Страницы

21.06.2012

Nahidə Qarayevanın toyudur


Bu gün Azərbaycanın Qəhrəman qızı, döyüşçü Bacımız, bütün Qarabağ müharibəsinin od alovunu çıynındə SVD snayper tüfəngi ilə keçmiş, 3 dəfə ağır yaralanmış, Sərçə ləqəbli SNAYPER Nahidə Qarayevanın toyudur. Allahdan ona xoşbəxtlik, səadət, xoş günlər arzulayıram. Təəsüflər olsun ki, bu günə kimi onun veteran haqqlarını MN tanımır, bütün arayışları və sənədləri olmasına baxmayaraq haqqı tapdalanır. Allah xoşbəxt eləsin, Allahın yanında haqqı ki, tanınır... KİV nümayəndələri şou biznesin hər addımını işıqlandırmadansa bu gün Qəhrəman xanımın, onlarla erməni daşnakını cəhənnəmə vasil edən Həzərimizin, Nigarımızın toy mərasimini yayımlasaydınız daha yaxşı olardı. Arzulayan KİV nümayəndələri mənimlə əlaqə saxlaya bilər.


Lachin Memishov

Комментариев нет:

Отправить комментарий