Страницы

12.09.2012

ABŞ səfirliyinə hücumu kim təşkil edib?

Devran Abdullah

Ötən həftə mediadan aldığımız məlumatlara bildirilirdi ki, Barak Obama İsrailin baş naziri Netanyahu ilə görüş keçirib . Netanyahunun təkid etməsinə baxmayaraq Barak Obama İsrailin İrana hücum təklifi ilə razılaşmayıb. Bu həftə isə mediada belə məlumatlar yayıldı ki, Obama Netanyahunun BMT-nin assamleyasının keçirilməsi ərəfəsində yenidən görüşmək təklifinə rədd cavabı verərək onunla görüşməkdən imtina edib. ABŞ dövlət katibi Hillari Klinton da açıqlama edərək “Sanksiyalara və diplomatiyaya zaman verilməlidir” demişdi.
Gördüyümüz kimi İsrail rejimi pis vəziyyətdə qalmışdı. Sanki, təhqir edilmişdi. Bunun əvəzini ABŞ-dan çıxmalı idi.

Və bugün Liviyadakı ABŞ səfirliyinə raket hücumu edildi. Hücum nəticəsində ABŞ səfiri və 3 hərbçi həyatlarını itirdilər. Hucuma səbəb kimi bir amerikalı rejissorun Peyğəmbərimiz barədə çəkdiyi filmin fraqmentinin youtube-da yayımlanması idi. Maraqlısı odur ki, filmi çəkən rejissor yəhudi idi. Etnik mənsubiyyət kefiyyət göstəricisi deyil. Mən özüm etnik millətçiliyi rədd edirəm. Amma, filmin 100 yəhudi mənşəli donorlar tərəfindən maliyyələşdirilməsi artıq gözardına alınası fakt deyil.
Əlbəttə, mən filmin çəkilməsi səbəbini yəhudilərin müsəlmanları təhqir etmək niyyətləri ilə bağlamağa tələsmirəm. Məncə burada biz yəhudi kimliyi faktoruna deyil, İsrail və yəhudi lobbisi faktoruna diqqət yetirməliyik. Belə alətlər həmişə əl altında olur. Lazım gəldikdə istifadə olunur. İsrail təhqir olunmuşdu. İsrail və yəhudi lobbisi bunun intiqamını almalı idi və aldılar da.
Burada 2 versiya var:
1.İsrail və yəhudi lobbisi bu filmi ortaya çıxarıb və mümkün reaksiyaları təxmini hesablayıb özləri kənarda durublar. Vacib deyildi ki, ABŞ səfirliyinə hücum etsinlər. Elə kütləvi aksiyalar və nifrət dalğası kifayət edirdi.
2. Kənarda durmaqla kifayətlənməyib, bu işdə aktiv iştirak ediblər.
2-ci versiyanı təhlil edək.
Hər yerindən duran ABŞ səfirini qətlə yetirə bilməz. Bu heç də hansısa silahlı qrupun özbaşına etdiyi hücuma bənzəmir.
Mən demirəm ki, hücumu İsrailin xüsusi təyinatlıları bilavasitə həyata keçiriblər.Hər kəs bilir ki, indi dünyada terrorçu-sələfi qruplardan hansısa sifarişləri yerinə yetirmək üçün istifadə edilir. İsrailin və yəhudi lobbisinin bu hücumla nəzərdə tuta biləcəyi məqsədlər:
1. Göstərmək istəyirlər ki, onlar ciddiyə alınacaq gücdür.
2. Obama administrasiyasının imicinə zərbə endirmək
.
3. ABŞ-ın Yaxın Şərqdə həyata keçirdiyi layihənin effektivliyini şübhə altında qoymaqla layihənin həyata keçməsinə zərər vermək(bununla öz güclərini nümayiş etdirirlər). Bu baxımdan hücumun məhz Liviyada gerçəkləşdirilməsi də təsadüfi deyil. Layihə ən çox Liviya məsələsində tənqidə məruz qalırdı. Bu tənqidləri yumşaltmaq üçün ötən ay Liviya iqtisadiyyatında "inqilab"dan sonra "irəliləmə" olması xəbəri də ictimai rəyə sırınmışdı. Hillari Klinton hücumdan sonra etdiyi çıxışında deyib: "Azad etdiyimiz ölkədə bu necə baş verə bilər"
.

Комментариев нет:

Отправить комментарий