Asiman Eyniyev. Detektiv roman
Bu kəskinsüjetli detektiv əsər müəllifin yaradıcı təxəyyülünün məhsulu sayılır. Romanda təsvir edilən hadisələr, ədəbi surətlərin adları, məkan, eləcə də başqa cəhətlər həyatda və reallıqdakılarla üst-üstə düşməsi istisna olunmur. Belə hallarda yazıçı milli qanunvericilik, ayrı-ayrı fərd, eləcə də rəsmi qurumların qarşısında heç bir məsuliyyət daşımadığını bəri başdan bəyan edir...
PROLOQ
...O, seçildiyi qaranlıq cəmiyyətə itaət edirdi. Şöhrətə yüksəlməkdən ötrü bunun qarşılığında veriləcək bütün əmrləri həyata keçirməyə razılıq andını içdi. Bu sirr onun üçün ən uca zirvə sayılırdı. Bu adam hansı yolda addımladığını heç özü də yaxşı anlamırdı. Bu qaranlıq cəmiyyətdə hər kəs eyni yoldan başlanğıc götürürdü. Burada “birinci” dərəcədən başlayan üzvlər ən yüksək dərəcə olan “otuz üçüncü” dərəcəyə yüksəlmək üçün özlərini göstərməli idi. Qaranlıq cəmiyyətin gizli qardaşları – dərəcədən-dərəcəyə keçən üzvlərini böyük sınaqlardan çıxarırdılar. Gizli sirrlərə xəyanət edənlər qardaşlar tərəfindən layiqli cəzalandırılırdı.
Bu cavan və kifayət qədər tanınmış şəxs hələ birinci dərəcənin imtahanından keçəndə vahiməyə düşdü. O, haqqında bir çox məlumat topladığı, bu gizli cəmiyyətin yeni üzvü seçilsə də, tutduğu yolun dəhşətini sonra başa düşdü. Lakin indi deyəsən vaxt çatdığını anladı. Ölkəsində həyata keçirilməsi nəzərdə tutulan planları “həzm” edə bilmədi, seçdiyi yoldan uzaqlaşmağı düşündü, vətənini şan-şöhrətdən, var-dövlətdən, vəzifə-hörmətdən üstün tutdu. O, məxfi qardaşlıq cəmiyyətinin bildiyi bir çox sirrinin harada gizləndiyini özünə doğma saydığı şəxsə danışdı. “Gizli qardaşlar” haqqında olan qapalı məlumatların yerini ən yaxın adamına söylədi. Ölkədə törədilən bir ciddi terror hadisəsindən sonra aylarca içini deşən sirri açıqlamağı özünə borc bildi.
...Amma o, yaman yanılırdı. Onun düşündüyü hadisəni törədənlər heç də fikirləşdiyi insanlar deyildi...
1
Gecə saat 23.55
Aydın iyun səması qaranlıq zirzəmidən sürü halında çıxan yarasaları ayıltdı. Zirzəmidən gələn boğuq hənirti gecə səssizliyində itib-batmışdı...
Əlləri arxadan bağlı vəziyyətdə oturdulan Rza eyni sözləri təkrar etdi:
– Mən sirri heç kimə açmamışam...
Ona ruh kimi yaxınlaşan axsaq, üzü maskalı, qaralibaslı adam:
– Sən bilirsən ki, sirri paylaşanın cəzası əvvəl-axır veriləcək?
– Bilirəm. Əgər mən kiminləsə sirri paylaşmışamsa, onda cəzamı çəkməyə hazıram...
Rza artıq ömrünün sonuna saniyələr qaldığını hiss edirdi. Amma nəyəsə ümid edirdi, onun əlində olan gizli məlumatların yerini yalnız bir nəfər bilirdi. Rza başını dik tutub son sözlərini ucadan söylədi:
– İnsanların ruhları ölümdən sonra yaşayır. Ölümdən sonra həyat var. O dünyada – ölüm sonrasında Tanrı yaxşı əməllərimizi qiymətləndirəcək, pis əməllərimizin isə mütləq cəzasını verəcəkdir.
Axsaq Rzanın son sözlərini dinləyəndən sonra yaxınlaşıb onu stuldan yerə yıxdı. Bağırtı yavaş-yavaş zəifləyirdi. Bir neçə saniyədən sonra səs tamam kəsildi...
2
Səhər saat 10.00
Günəş çoxdan göy üzünü bəzəyirdi. Yuxudan ayılan anda əlini fasiləsiz zəng çalan saatın düyməsinə tərəf apardı. Gecədən yatağına qoyduğu, ingilisdilli “BBC Fokus” adlı xarici dərginin yeni sayında, az qala serial formasında uzanan “Təkamül nəzəriyyəsi ilə bağlı araşdırmalar davam edir...” məqaləsinin başlığına yenidən nəzər salanda, bir daha hirsləndi:
“Bu adamlar, həqiqətən də normal deyillər,” – fikirləşib dərgini bir tərəfə tulladı.
“Yaradan var, Allah birdir və təkdir,” – özü-özüylə danışa-danışa yataqdan qalxdı, ayaqyoluna tərəf addımladı.
Vücudu bodibildinq idmançılarının bədəninə bənzəsə də, hər dəfə cudo idman növündə aldığı müxtəlif mükafatlara baxanda dərindən nəfəs alır, fərəh hissi duyurdu. İpək qara saçlarını arxaya daramağı adət halına gətirmişdi. Belə saç forması onu İtaliyadakı Sicilya mafia qruplarının üzvlərinə bənzədirdi.
Boyu 180 sm çatırdı, bu isə onun çəkisi ilə 2 kilo fərq edirdi. 80 kilo çəki ilə bəzən özünü narahat hiss edirdi. Həftənin iki günü dənizkənarı Milli Parkda uzun məsafəyə qaçır, fəal idmanla məşğul olmağa çalışırdı. Evdəki idman otağını isə bir ilə yaxın vaxt ərzində hazır etdirmişdi. Hətta bir çox idman mərkəzlərində rast gəlinməyən avadanlıq və alətləri bura yığmışdı. Boks əlcəklərini isə həmin otaqda divara bərkidilmiş güzgünün üzərindən asmışdı. Maykasını çıxarıb “Adidas” markalı şortun ipini sıxan Skot, yuxudan tam ayılmaq üçün əl-üzünü yudu, sonra isə başını soyuq suyun altına saldı.
– Heç iştaham yoxdur.
O, kreslonun üstündə maili vəziyyətdə qalan notbukunu açdı. İnternetə daxil olanda Londondan elektron məktub gəldiyini gördü.
– Oho, köhnə dostlar bizi unutmayıb...
Məktub Londonda yaşayan dostu Mark Pol tərəfindən göndərilmişdi. Təqaüdə çıxan Mark, Londonda tarix müəllimi işləməklə bərabər, tarixi araşdırmalar dərnəyinin rəhbəri vəzifəsində çalışırdı.
Elektron məktuba tələsik cavab yazdı: “Çox sağ olun. Bizləri yaddan çıxartmadığınıza görə sizə təşəkkürümü bildirirəm. Bir də, “BBC Fokus” jurnalınızın serial formasında uzanan “Darvin araşdırmalarına...” artıq son qoyun...” Cümlənin sonunda gülüş mimikası işarəsini qoyub məktubu göndərdi...
Telefon səsi eşidildi.
– Buyurun, – Skot “Siemens” markasından olan telefonun kabelsiz dəstəyini götürüb üzü üstə divana uzandı. Hələ də yuxudan tam ayılmadığını hiss etdi. Xəttin o başından gələn səs vahiməli idi.
– Salam, sizinlə görüşmək istəyirəm. Danışan Beynəlxalq Turizm Agentliyinin rəhbəri Abbas Abdullayevdir.
Skot yuxu görürmüş kimi, onunla ilk ünsiyyət qurduğu vaxtı yadına saldı.
MTN tərəfindən saxlanılan 20 kq heroinin sahibi Abbas Abdullayevin özəl kauçuk şirkətinin işçisi çıxmışdı. Dindirilən Abbas Abdullayev bu hadisədən xəbəri olmadığını deyib vəkilinin köməyi nəticəsində cinayətdən yaxa qurtara bilmişdi. Həmin vaxt Abbas Abdullayev şəhərin meri vəzifəsində çalışırdı.
– Sizə necə kömək edə bilərəm? – Skot birtəhər yorğun səslə soruşdu. O, sanki söhbətin əvvəlindən ortada böyük problem olduğunu hiss etdi.
– Oğlumu oğurlayıblar...
– Mən nə edə bilərəm?
– Ancaq siz mənə kömək edə bilərsiz. Buna əminəm. – Həyəcandan səsi titrəyən Abbas Abdullayev az qala ağlayacaqdı.
– Səhhətimlə bağlı bir ilə yaxındır təqaüdə çıxmışam. Əgər sizə fəaliyyətdə olan xəfiyyə kimi məni təqdim ediblərsə, yanılıblar.
– Xahiş edirəm sizdən, mənə kömək edin. – Abbas Abdullayev dili dolaşa-dolaşa yalvarmağa başladı.
– Siz məni başa düşürsünüz? – Skot əsəbiləşdi. – Mənim icazəm yoxdur. Mən işə dəvət almamış MTN-nin işini apara bilmərəm. Yoxsa siz elə bilirsiniz ki, mən oranın əməkdaşıyam, hə?!
– Xahiş edirəm! – Abbas Abdullayev udqunub əlavə etdi: – Güvəndiyim yeganə insan sizsiniz.
– Siz məndən nə istəyirsiniz? Xahiş edirəm, gedin polis bölməsində dərdinizi danışın. – Skot dəstəyi asmaq istədi.
Abbas Abdullayev isə təkidlə təkrar etdi:
– Oğlumu oğurlayıblar. Siz məni başa düşürsüz? Mətbuatın xəbəri olmasını istəmirəm, – dedi və doğrudan da ağlamağa başladı.
– Oğlunuzu oğurlayıblar?!
Skot sanki yuxudan tam ayıldı. Ayağa qalxıb sol əli ilə qara, ipək saçlarını arxaya verib çaşqın halda başını silkələdi.
– Bəs bayaqdan siz məni dinləmirdiz? – Abbas Abdullayev incik səslə soruşdu.
– Çox yorğunam, bağışlayın. Diqqətlə sizə qulaq asa bilmədim.
– Ünvanınızı desəydiz gəlib görüşərdik, – Abbas Abdullayev sanki özünü rahat hiss etməyə başladı.
– Siz ünvanınızı deyin mən ora gələrəm. – Skot əminliklə cavab verdi.
– Yaxşı, onda Beynəlxalq Turizm Agentliyi yerləşən ofisə gəlin. Mən işdə olacağam...
Xəttin o başında telefon dəstəyi asıldı.
3
Beynəlxalq Turizm Agentliyi yerləşən bina.
Günəş şüaları binanı düz bucaq altında kəsirdi. Ağ rəngli “Volksvagen Passat” markalı minik maşını dayandı. Skot maşından düşüb binaya yaxınlaşdı. Binanın ətrafı mühafizəçilərlə əhatələnmişdi. Mühafizəçilərə yaxınlaşıb giriş əmri olduğunu bildirən Skot silahsız olduğu üçün özünü rahat hiss edirdi. Mühafizəçilər onu metal detektor aparatından keçirəndən sonra yuxarı məlumat ötürüb adını bildirdilər.
– Buyurun, keçə bilərsiz. – Yol göstərən mühafizəçi sifət cizgilərini sərtləşdirdi.
Skot liftlə binanın üçüncü, sonuncu yuxarı mərtəbəsinə qalxdı. Bayırdan olduqca gözəl görünən binanın daxili görkəmi, zahiri yaraşığını tamamilə unutdururdu. Lüks dizayn, ən yeni siqnalizasiya sistemi, bir neçə tarixi şəxsiyyətin obrazı əsasında yaradılan əsl memarlıq işləri, yüksək zövqlə divarda işlənmiş ölkənin tarixi abidələrinin surətləri və başqa əl işlərinə rast gəlmək mümkün idi. Xaricdən gətirlən müxtəlif güllər zövqlə dekorativ dibçəklərə əkilmiş, binanın bütün mərətəbələrinin foyelərinə düzülmüşdü. Skot ilk dəfə idi bu yaraşıqlı binaya ayaq basırdı. Yüksək dizaynla yaradılmış, bənzərsiz quruluşa malik binanın daxilinə maraqla nəzər yetirə-yetirə, nömrəsiz qapıya yaxınlaşdı. Qapının yuxarı hissəsində işıldayan qızılı hərflərlə rəhbərin kimliyi yazılmışdı: “A.A.Abdullayev”.
Skot yazıya diqqətlə baxıb düşündü: “Bu adamın adındakı hərflər də dövlət maşınlarındakı seriya nömrəsinə bənzəyir...”
Sonra qapını döyüb yavaşca açdı. Abbas Abdullayev tələsik ayağa qalxdı:
– Bağışlayın, mənim xəbərim olmadan sizi aşağıda yoxlayıblar.
Abbas Abdullayevin daz başı, uzun burnu, iri qulaqları bir-biri ilə sanki vəhdət təşkil edirdi. Çəksinin çox olması onsuz da bir o qədər də hündür olmayan boyunu lap balaca göstərirdi.
– Burada nə var ki, onların işi odur! – deyən Skot özünü çox rahat hiss edirdi.
– Buyurun, əyləşin, nə sifariş vermək istəyirsiz? Çay yoxsa...
– Heç nə lazım deyil.
Abbas Abdullayev özünü problemsiz, nazir görən idarə rəhbəri kimi aparırdı.
– Yəqin ki, bunu bilirsiniz, mən bir ilə yaxındır səhhətimlə bağlı təqaüdə çıxmışam. Yəni bildirmək istəyirəm ki, mən bu yolda sizə öz köməkliyimi göstərməyə çalışacağam. Təkrar qeyd edirəm ki, mənim o səlahiyyətim yoxdur ki, DİN və ya MTN-nin işlərinə müdaxilə edəm. Qısası, müəyyən vaxta qədər bacardığım köməyi sizdən əsirgəməyəcəyəm. İndi isə buyurun, mümkünsə, mənə oğlunuz barədə geniş danışın.
Abbas Abdullayev oturub bir anlığa fikrə getdi. Simasını dərin kədər bürüdü. Bir qədər sonra dərindən nəfəs alıb danışmağa başladı:
– Yəqin ki, məlumatınız var. Oğlum şəhərimizin meri idi. Yaxınlarda ailə quracaqdı. Allahını tanıyan adam idi. Yalnız Tanrıya inanırdı. Dünəndən bəri, ondan bir xəbər ala bilmirik. Telefonu cavab vermir.
Skot bir qədər duruxdu. Abbas Abdullayev diqqətlə süzüb:
– Oğlunuz yalnız Tanrıya inanırdı? – Skot təəccüblə xəbər aldı.
– Yalnız Tanrıya inanırdı! – Abbas Abdullayev təkrar etdi.
– Oğlunuz deist idi? – Skot sualedici nəzərlə onu süzdü.
Abbas Abdullayev bir qədər dayanıb dərindən nəfəs aldı.
– Bəli, o, inam baxımından deist idi. Mən belə şeyləri qəbul etmirəm, bir dəfə mənə deizm barədə yaxın bir dostum geniş izahat vermişdi. Deistlərin nə kimi xüsusiyyətləri olduğunu mənə başa salmışdı. Özüm onun əleyhinəyəm. Rzaya İslam dininin gözəlliklərini həmişə başa salmağa çalışmışam, amma çox təəssüflər olsun ki, o, özünün seçdiyi inamla yaşayır, həyatda irəliləyirdi. – Abbas Abdullayev səmimi etiraf etdi.
Skot dünya tarixində adları beyinlərə həkk olunan deistləri xatırladı. Atatürk, Bonapart Napaleon, George Vaşinqton kimi tanınmış tarixi şəxslər deist olaraq əksər inancları – İslamı, Xaçpərəstliyi, Buddizimi və başqa böyük dinləri rədd edir, yalnız Yaradana, yəni Tanrıya inanır, onun var olduğunu qəbul edirdilər.
– Dediniz ki, onun telefonu cavab vermir, nömrəsini verin zəhmət olmasa. – Skot təmkinlə həmsöhbətinə müraciət etdi.
Abbas Abdullayev dərhal oğlunun mobil nömrəsini qonağa söylədi. Skot mobil telefonunda lazım olan nömrəni yığmağa başladı. Xəttdəki “Buyurun” deyən MTN-nin əməkdaşı Lara gələn zəngin kimə aid olduğunu yaxşı bilirdi. Skot ondan nömrənin nə vaxtdan bağlı olduğunu öyrənmək üçün xahiş edib öz telefonunu söndürdü.
– Dediniz oğlunuz nişanlı idi? – Skot soruşdu.
– Bəli, bəli. Əslən İrandan olan yeni qohumlarımız bizim şəhərdə çoxdan yaşayır. Qızın özü də oğlumun işçisidir. Onlar bir yerdə işləyirlər.
– Aydındır. Kimlərlə tez–tez görüşürdü, bunu bilməmiş olmazsız.
– Açığını desəm, Türkiyədən bir yaxın dostu var idi. Adı Vedat İlker. Vedat, gənc olmasına baxmayaraq, yüksək intellektə malik, səviyyəli, dünyanı gəzib dolanmış bir şəxs idi. Tez-tez Rza ilə görüşürdülər.
– Axrıncı dəfə kiminlə görüşəcəyi barədə təsadüfən sizə bir söz deməmişdir? – Skot xəbər aldı.
– Xeyr.
– Həmin türkə zəng edin, – deyən Skot telefonu göstərdi.
– Çox təəssüflər olsun ki, onunla əlaqə qura bilmirik. – Abbas Abdullayev peşmanlıq hissi keçirtdi.
– Neçə gündür?
– Rza bizimlə əlaqəni kəsən gündən Vedat bəylə əlaqə yarada bilmirik.
– Siz polis orqanları ilə nəyə görə əlaqə saxlamamısız?
– Polis əməkdaşları hadisədən xəbər tutan kimi, jurnalistlər məni evdən çölə çıxmağa qoymayacaqlar. Bir sözlə, məni tez-tez sorğu-suala tutacaqlar. Bu da nə mənim, nə də əhatəmin xoşuna gələcək. Media nümayəndələri də bundan maksimum dərəcədə yararlanıb məni sorğu-sual edəcəklər. Bilirəm bir qrupu uzun müddət şirkətimin qapısından kənara çəkilməyəcək.
– Oğlunuzun iş yerinə gəlməməsindən şübhələnən işçiləri məlumatı onsuz da ictimaiyyətə yayacaqlar, bəs onda necə olacaq?
– Oğlum bir neçə gündür növbəti məzuniyyətdədir. O baxımdan problem yoxdur.
– Oğlunuzla türkiyəli vətəndaş nə vaxtdan tanışdırlar?
– Univerisitetdə bir yerdə, bir kurs fərqlə oxuyublar.
– Oğlunuzun neçə yaşı var?
– Otuz beş.
– Nə vaxtdan mer vəzifəsində çalışır?
– İki ildir.
– Yanılmıramsa, siz də əvvəllər mer vəzifəsində işləmisiz. – Skot qarşıdakını diqqətlə süzdü.
– Bəli, işləmişəm. Ancaq müəyyən səbəblərə görə işdən azad olundum. Bir sözlə, uzun müddət işləmədim.
Skot onun fikrini tam anlamışdı. Onu işdən, daha doğrusu oturduğu kreslodan güclə ayırmışdılar. O özünü yandıracağını mediaya bəyan etmişdi. Skotun gözündə Abbas Abdullayev əclaf adam sayılırdı.
Telefona zəng gəldi. Lara incə səslə məlumat verdi:
– Sonuncu dəfə soruşduğunuz nömrənin qeydə alındığı telefonun siqnalı, şəhərin mərkəzi küçələrindən birində, banka yaxın, hazırda bağlı olan kilsənin yanında kəsildiyi bildirilir.
– Çox sağ ol, Lara! Rəhbərliyə təşəkkürlərimi bildir.
– Sizin bütün sorğularınıza dərhal baxılıb cavab verilməsi ilə əlaqədar rəhbərlik şəxsən özü əmr edib, – söyləyən Lara həlim səslə danışırdı.
– Minnətdaram! – Skot telefonu söndürdü.
– Sonuncu dəfə Beynəlxalq Bankın qarşısında olan kilsənin yanında telefonunun siqnalı kəsilib. Kilsə fəaliyyətdə deyil. Bankla əlaqələriniz var? – Skot ərklə Abbas Abdullayevdən soruşdu.
– Bəli, rəhbərliklə əlqələrim güclüdür. İstəyirsizsə ora adamlarımı göndərə bilərəm.
–Yox, biz əvvəl onun iş yeriylə yaxından tanış olmalıyıq...
Skot ayağa qalxıb qapıya tərəf irəlilədi. Abbas Abdullayev siqaretini yandırmaq üçün alışqanın şaqqıldatdı, sonra tələsik onun arxasınca yüyürdü.
(Ardı var)

Ardin nece oxuya bilerem
ОтветитьУдалить??