Страницы

23.06.2012

Rotşildlər və Rokfellerlər dünyanı daha çox borca salmaq üçün birləşdi

haberHər iki ailə Qlobal Mason İmperializminin əsas söz sahibləridirlər və dünya kapitalının böyük qismini özündə birləşdirən 200 nəhəng şirkət onlarındır


Dünya maliyyə mafiasının iki əsas aparıcı ailəsi - Rotşildlər və Rokfellerlər rəsmi surətdə kapitallarının bir hissəsini birləşdirib.
"The Wall Street Journal"-ın verdiyi xəbərə görə, bu hadisə beynəlxalq mason maliyyə qurultayı olan Bilderbergdə baş tutub.
Bu iki ailə uzunmüddətli kreditlərin verilməsi yolu ilə dünya ölkələrini özlərindən daha asılı hala salmaq barədə işlərdə daha müştərək addımlar atmaq qərarına gəliblər.

Artıq sirr deyil ki, məhz onlar dünyanın böyük bir hissəsini gizli şəkildə idarə edirlər, konflikt və müharibələr təşkil edirlər, regionlarda münaqişə ocağı yaradır, daha sonra isə ora müdaxilə edirlər. Bu dəfəki yığıncaqda onlar hətta açıq şəkildə bildiriblər ki, 2008-ci ildə böhranın yaranması onların “əl işi”dir və artıq bunun bəhrələrini istədikləri kimi görürlər.
Hər iki ailənin adından çıxış edən nümayəndələr bu barədə sadəcə bir cümlə işlədiblər: "Məqsəd dünyanı birgə idarə etməkdir!"
Beləliklə yüzillərdir tanınan iki ailə artıq Mayer Rotşildin "borc pul vermək və onu idarə etmək" ideyasını reallaşdırmaq üçün rəsmi olaraq birləşiblər. Təbii ki, Yalnız ABŞ-da deyil Rotşildlərin əli olan hər yerdə.
Yeni yaradılan alyansın rəhbəri kimi Rotşildlər əsas işi icra edəcəklər.


Rotşildlər haqqında qısa arayış:
Sülalənin banisi 1744-cü ildə Almaniyada yəhudi ailəsində anadan olan Amschel Mayer Rothschilddir. O, öz bankını yaradıb. Oğullarını isə London, Paris, Bern və Neapola bankın filiallarını yaratmağa göndərib. Bununla da Rotşildlər Avropanın ən böyük kreditoruna çevrilib. Daha sonra ailənin “iştahı okeanı aşıb”. Bununla da Amschel Mayer heç bir hökümətdən asılı olmayan qlobal maliyyə sistemi yaradıb.
19-cu əsrdə Rotşildlər planetin ən zəngin ailəsi hesab edilirdi. 19-cu əsrin sonunda ailə “nigah diplomatiyası”ndan da istifadə etməyə başladı. Bununla onlar böyük bankirlərlə qohum olur və onların imkanlarından da istifadə edirdilər. Faktik olaraq onları ailədən asılı vəziyyətə salırdılar. Bununla da beynəlxalq maliyyə sistemində mövqelərini daha da gücləndirdilər. Ən maraqlısı isə odur ki, ailə gizliliyi aşkarda daha çox pul qazanmaqdan daha üstün tutur. Buna görə də onların varlığı çox hiss olunmur.
Bəzi analitiklər isə elə düşünürlər ki, muasir dövrdə Rotşildlərin “hökmranlığı” sona çatıb. Onların belə düşünməsi təbiidir. Çünki ailə 100 ildən çoxdur ki, öz “qlobal idarəetmə set”-lərini gizlətməyə çalışır. Hətta bəzi Rotşildlər öz soy adlarını daşımır. Bu insanlar hər hansı bir qurumun başına keçəndə gen olaraq ailəyə mənsub olsalar da, qurum rəsmi olaraq “başqasına” aid olur. Buna görə də ailənin idarə etdiyi maliyyə sferasının həcmini təsbit etmək çox çətindir. Onlar “minlərlə fərqli soyadın arxasında gizlidirlər”. İdarə etdikləri sektor isə sadəcə bank və maliyyə qurumları deyil. Bu siyahıya farmakologiya, biotexnologiya, kütləvi informasiya vasitələri və yüzlərlə digər sahlər aid edilə bilər.


Rokfellerlər haqqında qısa arayış:
Rokfeller ailəsinin yüksəlişi isə nisbətən yaxın keçmişə dayanır. Hazırki ailənin qurucusu Con Rokfeller 1839-cu ildə ABŞ-da anadan olub. İlk olaraq fırıldaqçı bankir, sonra isə maqnat olub. ABŞ-ın bütün neft hasilatı sənayesini əlində cəmləşdirib. Dünyanın ilk rəsmi dollar milyarderi olub. Dünyada yaşayan ən varlı adam hesab olunur. “Forbes” jurnalı onun sərvətini 2007-ci ildə cari məzənnə ilə 318 milyard dollara bərabər olduğunu açıqlamışdı. 21-ci əsrin ən varlıları Slim, Geyts və digərləri onun yanında “kasıb” qalırlar. Patriarx 97 il yaşayıb və davamçısı Devid Rokfellerin də artıq 97 yaşı tamam oldu. Bundan başqa Rokfellerlərin güclü “siyasi kapital”-ları da var. Nelson Rokfeller ABŞ-ın Nicsondan əvvəlki vitse-prezidenti olub. Devid isə ABŞ elitalarının toplandığı “Bilderberq” klubunun sahibidir.


Hər iki ailə Qlobal Mason İmperializminin əsas söz sahiblərindəndirlər və dünya kapitalının böyük qismini özündə birləşdirən 200 nəhəng çoxmillətli şirkətlərin əksəriyyəti onlara məxsusdur.

Комментариев нет:

Отправить комментарий