Страницы

12.07.2012

ABŞ-ı məhvə sürükləyən 10 köpük

haberAmerikan kapitalizminin dırnaqarası daimi artımı bu gün heç vaxt olmadığı qədər ifşa olunmağa yaxındır


Özünün pessimist baxışları ilə məşhur olan Wall Street Journal-ın köşə yazarı Pol Farrell, partlaması ilə kapitalizmi darmadağın etməyə hazır 10 köpüyünü sadalayır.
Balansın pozulmasının ilkin əlamətlərini 5 il əvvəl 90 mlrd. dollarlıq dövriyyəsi olan qida şirkətinin CEO-su Jeremy Grantham müəyyənləşdirmişdi.
O, vəziyyəti qatar qəzasının yavaşıdılmış çəkilişinə bənzədirdi. Biznesmen hesab edir ki, həmin vaxtdan bu qatar yalnız sürətlənməyə davam edib.
Amerikan kapitalizminin dırnaqarası daimi artımı bu gün heç vaxt olmadığı qədər ifşa olunmağa yaxındır.

1.Tibbi sığorta və səhiyyə sistemindəki köpük. ABŞ-da səhiyyə xərcləri ÜDM-in 15%-ni təşkil edir və ölkə iqtisadiyyatının çiyinlərində ağır yükdür. Bununla yanaşı 3 000-dən çox lobbiçilər bu xərclərin artırılması üçün çalışırlar.
2.Vaşinqtonu bütün Amerikadan təcrid edən hakimiyyət köpüyü. Ölkənin irihəcmli borcu ilə əlaqədar hökümət nümayəndələrinin siravi vətəndaşların həyatına müdaxiləsi artıb. Rəsmilər bunu bilirlər lakin hər vəzifəliyə 20 lobbiçinin düşdüyü Vaşinqtonda təcrid olunmuş şəkildə yaşamaqda davam edirlər.
3.Wall Street-də məvacib və kompensasiya köpüyü. Bank səhmləri bazarda dəyərdən düşdüyü müddətdə, onların idarəçilərinin məvacibləri 20% artmışdır. Tək Citi-nin səhmlərinin dəyəri 61% aşağı düşmüşdür.
4.Sosial bərabərsizlik köpüyü. Amerikadakı sosial bərabərsizlik səviyyəsi 1929-cu ildəki böyük depressiya səviyyəsinə çatmışdır. Özünün problemə dair yeni kitabında Josef Stiglitz böyük amerikan arzusunu mif adlandırır – 2008-ci ildən 1% ən varlı amerikalılar ölkədəki gəlirlərin mütəmadi olaraq 93%-ni əldə edirlər.
5.Borc köpüyü. Borc öhdəlikləri arasında sıxışmış kollec məzunları öz təhsil xərclərini ödəmək üçün ya kofe paylaqla ya da hamburger hazırlamaqla məşğul olurlar. Tələbələr heç bir tibbi sığortaya və təqaüd proqramına malik olmadan illərlə belə yerlərdə ilişib qalırlar.
6.Qlobal işsizlik köpüyü. Gənclər işsiz qalmağa davam etdikcə çevriliş haqqında düşünməyə başlayırlar. Əgər dövlət bu problemə göz yummağa davam edərsə “Ərəb yazı” və ya “Wall Street-in işğalı” hərəkatları reallığa çevriləcək.
7.Neft köpüyü. İqtisadiyyatın geriləməsi ilə əlaqədar neft qiymətləri azalmaqda davam edir. Bu isə neft ixtacatı ölkələrində sosial təzyiqləri artırır.
8.Qlobal maliyyə riskləri köpüyü. 2008-ci ilin böhranından sonra Amerikanın iqtisadi bərpası lazımi qədər sürətli olmadı. 2008-ci ildən sonra ixrac 43 % artdı və bu ixracın 83%-i Asiya, Latın Amerika, Avropa ölkələrinə göndərilir. Həmin ölklər isə iqtisadi cəhətdən heç də yaxşı vəziyyətdə deyillər və baş verəcək hər hansı büdrəmədə Amerikanı da arxalarınca sürükləyəcəklər.
9.Ləng artım köpüyü. ABŞ-da əksər maliyyə analitikləri öz müştərilərini yavaş artım erasına hazırlayırlar. Yeni iqtisadi reallıqda dünyanı qənaət tədbirləri, aşağı faiz dərəcələri və fond bazarındakı zəif artım idarə edir.
10.Kapitalizm köpüyü. Nə vaxtsa müasir dünyanın lideri kimi görünən Amerika özünün borc bataqlığında boğulduqca daha da eqoist olub. Rus-amerikan yazıçısı Ayn Rendə görə “ekstremal” kapitalizmin nəticəsi etik və mənəvi dəyərlərin yox olması və gələcəyə görə məsuliyyət daşımamaq istəyi oldu.


slon.ru

Комментариев нет:

Отправить комментарий