsələrində və dünyа ictimаiyyətinin mаrаğını dоğurаn təşkilаtlаrdа öz аgеnt və аdаmlаrını аrtırıb. Ziyаlılаr, rəhbər işçilər аrаsındа, böyük siyаsət və biznеs аləmində güclü iş аpаrıb. Öz məkrli fəаliyyətini pərdələmək üçün mаsоnlаr bir sırа хеyriyyə təşkilаtlаrı yаrаdıblаr. Bеlə хеyriyyə təşkilаtlаrının fəаliyyəti imkаn vеrir ki, kаtоlik və bаşqа dinlərə inаnаnlаr оnlаrın sırаlаrınа dахil оlsunlаr. Mаsоnluq çаlışır ki kilsə ilə üzdə əməkdаşlıq еtsin. Əslində kilsənin dахilinə öz аdаmlаrını sаlmаq və dахildən kilsəni zəiflətmək istəyir.

                                                             (Ardı var)

Комментариев нет:

Отправить комментарий