Страницы

31.07.2012

MÜKAFATIMI VERİN!

ШАХ И МАТ :  Oqtay Salamov
                 
Bəlkə də həftənin başlanmasını heç vaxt belə səbrsizliklə gözləməmişdim. Tezliklə bazar ertəsini gözləyirdim ki, səhər tezdən yazını qəzetə göndərim, vəd edilən mükafatı məndən qabaq kimsə ala bilməsin. Özü də iki mükafatı birdən almaq fikrindəyəm.
Düzdü, müasir hesabla çox da  böyük mükafat deyil, amma cavabı o qədər sadədir ki, sanki bizim SMS dilənən verilişlərimizin sualılarıdır. Bir həftədi ki, telekanalların biri az qala yalvarır ki, bizim mili ornamentimizin adı nədir? Amma indi  bu məsələnin yeri deyil, mən beynəlxalq mükafat almaq niyyətindəyəm. Bax, xəbərdarlıq edirəm, xəbərin müəlliflik hüququ ancaq mənə məxsusdur, istifadə edənlər faizimi verməlidirlər.

Somali «boyevik»ləri ABŞ prezidenti Barak  Obamanın yerini bildirənə 10 dəvə mükafat verəcək. Onlar ABŞ Dövlət Departamentinin «Əl-Şabab»  islam terrorist qruplarının 7 rəhbərinin tutulmasına kömək göstərənlərə   ümumi  olaraq 33 milyon dollar mükafat vəd etməsinə  cavab olaraq Obamanın yerini deyən adama belə bəxşiş verəcəklərini bildiriblər. İslamçılar həmçinin dövlət katibi Xillari Klintonun yerini bildirənə  10 xoruz və 10 toyuq mükafat verəcəklər.
Quruplaşmanın nümayəndəsi deyib ki, «kafirlərin müsəlman liderlərinin öldürülməsi üçün mükafat vəd etməsində təzə bir şey yoxdur. Onlar peyğəmbərimiz Məhəmmədin  başı üçün dəvələr verməyi təklif etmişdilər». Bununla o Qurana əsaslanaraq Məkkədə peyğəmbərin tutulması və ya öldürülməsi üçün 100 dəvə mükafat verilməsi vədini xatırladıb.
ABŞ Dövlət Departamenti iyunun 7-də «Əl-Şabab» liderlərinin tutulmasına körə mükafat veriləcəyi məlumatını vermişdi. Departamentin bəyannaməsində deyilirdi ki, bu quruplaşma Somalidə minlərlə adamların, beynəlxalq humanitar təşkilatların əməkdaşlarının, jurnalistlərin, Afrika İttifaqının sülhyaradıcılarını qətl etməsində cavabdehdir.
«Əl-Şabab» ABŞ-da terrorçu təşkilatlar siyahısındadır.
Nə qədər axtardımsa da, bu əlində kabab sözünü xatırladan «Əl-Şabab» təşkilatının liderlərinin harada olmasını  öyrənə bilmədim. Ona görə 33 milyon dollara iştahımı mırıltmadım. Amma  Hillari Klintonun  bir neçə gün qabaq Ermənistanda, Gürcüstanda, Azərbaycanda oldusunu, buradan da Türkiyəyə, İstanbula getdiyini bilirəm. Deməli, ən azından 5 xoruz, 5 toyuq  mənə düşür.
Ağ Ev (ing. the White House) - Amerika Birləşmiş Ştatları prezidentinin daimi iş və yaşayış yeri olub, Vaşinqtonun mərkəzində yerləşir.  Bu da dəqiq ünvanı:Kolumbiya ştatı, Vaşinqton şəhərinin şimal-qərbində Pensilvaniya-avenyu 1600. Binada 132 otaq, 147 pəncərə, 142 qapı, 3 lift, 7 pilləkən var. Ağ evin bir hissəsi prezident ailəsinin yaşayış otaqlarından ibarətdir. Deyilənə görə, hər il Ağ evdə 215 mindən çox rəsmi nümayəndə heyəti, 18 mindən çox qonaq olur.
2001-ci ilin 11 sentyabr hadisələrinə qədər Ağ ev turistlərin üzünə açıq olub və hər gün bu binaya orta hesabla 6 minə qədər turist gəlib. Amma xəbərdarlıq edirəm ki,  indi oraya turist kimi girə bilməyəcəksiniz. Çünki 11 sentyabrdan sonra Ağ ev dəmir barmaqlıqlarla hasara alınıb...
Əgər üstəlik bir keçi də versəniz, ağ planının rus dilində, iki keçi versəniz, canımın canı çıxsın, zəhmət çəkib Azərbaycan, əgər üç keçi versəniz lap Somali dilinə də tərcümə edərəm. Sonra deməyin ha ki, kişini  keçi qiymətinə  satdım.
P.S. Bilmirsiniz dəvənin biri neçə manata gedir?..


ogtaysalamov@rambler.ru

Комментариев нет:

Отправить комментарий