Страницы

25.07.2012

Məmməd Nəcəfzadə: "Sayman Aruzu qorumalıyıq!"

"Belə yüksək mənəviyyatlı gənc mübarizlərimizi müxtəlif təpkilərlə və dedi-qodularla ruhdan salmamalıyıq!"


Sayman Aruz Güney Azərbaycanımızdan bizlərə pənah gətirmiş istedadlı yazıçı, kövrək qəlbli şair və gənc siyasətçidir. O, Bakıya gəldiyi çox qısa müddətdə böyük şəxsiyyətlərimiz Mirzə İbrahimov, Mədinə Gülgün, Balaş Azəroğlu, Söhrab Tahir, Qulamrza Səbri Təbrizi, Sabir Nəbioğlu və digər Bütöv Azərbaycan uğrunda tam həyatını, taleini fəda vermiş ədiblərimizin müqəddəs işini çox ləyaqətlə davam etdirir. Bu azmış kimi, bu mübariz insan Azərbaycan Yazarlar Birliyində Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsini (müstəqil şəkildə) yaradaraq ona çox fəal qaydada rəhbərlik edir. Özünün fəaliyyətində ona yaxından köməklik göstərən hörmətli yazarlarımız Anarın, Fikrət Qocanın adlarını xüsusi minnətdarlıq hissi ilə vurğulayır.
İctimai xadim, DAKın fəxri sədri, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi, xalq şairi, "Şöhrət Ordeni" laureatı və prezident təqaüdçüsü Söhrab Tahir, xalq şairi və ictimai xadim Sabir Nəbioğlu kimi əslən Güneyli olan dahi şəxsiyyətlərimizi özünə ağsaqqal və öndər kimi qəbul edir.
Sayman bəy etiraf edir ki, bir zamanlar hörmətli Qulamrza Səbri Təbrizi ilə müəyyən incikliklər olub və bu zəmində o özü də bəzi səhvlərə yol verib.
Hesab edirəm ki, belə yüksək mənəviyyatlı gənc mübarizlərimizi müxtəlif təpkilərlə və dedi-qodularla ruhdan salmamalıyıq, onları öz övladımız kimi qorumalıyıq! Qaldı ki, Güneylə Quzey arasında süni münaqişə yaratmağa səy göstərmək - bu yalnız düşmən işidir və "ar olsun!"- deyirəm belə insanlara!


Dərin hörmətlə:
Mammed Nadjafzadeh -
AMEA-nın əməkdaşı, Moskva Dövlət Universiteti Bakı Filialında Dillər Kafedrasının professoru,
DAK Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü, DAK Brüssel Qurultayının (2012) nümayəndəsi

Комментариев нет:

Отправить комментарий