Страницы

22.06.2012

Şah İsmayılın taxta çıxarılması

Təsvir olunan hadisələr baş verdiyi zaman şahzadə İsmayıl Qəhqəhə qalasında, I Təhmasibin göndərdiyi yeddi qorçinin mühafizəsi altında idi. Atasının vəfat etməsi və şahzadə Heydərin öldürülməsi xəbərləri ona çatanda qala rəisi Xəlifə Ənsar Qaradağlı ova çıxmışdı. İsmayıl, Xəlifə Ənsara inanmır, onu Heydərin tərəfdarı hesab edirdi. Bundan əlavə, o, Qəzvindən gələn xəbərlərə də şübhə ilə yanaşır, bunları özünə qarşı məharətlə düşünülmüş tələ 149 sayırdı. O, hər ehtimala qarşı öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər gördü. Qalada keşik çəkən Xəlifə Ənsarın adamları qorçilərin köməyilə aldanılaraq ələ keçirildilər və zərərsizləşdirildilər. Onlar qalanın çıxış və giriş yollarında baş verə biləcək hücum ehtimalına qarşı maneələr qurdular. Xəlifə Ənsar İsmayılın tərəfdarlarının paytaxtda qalib gəlməsi xəbərini alıb qalaya qayıtdı. Dəfələrlə itaət etdiyini bildirməsinə baxmayaraq, İsmayıl onu qalaya buraxmadı. Yalnız 3 gündən sonra, Azərbaycanın cənub hissəsindən xalq kütlələri və paytaxt əyanlarının nümayəndələri qala ətəklərinə axışıb gələndə qala qapıları taybatay açıldı. Elə buradaca, qalanın qarşısında ustaclı tayfasından Heydərin tərəfdarlarından olan bir dəstə adam İsmayılın əmri ilə edam edildi.
Sağ qalanlar Ərdəbilə - Səfəvilərin məqbərəsinə qaçmaqla canlarını qurtardılar. İsmayıl qaladan çıxdı və onu paytaxta müşayiət etmək üçün xüsusi olaraq Qəzvindən qızılbaş əyanlarının göndərdiyi Heydər Sultan Çabuk Türkmanın alaçığında dayandı. Bura hər gün ardı-arası kəsilmədən öz sədaqətlərini bildirmək üçün xalq kütlələri gəlir və onun "kandarından öpmək şərəfinə nail olurdular". Bir neçə gündən sonra İsmayıl öz əcdadlarının müqədəs məzarlarını ənənəvi qaydada ziyarət etmək üçün Ərdəbilə yola düşdü. Zəncan çəmənlərində İsmayılı şahzadə Pərixan xanımın göndərdiyi şahzadə İbrahim və vəzir Mirzə Salman, mərhum şahın dövlətxana (saray), hərəmxana, divanxana və büyutat (saray emalatxanaları) məımurları qarşıladılar. Mərasimə İsmayılın mehribancasına qəbul etdiyi şahzadə İbrahim başçılıq edirdi. İsmayıl onu səmimiyyətlə qucaqlayaraq "qardaşım" adlandırdı. Pirə Məhəmməd xan Ustaclı, şahzadə İmamqulu ilə birlikdə Gilandan bura gəlmişdilər. Pirə Məhəmməd xan, ustaclı əyanları arasında həmtayfalarının İsmayıla tərəfdar olmaqla ittiham etdikləri yeganə adm idi. İsmayıl riyakarcasına şahzadə İmamqulunu da 150 bağrına basıb onu "oğlum" adlandırdı. Bu qardaşlıq və atalıq "məhəbbətinin" bəhrələrini biz aşağıda görəcəyik. İyunun 13 (rəbi əs-saninin 16-sı)-də İsmayıl Qəzvinin ətrafına çatdı və burada dayandı. Onu qarşılamağa şahzadələr, Hüseynqulu Xəlifə Rumlu və "böyük əmirlər" gəlmişdilər. Qaçmaq istərkən tutulmuş Heydər tərəfdarlarının başçısı Hüseyn bəy də bura gətirilmişdi. Lakin İsmayıl gözləndiyinin əksinə olaraq onu edam etdirmədi, yalnız zindana salınmasını əmr etdi. Ertəsi gün şah özünün mərasim dəstəsi ilə Səədabad bağında dayandı. Sonra o, bir neçə gün Hüseynqulu Rumlunun evində qaldı. Şahzadə Mustafanı onun yanına gətirdilər. İsmayıl onu dəfələrlə, "hərarətlə" öpdü və onu soyuq qarşılamış qardaşlarının arasında əyləşdirdi. O, aşağıdakı sözlərlə onlara müraciət etdi: "Allah görür, əgər siz mənə məhəbbət və doğruluqla yanaşsanız, mən sizə dünyada heç bir padşahın öz qardaşların yanaşdığı kimi münasibət bəsləməyəcəyəm". Lakin İskəndər bəy Münşinin obrazlı ifadəsi ilə desək, "onun ürəyinin, dilinin dediklərindən xəbəri yox idi". Qızılbaş tayfalarının əyanları zahiri itaət də etməmişdilər. Onların nümayəndələri əvvəlki kimi, təmtəraqla mərhum şahın sarayından nəinki geri qalmayan, hətta üstün olan şahzadə xanımın sarayına toplaşırdılar. Öz təbiəti etibarilə hakimiyyətpərəst olan Pərixan xanımümid edirdi ki, taxt-tac uğrunda döyüşdə misilsiz köməyinə görə İsmayıl dövlət işlərində onun rolunu məhdudlaşdırmayacaq və ona öz köməyini əsirgəməyəcəkdir. Lakin onun ümidləri doğrulmadı. İskəndər bəy Münşi göstərir ki, qızılbaş əmirləri və əyanları şahzadə xanımın sarayına gəlməklə, öz bacısının dövlət işlərinə müdaxiləsinin qarşısını almaq qərarına gəlmiş İsmayılın nüfuzunu aşağı saldıqlarını dərk etməyə başladılar. Hətta bəzi nüfuzlu əmirlər qadının dövlət işlərinə qarışmasını qeyri-təbii sayaraq bunu pisləyirdilər. Hüseynqulu bəy Xəlifəyə də İsmayılın münasibəti 151 dəyişmişdi. Zahirən buna onun təkəbbürlü davranışı səbəb olmuşdur. Həqiqətdə isə İsmayıla xəbər vermişdilər ki, şahın ölümündən sonra Qəhqəhə qalasından heç bir xəbəri olmadığı ilk günlərdə Hüseynqulu taxta çıxmaq üçün şahzadə Mahmudun namizədliyini irəli sürmüşdü. Pərixan xanım da vaxtilə bu namizədliyi müdafiə etmişdi. Bütün bunlrdan xəbər tutan İsmayıl belə qərara gəlmişdi ki, Hüseynqulu xanı öz yolundan mütləq kənar etməlidir. Lakin bunu etmək asan deyildi. Çünki Hüseynqulu o zaman yalnız paytaxtda sayı 10 min nəfərə çatan rumlu tayfasının başçısı idi. Xəlifət əl-xulafa tutan Hüseyn bəy, rumlu sufiləri üçün Mürşidi Kamilin, yəni Səfəvilər təriqətinin başçısı kimi şahın müavini idi. Buna görə də İsmayıl öz başçılarına sözsüz sadiq olan sufilərin qiyamından ehtiyat edir, ciddi səbəb olmadan onu vəzifəsindən kənar edə bilmirdi. İsmayıl xeyli düşündükdən sonra çıxış yolu tapdı. O, Hüseynqulunu çağırdı və xəlifət əl-xulafa vəzifəsindən istefa verməklə dövlət vəkili (vəkalət-i ala) vəzifəsini qəbul etməyi ona təklif etdi. Lakin Hüseynqulu yaxşı başa düşürdü ki, əgər o, şahın təklifini qəbul edərsə, xəlifə kimi öz gücünü və müstəqilliyini itirəcəkdir. Həm də şah, özü üçün əlverişli olan zaman onu divan vəkili vəzifəsindən də kənar edə bilər. Hüseynqulu fikirləşərək imtina etməyi qərara aldı. Belə olduqda, İsmayıl rumlu əmirlərini yanına çağırdı və onlara belə bir sualla müraciət etdi: "Öz mürşidinin məsləhətini qulaqardına vurmuş sufi ilə nə etmək olar?" Onlar gözlənildiyi kimi cavab verib dedilər: "Həmin sufi cəzaya layiqdir". Hüseynquluya bu söhbəti çatdırdılar. Ertəsi gün şahın yanına gələndə onu içəri buraxmadılar. O, günahkarcasına şahın qaldığı özünəməxsus evin qapısı ağzında oturmağa məcbur oldu. Üçüncü gün Hüseynqulu şahın fərmanı ilə Məşhəddə qorçilərin rəisi təyin edildi. O, həmtayfalarını tərk etdiyi bir halda, tək-tənha Xorasana yola düşdü. Hüseynqulu Damğanda şahın əmrilə öz həmtayfalarından biri tərəfindən dayandırıldı və gözləri çıxarıldı. 152 Bundan sonra İsmayıl Hüseynqulunun evindən Pərixan xanımın sarayının yanında yerləşən əmir Şahqulu Sultan Yegan Ustaclının evinə gəldi. Şah öz bacısını çox sərt qəbul etdi. Nəhayət, İsmayıl onun, özünün təyin etdiyi vaxtda43 şah sarayının kandarını adlayıb keçdi. Əvvəlcə o sarayı yenidən qurmağa başladı. O, taxtaçıxma saatını horoskopla özü təyin etmiş və bu, bütün ölkədə elan edilmişdi. İsmayılın taxt çıxmasına hazırlıq paytaxtda sürətlə gedirdi. Qızılbaş tayfaları hər tərəfdən paytaxta axışıb gəlirdilər. Qəzvinin küçələrində dəhşətli izdihamlar yaranmışdı. Qonşu dövlətlərin səfirləri, əmirlər, sərhəd bölgələrinin hakimləri və dəstə-dəstə əhali hədiyyələrlə şahın iqamətgahına gəlirdilər44. İskəndər bəy Münşi yazırdı: "Özünün (taxta) çıxması saatı onun tərəfindən təyin edildiyi üçün, bütün dövlət işləri taxta çıxan günə qədər təxirə salınmışdı". Əhali bu hadisəni gözləyir, günləri sayırdı. II İsmayıl adı ilə tanınan şahzadə İsmayılın taxta çıxması mərasimi hicri 984-cü il cumada əl-əvvəlin 27-də (1576-cı il avqustun 22-də) keçirildi45. Sarayın Çehelsütun salonunda bu münasibətlə təntənəli qəbul düzəldilmişdi. Burada bütün əmirlər, şahzadələr və dövlət əyanları iştirak edirdilər. İsmayıl zinətlərlə bəzənmiş şah libasında, təntənəli şəraitdə salona daxil oldu və atasının taxtında əyləşdi. Sonra ənənəvi "taxt-taca sədaqət" and mərasimi başlandı.Yeni şahın əyləşdiyi taxta əvvəlcə şahzadələr, onların ardınca seyidlər, üləmalar, müctəhidlər, gürcü knyazları – İsa xan Ləvənd oğlu və Simon Luarsab oğlu yaxınlaşdılar46. Sonra Şah Rüstəm Lur, yüksək mövqeli əmirlər və qızılbaş əyanları, vəzirlər və ali məmurlar, əyalət əyanları, Hindistan padşahı Nizamşahın, Luristan hakimi İbrahim xanın, Mazandaran hakimi Mirzə xanın və Ərəbistan hakimi Seyid Səcadın elçiləri yaxınlaşdılar. Nəhayət, Portuqaliya kralı Don Sebastyanın firəng (avropalı) səfirləri yeni şahın "ayaqlarından öpmək üçün" taxta yaxınlaşdılar.İsmayılın qaladan azad edildikdən sonra almış olduğu 153 bütün hədiyyələr və bəxşişlər onun ayaqları altına yığılmışdı47. Biz artıq paytaxtda ustaclı tayfasının məruz qaldığı cəza tədbirləri haqqında danışmışıq. Bu xəbər əyalətlərdə ustaclı nümayəndələrinin devrilməsi üçün sanki bir işarə idi. Belə ki, mühüm vəzifələrin bu tayfa əyanlarının əlində olduğu Xorasanda (Heratda) əfşar tayfasının digər tayfalarla birlikdə qiyamı baş verdi. Bunun nəticəsində Xorasan hakimi Şahqulu Sultan Yegan48 öldürüldü. Tayfa darmadağın edildi və pərakəndə salındı. Şah, xan rütbəsi verməklə Əliqulu xan Şamlını Heratın hakimi və Xorasanın əmir əl-ümərası təyin etdi49. Ustaclı tayfasının sağ qalmış nümayəndələri hər vasitə ilə II Şah İsmayılın onları bağışlamasına nail olmaq, digər qızılbaş tayfaları ilə birlikdə ona xidmət etmək niyyətilə Qəzvinə doğru getdilər. Lakin onları burada da yaxşı qarşılamadılar. Onlat şahzadə Heydərin tərəfində çıxış etməklə qızılbaş tayfalarının nifrətini qazanmışdılar. İskəndər bəy Münşi yazır: "Ustaclı tayfası qızılbaşlar arasında gecə-gündüz öz rüsvayçılığından utanır və xəcalət çəkirdi"50. İsmayıl taxta çıxdıqdan sonra ilk əvvəl öz hakimiyyətini möhkəmləndirməyi qərara aldı. Bu məqsədlə o, sülalədən taxt-taca namizəd ola biləcək şəxslərin zərərsizləşdirilməsini zəruri hesab etdi. Biz artıq göstərmişik ki, uzun illər dustaqda tənha saxlanması İsmayılı ifrat dərəcədə hər şeydən şübhələnən və qəddar adam etmişdi. O, şahzadə Mustafanın 14 may hadisələrində Heydərlə birgə olmasını, Heydərin ölümündən sonra isə şahzadə Süleymanın öz bacısı Pərixan xanım və çərkəzlərin başçısı Şamxal tərəfindən taxta namizəd irəli sürüldüyünü unuda bilmirdi. İsmayıl ilk növbədə göstərilən şahzadələri məhv etməyi qərara aldı. O, bu məqsədlə şahzadə Mustafanı "himayə etməyi" adlı51. Ustaclı həmtayfaları başa düşürdülər ki, şah onların "taxttaca sədaqətini" sınaqdan keçirmək üçün dəhşətli üsul düşünmüşdür. İskəndər bəy Münşinin dediyi kimi, Pirə 154 Məhəmməd öz əlini şah sülaləsi nümayəndəsinin qanına bulamaq istəməsə də, qəzəbli şahın əmrindən boyun da qaçıra bilmədi. Çünki o, öz tayfasının şah qarşısındakı günahını yumaq istəyirdi. Beləliklə, Mustafa Pirə Məhəmməd xanın evinə çatdırıldı və bir neçə gündən sonra boğulub öldürüldü. Digər şahzadənin - Süleymanın da aqibəti dəhşətli oldu. O, şahın əmrinə əsasən, öz həyatı üçün əsən dayısı Şamxalın əli ilə öldürüldü. Bu qətllər 1576-cı il noyabrın 1-nə keçən gecə (şabanın 7-də)52 baş verdi. Lakin İsmayıl öz məqsədinə tam nail olmağa çalışırdı. İskəndər bəy Münşinin obrazlı dili ilə desək, o, qardaşlarını "öz dövlətinin gülşənindəki tikanlar" hesab edirdi. Çox qorxduğu Qəndəhar hakimi Sultan Hüseyn Mirzə53sağ ikən, İsmayıl riyakarcasına qardaşlarına canıyananlıq edir, onların sayıqlığını zəiflətmək istəyirdi. Lakin bir qədər sonra Xorasandan Sultan Hüseyn Mirzənin ölüm xəbəri alındı və onun qardaşlarına olan əsl münasibəti aşkara çıxdı54. Şah heç bir günahı olmayan, ədalətsiz tənələrdən əzab çəkən qardaşlarını da məhv etmək üçün bəhanə axtarmağa başladı. Günlərin birində paytaxt meydanında rumlu sufiləri ilə Qəzvin darğasının mülazimləri arasında mübahisə toqquşma ilə nəticləndi. Tezliklə darğa Əbdülqəni bəy Ustaclı tərəfdarlarından ibarət dəstəsi ilə özünü bura çatdırdı. Lakin o, sayca üstün olan sufilər tərəfindən əzişdirildi. İsmayıl, Müseyib xan Təkəliyə və Murtizaqulu xan Pornaka əmr etdi ki, qiyamçıları susdurmaq üçün hərəkət etsinlər. Əmirlər "həmin xalqın məskənlərinə" gedib meydandakı toqquşma ilə heç bir əlaqəsi olmayan, günahsız adamları qırdılar55. İğtişaşlardan istifadə edən İsmayıl paytaxtda olan şahzadələrə divan tutmağı öz adamlarına tapşırdı. Məhəmməd Hüseyn Mirzə56, şahzadə Mahmud və onun bir yaşlı oğlu Məhəmməd Bəkir, şahzadələr İmamqulu və Əhməd57, həmçinin 155 İbrahim Mirzə58 öldürüldülər. Sonra II İsmayıl əmisi, bibisi, dayısı, xalası oğlanları və onların əyalətlərdəki kişi nəslini qırmağa başladı. Belə ki, Sisitanda onun əmri ilə Bəhram Mirzənin oğlu Badi əz-zaman Mirzə, öz oğlu Bəhramla birlikdə qətlə yetirildi59. Gəncədə yaşayan Sultan Mirzə isə kor edildi. Beləliklə, qətllər müvəqqəti olaraq dayandırıldı. Yalnız onun qardaşı Məhəmməd Mirzənin (bir anadan olmuşdular) oğlanları toxunulmaz qaldılar: Sultan Həsən Mirzə, Həmzə Mirzə, Abbas Mirzə, Abutalıb Mirzə və Təhmasib Mirzə.


II Şah İsmayılın dövlət idarəçiliyi


Xalqın vəziyyəti I Şah Təhmasibin hakimiyyətinin son illərində xüsusilə ağırlaşmışdı. Alessandrinin şəhadətinə əsasən, son 8 il ərzində quldurların əli ilə 10 min nəfərdən artıq adam öldürülmüşdü. Yollar təhlükəli idi, tacir anbarlarına hücumlar adi hal almışdı61. Həsən bəy Rumlunun qeydlərinə görə, I Şah Təhmasibin ölümü əyanlar arasında böyük təlaşa və çaxnaşmaya səbəb oldu. Seyidlər, qazılar və üləmalar öz həyatları üçün narahat olur, "pozğun ünsürlərin və qara camaatın" (ronud və ovbaş)62 üsyanından qorxurdular. Belə bir təhlükənin heç də xəyali deyil, gerçək olduğunu şahın ölümündən sonra, on gün ərzində Qəzvində qarışıqlıq hökmsürdüyünü xəbər verən İskəndər bəy Münşinin məlumatlarından da görmək olar. İskəndər bəy Münşi yazırdı: "Məhəllələrin qara camaatı (acəmirə) və pozğun ünsürləri (ovbaş) qiyam və iğtişaş üçün başlarını qaldırdılar". Əlbəttə ki, hücumlara ilk növbədə varlı şəhərlilərin özləri məruz qaldı. Həmin günlərdə heç kəs "öz evindən başını çıxarmağa" cəsarət etmirdi. Bu vəziyyət hakimiyyət orqanlarının hadisələrin təhlükəli gedişinin qarşısını almaq qərarına gəldikləri günədək – 1526-cı il mayın 24-dək 156 davam etdi. Həmin gün carçılar şəhərdə belə bir əmri elan etdilər ki, küçələr maneələrdən təmizlənməli və bundan sonra "başqasına əl qaldıran edam ediləcəkdir"63. Tacqoyma günlərində öz işlərinin baxılmasını tələb edən xalq kütlələri şahın sarayına gəlirdilər. Onların arasında "türklər, taciklər, hərbçilər və rəiyyət" var idi. İsmayıl kəndlilərin və şəhərlilərin partlayışına yol verməmək üçün xalqın vergilər haqqında və inzibati işçilərinə dair şikayətlərinə baxmaq işini dayısı oğlu İbrahim Mirzəyə həvalə etdi64. Məhəmmədi xan Toxmaq Ustaclı, Mirzə Əli Qacar və vəzir Mirzə Şükrulla onunla birgə ədalət divanında iclas etməli idilər. Onların "ən ali divanının" möhürü ilə imzalanan sənədlər qüvvədə olan qanun hüquqlarına malik idi. İsmayılın hakimiyyətinin bir-iki ayı ərzində bütün mülki və dövlət işləri ədalət divanında həll edilirdi. Lakin şahın özünün həll etməli olduğu vilayət hakimlərinin təyin olunması kimi daha mühüm işlər təxirə salınırdı. II İsmayıl itirilmiş vaxtın əvəzini çıxmaq üçün hakimiyyətdən istifadə edir, kef-işrətlə məşğul olurdu. Bir müddətdən sonra şah narazı qaldığı vəzir Mirzə Şükrulla İsfahanini öz vəzifəsindən kənar etdi. Onun yerinə Mirzə Salman təyin edildi. İskəndər bəy Münşi göstərir ki, o, dövlət işlərinin həllində böyük müstəqilliyə malik olduğu halda İsmayıl idarəçilik işlərinə qarışmırdı. Mirzə Salman İsmayıldan dövlət işlərinə kənar adamların müdaxiləsinə yol verməmək və qızılbaş əmirlərinin qarşısında təslim olmamaq barədə göstəriş almışdı65 II İsmayılın dövründə saray vəzifələrinin və vilayət hakimlərinin heyətində bəzi dəyişikliklər həyata keçirildi. Təbiidir ki, bu vəzifələrə əvvəlki kimi azərbaycanlı qızılbaş əyanlarının nümayəndələri təyin edilirdi. Farsların (taciklərin) rolu yalnız mülki işlərlə məhdudlaşırdı. Saray vəzifəsi eşikağasıbaşı (saray təşrifçisi) Hüseynqulu xan Şamlıya həvalə edildi. Mirşah Qazi mustoufi əl-məmalik (baş xəzinədar) oldu. Müseyib xan Şərəfəddin 157 oğlu Təkəli, xan rütbəsi alaraq Rey hakimi təyin edildi. Kürdüstanda Ələşkərt bölgəsinin idarəsi Sulaq Hüseyn Təkəliyə bağışlanıldı. Biz artıq qeyd etmişik ki, Əliqulu xan Şamlı Herat hakimi və Xorasan əmir əl-ümərası təyin olunmuşdu. Murtuzaqulu xan Pornaka Məşhədin idarə olunması etibar edildi. Qarabağın əmir əl-ümərası və Gəncə vilayətinin hakimi Yusif Xəlifə Ziyad oğlu, qacar tayfasından olan Peykər Sultan tərəfindən öldürülmüşdü. Bu vəzifəyə İmamqulu xan Qacar təyin edildi. Kirman hakimi Allahqulu bəy Əfşar, şahın xüsusi hərbi dəstəsinin başçısı (qorçibaşı) vəzifəsinə irəli çəkildi. Mahmud Sultan Əfşar isə Kirman hakimi təyin edildi. Şiraz vilayətinə hakim təyin edilən Vəli xan Qalxançıoğlu Zülqədər az sonra II İsmayılın təzəcə dünyaya gəlmiş oğlu Şahşücanın66 tərbiyəçisi oldu. "Şərəfnamə"nin müəllifi Şərəf xan Bidlisi Kürdüstanın "əmirlər əmiri" vəzifəsinə keçdi"67.


İkİnci Şаh İsmаyılın sünni vә şiәlәrә оlаn münаsibәti


Оsmаnlılаrа kin-küdurәt bәslәnmәsinә bахmаyаrаq, ikinci Şаh İsmаyıl dövlәtlәr аrаsı sülh vә әmin-аmаnlığın bәrqәrаr оlunmаsınа nаrаzı dеyildi. О, müхtәlif sәbәblәr üzündәn Tәhmаsibin sünni mәzhәbinә qаrşı hәyаtа kеçirdiyi siyаsәtdә müәyyәn dәyişiklәr аpаrmаq fikrinә düşür. Tаriхçilәrdәn bәzilәrinin yаzdıqlаrınа görә tәrbiyәçisi hәlә uşаq ikәn bu istiqаmәtdә оnun üzәrindә bir çох işlәr görmüş vә оnun әqidәsinә böyük tәsir göstәrә bilmişdi. Bәlkә dә bunа görәdir ki, Qәzvinә qаyıdаrkәn Sоltаniyyә binаsını görmәyә gеdir. Lаkin оrаdа Sоltаniyyә günbәzinin yахınlığındа yеrlәşәn şаir Tаcәddin Hәsәn Kаşinin mәqbәrәsini ziyаrәt еtmir. Kаşi, Tәhmаsib şаhın böyük еhtirаm göstәrdiyi şаirlәrdәn biri idi. О, öz хаtirәlәrindә Kаşinin şеrlәrindәn istifаdә еtmiş vә mәqbәrәsindә әsаslı tәmir işlәri аpаrmışdır. Әhli-bеyt аşiqlәrindәn оlаn Kаşi bütün şеrlәrini mәsum imаmlаrа hәsr еtmişdir. Bәlkә dә İkinci İsmаyıl оnun mәqbәrәsini bunа görә ziyаrәt еtmirdi. Оnun bеlә bir әhvаl-ruhiyyәdә оlmаsınа böyük tәsir göstәrәn şәхslәrdәn biri dә Qәzvindә yаşаyаn vә zаhirdә özünü şiә kimi qәlәmә vеrәn, әslindә isә sünni mәzhәbini yаymаğа cаn аtаn Mir Mәхdum Şәrifi оlmuşdur. О, Qәzvindә ilk хütbәsini Şаh İsmаyılın аdı ilә bаşlаyır vә bu vахt hәlә İsmаyıl Qәzvinә dахil оlmаmışdı. İsmаyıl ilә yахın münаsibәtdә оlduğu üçün şübhәsiz ki, оnu sünni mәzhәbinә sövq еdәn dә mәhz оnun özü оlmuşdur. Mirzә Mәхdum İsmаyıl ilә о qәdәr yахınlаşа bilir ki, şаh оnu özünün әn yахın müşаvirlәrindәn biri sеçir vә sünni mәzhәbindәn оlаnlаrа mаliyyә yаrdımı pаylаnılmаsını mәhz оnа hәvаlә еdir. Tаriхçilәrdәn biri yаzır: "Mir Mәхdum qızılbаş аlimlәrinin tәyziqi nәticәsindә h.q. 985-ci ilin Cәmаdiә-әvvәl аyının 17-dә cümә günü şаhın qәzәbinә gәlәrәk hәbs оlunur". Qаzi Әhmәd Qumi оnun hаqqındа yаzır: "İsmаyılın ölümündәn sоnrа fürsәtdәn istifаdә еdәn qızılbаşlаr Mirzә Mәхdumu zindаndаn çıхаrıb еdаm еtmәk fikrinә düşürlәr. Lаkin о, Pәriхаnımın himаyәsi ilә ölümdәn yаха qurtаrır vә dәrhаl Оsmаnlı dövlәtinә pәnаh аpаrır". Оsmаnlılаr оnu qаzi tәyin еdir vә h.q. 987-ci ildә şiә mәzhәbinin әlеyhinә "Әnә vаizun әlәr-rәvаfiz" аdlı kitаbını tәlif еdir. İkinci İsmаyıl qızılbаşlаrın müхаliflәrinә lәnәt охumаlаrının qаrşısını аlır vә bu bаrәdә оnlаrın bәzi аlimlәrinә ciddi хәbәrdаrlıqlаr еdir. Şаhа yахın оlаn vә qızılbаşlаrın cаnişinlik uğrundа аpаrdıqlаrı mübаrizәdә Tәhmаsibin cәnаzәsi üzәrindә dаyаnmış vә bir nеçә ох yаrаsı аlmış Mühәqqiq Kәrәkinin qız nәvәsi Sеyid Hüsеyn Kәrәki (h.q. 1001) оlur. Mirzә Аbdullаh İsfаhаninin yаzdığınа görә, ikinci Şаh İsmаyıl Sеyid Hüsеynә qızılbаşlаrı himаyә еtmәkdәn әl çәkmәsinә dаir хәbәr göndәrir. Lаkin Sеyid Hüsеyn bununlа hеç cür rаzılаşmır. İkinci Şаh İsmаyıl bu istiqаmәtdә bir sırа işlәr görür, hәttа dövriyyәdә оlаn pullаrın üzәrindәn imаmlаrın аdlаrını götürmәyә bеlә nаil оlur. О, bеlә bir аddımı аtsа dа, Sеyid Hüsеyn kimi аlimlәrin ciddi müqаvimәti ilә qаrşılаşır. Göstәrilәn tәzyiqlәrdәn sоnrа şаh özünün yаzdığı bu misrаlаrı pullаrın üzәrinә vurulmаsınа rаzı оlur: "Zе mәşriq tа mәğrib gәr imаmәt, Әli vә аli u mаrа tәmаmәt." Yәni Şәrqdәn qәrbәdәk imаm оlsа dа, "Әli vә аli Әli bizә kifаyәt еdәr". Mәlum mәsәlәdir ki, şаhın bеlә bir siyаsәti şiә mәzhәbinә sоn dәrәcә tәәssübkеş оlаn vә şаhı sufilәrin mürşidi hеsаb еdәn qızılbаşlаrа mәnfi tәsir göstәrmişdir. Vеrilәn mәlumаtlаrdаn bеlә mәlum оlur ki, bәzi türkmәn qәbilәlәri şаhın sünni mәzhәbinә mеyilli оlmаsındаn hiddәtlәnmiş vә оnа qаrşı üsyаn еtmәk istәmişlәr. Tәkcә аdi cаmааt dеyil, аlimlәrin dә böyük bir hissәsi şаhdаn üz çеvirmiş vә оnu sünni mәzhәbinә qаrşı tәhrik еtmişlәr. Rumlu yаzır: "İkinci Şаh İsmаyıl Sеyid vә аlimlәrin pаyınа düşәnlәri kәsib şаfеi mәzhәbini qәbul еdәnlәrә vеrmәk istәyirdi. Bunun üçün dә qızılbаş оrdusu оndаn üz çеvirdi". Bir sözlә, müvәqqәti оlsа dа İkinci Şаh İsmаyıl göstәrilәn tәzyiqlәrdәn sоnrа hәyаtа kеçirdiyi siyаsәti dаyаndırmаlı оlur. Lаkin gözlәnilmәz ölüm nәzәrdә tutulаn siyаsәtin hәyаtа kеçmәsinә birdәfәlik sоn qоydu.


Sah Ismail

Комментариев нет:

Отправить комментарий