Страницы

28.07.2012

Bəşəriyyətin düşməni

 Asif Həsənli
Professional Oxucu Liqası

ABŞ dinc əha­liyə qar­şı kim­yəvi si­lah­dan is­ti­fadə et­miş­dir

Bey­nəl­xalq Koa­li­siya qüv­və­ləri İraq mü­ha­ri­bə­sin­də dinc əha­liyə qar­şı «ağ fos­for»dan is­ti­fadə et­miş­di­lər.
2003-cü ilin 18-21 ap­re­lin­də Əl-Na­si­riy­yə şə­həri ya­xın­lı­ğın­da ge­dən dö­yüş­lər­də koa­li­siya qüv­və­lə­ri­nin məğ­lub ol­duğu du­rum­da ABŞ or­dusu şə­hərə kim­yəvi si­lah olan «yan­dı­rıcı ağ fos­for» bu­rax­dı. Pen­ta­qon pol­kov­niki Bar­ri Vi­nebl Nais­riy­yəyə fos­for bu­rax­dıı­ğını eti­raf edə­rək tə­kəb­bür­lü mü­sa­hi­bə­sin­də bu­nun son­ra­lar acı nə­ti­cə­lər ve­rə­cəyi haq­da fi­kir­lə­rini utan­ma­dan «Nyu York Tayms»a da­nı­şır­dı. O de­yir­di:

«Ağ fos­for 150 metr radius­da bü­tün can­lı­ları məhv edir, 350 metr radius­da isə yan­dı­rıcı xas­səyə ma­lik­dir, də­rini 30 də­qiqə ər­zin­də deşik-de­şik edib in­fek­siya ya­ra­dır, qa­şın­ma baş­la­yır».
Pen­ta­qo­nun şefi Do­nald Rams­feld isə ABŞ-ın bü­tün mü­ha­ri­bə­lər­də ağ fos­for­dan is­ti­fadə et­di­yini giz­lət­mir və bunu adi hal he­sab edir­di: «Ağ fos­for ABŞ-ın mü­ha­ri­bə­lər­də is­ti­fadə et­diyi adi hər­bi ins­tru­ment­dir».
Qeyd et­mək la­zım­dır ki, BMT-nin «Adi si­lah­lar haq­qın­da Kon­ven­si­yası»nın III pro­to­ko­lu­nun əla­və­sin­də hər cür yan­dı­rıcı, da­ğı­dıcı və baş­qa bu kimi  xas­səyə ma­lik olan kim­yəvi, bak­terio­loji və nüvə si­lah­la­rın­dan is­ti­fadə edil­mə­sinə qa­dağa qo­yul­muş­dur. ABŞ isə mə­su­liy­yət­dən qaç­maq üçün bu sə­nədi konq­res­də ra­ti­fi­ka­siya et­mə­miş­dir. Buna görə də is­tə­ni­lən mü­ha­ri­bədə gü­nah­sız in­san­la­rın küt­ləvi şə­kil­də məhv edil­mə­sinə sə­bəb olan is­tə­ni­lən si­lah­dan is­ti­fadə edir və hər za­man da mə­su­liy­yət­dən qaçır.
İraqa «fos­for bom­bası»nın atıl­ması bü­tün dün­yanı, hət­ta koa­li­si­yanı təm­siil edən döv­lət­ləri də sar­sıt­mış­dı. Hət­ta İta­liya hö­ku­məti buna rəs­mi eti­ra­zını bil­dir­miş­di. Fran­sa­nın nü­fuz­lu «Mondi» qə­zeti kim­yəvi bom­ba­dan is­ti­fadə edil­mə­sini «İn­san­lığa qar­şı dü­şü­nül­müş qəsd» ad­lan­dır­mış­dı.
Ru­si­ya­nın «Ar­qu­men­tı i faktı» qə­zeti bunu «Qər­bin Şər­qə qar­şı vəh­şi­liyi» kimi qə­ləmə ver­miş­di.
Buna bax­ma­ya­raq ABŞ or­du­su­nun əs­gər­ləri 2004-cü il ma­yın 19-da Mu­ka­ra­dib­də qan­lı qır­ğın tö­rət­di­lər.
14 no­yabr 2005-ci ildə Ha­dit­də dinc in­san­ları gül­lə­ba­ran et­di­lər.
2006-cı ilin mar­tın 22-də nov­ruz bay­ramı ərə­fə­sin­də ABŞ or­du­su­nun az­ğın­laş­mış əs­gər­ləri Bağ­da­dın şimal-şər­qin­də yer­lə­şən İşaku şə­hə­rin­də 28 gü­nah­sız dinc əha­lini qət­lə ye­tir­di­lər, 14 qa­dını və 7 qız uşa­ğını zor­la­dı­lar.
Tək­cə 2004-2005-ci il­lər­də 12 min gü­nah­sız iraq­lı ter­ro­run qur­banı ol­muş və qət­lə ye­ti­ril­miş­di.
ABŞ əs­gər­ləri ayrı-ayrı qrup­lar şək­lin­də məs­cid­lərə, ba­zar­lara, av­to­bus­lara da­xil olur, Əl-Qai­də­nin adın­dan part­la­yış­lar və ter­ror akt­ları tö­rə­dir­di­lər.
«Hyu­man royts» qə­zeti ya­zır ki, ABŞ or­dusu 2002-ci ildə xlor­dan is­ti­fadə edə­rək 285 nə­fər dinc in­sa­nın ölü­münə sə­bəb olan hər­bi əmə­liy­yat apar­mış­dı­lar.  
Elə bu­nun nə­ti­cəsi idi ki, pre­zi­dent­lik döv­rü­nün axı­rın­cı həf­tə­sin­də C.Bu­şun İraqa növ­bəti sə­fəri za­manı mət­buat konf­ran­sın­da Asif Zər­dabi adlı bir jur­na­list qəf­lə­tən ayaq­qa­bı­la­rını çı­xa­rıb uca­dan «Al, İraq əha­li­si­nin vida öpüşü» de­yə­rək Bu­şun üzə­rinə atdı, amma ayaq­qa­bı­lar ona dəy­mə­yib düz ya­nın­dan keçdi.
ABŞ pre­zi­den­tinə İraq­da ayaq­qa­bı­la­rın atıl­ması İraq əha­li­si­nin ABŞ-ın tə­ca­vüz­kar və iş­ğal­çı­lıq si­ya­sə­tinə olan nif­rə­ti­nin rəs­mi ifa­dəsi de­mək idi! Ayaq­qa­bı­lar­dan son­ra C.Buş nəin­ki İraq­dan, hət­ta ha­ki­miy­yət­dən get­məli və bu zo­rakı si­ya­sətə son qoy­malı idi. La­kin o, utan­ma­dan bunu adi hal he­sab edə­rək «cə­miy­yə­tin de­mok­ra­ti­yası» ad­lan­dır­dı və hə­ya­sız­ca­sına gü­lüm­sə­yə­rək zal­dan çıxdı.

Комментариев нет:

Отправить комментарий