Redaksiyanın poçtundan
Cəlilabad respublikanın ən böyük strateji əhəmiyyətli rayonlarından biridir. Təəsüflər olsun ki, rayon sakinlərinin maddi vəziyyəti ürəkaçan deyil və sosial problemlər günü-gündən çoxalır.
Özüm də Cəlilabad rayonunun Muğan
kəndində doğulub boya-başa çatmışam. Hal-hazırda Bakı şəhərində yaşamağıma
baxmayaraq, kəndə tez-tez gedib öz yaxınlarımla söhbətdən hər şeydən
agaham. Kəndimiz də bələdiyyə sədrləri
ilə, icra nümayəndəlikləri elə tez-tez dəyişir ki, “Basketbol” oyununda
oyunçular heç belə tez-tez dəyişdirilmir. Bu isə ondan irəli gəlir ki, təyin
olunan sədrlər tapşırıqları yerinə yetirə bilmir.
Təsəvvür edin ki, rayona ən yaxın kəndlərdən olan Muğan, Maşlıq və Söyüdlü kəndlərində 20 ildən çoxdur ki, mavi yanacaq yoxdu. Kənd sakinləri yalnız fasilələrlə verilən işıq enerjisi ilə kifayətlənir ki, bu da heç ürəkaçan deyil.
Hal-hazırda kəndimiz aşağıda adlarını
sadaladığım şəxslərin əsarəti altında qalıb. Bir sözlə,
bu şəxslər əməlli-başlı at oynadırlar. Onlardan hazırki
bələdiyyə sədri Həsən Fətullayev və keçmiş bələdiyyə sədri Hakim Əhmədov kənd ağsaqqallarının xahiş və iradlarını
belə veclərinə almırlar.
Yaxınlarımdan
biri mobil telefonuma zəng vurub, onların başına açılan oyunları yuxarılara
çatdırmağımı
xahiş etdi. Hələ əvvəlki bələdiyyə sədri Hakim Əhmədovun kəndin heyvanlar üçün
ayrılmış otlaq sahəsinin satıb alver
eməsini indi təzə bələdiyyə sədri Eldəniz Əmənov
yerinə yetirir. Kənd sakinlərinin narazıçılığına heç bir məhəl qoymayan bu
şəxslər kənd
torpaqlarını otlaq sahəni dağ rayonlarından kəndə
gəlmiş sakinlərə satırlar.
Kəndin əsas təsərrüfatı kartofçuluq və
heyvandarlıq olduğundan, kənd sakinləri təşviş içindədi ki, torpaqlar satılarsa
heyvanlar da satılmalıdır. Hələ də kartof sahəsində öz kartofuna müştəri tapa
bilməyən sakinlər çox çıxılmaz vəziyyətdədirlər. Mövzunun davamı olacaq...
Vasif
Əlihüseyn
BSU-nin
Yaradıcılıq fakulitəsinin tələbəsi
vasif_c85@mail.ru
Комментариев нет:
Отправить комментарий