Страницы

14.09.2012

“Bu film İsrailin təxribatıdır“

"Məqsəd müsəlman dünyası ilə ABŞ-ı qarşı-qarşıya qoymaq idi" 

Qabil Hüseynli: "ABŞ-ın atdığı addımlar bu planın həyata keçməsinə imkan vermədi"

"Bu film ilk baxışda bir nəfərin avantürasına bənzəyirdi. Ancaq sonradan bir neçə dəfə Quranın nüsxələrini yandıran keşiş Terri Consun da bu məsələdə iştirakı aydın oldu. Ona görə də bunu bir nəfərin avantürası saymaq olmaz. Filmi 5 yəhudi milyardçının maliyyələşdirməsi də nəzərə alınmalıdır. Belə aydın olur ki, bu filmin ortaya çıxması İsrailin dövlət maraqlarından irəli gəlib".
Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli müsəlman ölkələrində (İran, Liviya, Misir, Pakistan, Banqladeş) böyük narazılıq doğuran və Liviyada 4 diplomatın qətlə yetirilməsinə səbəb olan "Müsəlmanların məsumluğu" filmi ərtafında baş verən hadisələri şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu film heç də peşəkar sənət əsəri deyil: "Bunun özü də bir sıra mətləblərdən xəbər verir. Digər tərəfdən, filmin rejissoru Sam Basil (bu, onun əsl adı deyil) "Müsəlmanların məsumluğu"nun 100 seriyasını çəkəcəyini bildirmişdi. Amma indi qaçıb gizlənib. Filmdə çəkilən 50 aktyor isə saxtakarlığa yol verildiyini, aldadıldıqlarını, səslərinin saxtalaşdırıldığını bildirib və filmdən imtina ediblər. Bu, bir daha təsdiq edir ki, bu film İsrail xüsusi xidmət orqanlarının təxribatıdır".
"Sizcə, bu, İsrailin müsəlman dünyası ilə ABŞ arasında qarşıdurma yaratmaq istəyindən irəli gələ bilərmi" sualına cavabında politoloq bildirib ki, filmin bir anda ortaya çıxması və aralığı qatması elə bu məqsədə xidmət edir: "ABŞ İsrailin İrana hərbi müdaxilə etməsini istəmir. ABŞ hərbçiləri bu addımın regionu "barıt çəlləyi"nə çevirəcəyini bildirirlər. Eyni zamanda ABŞ İsraili bu fikrindən daşındırmağa çalışır. Prezident Barak Obamanın başı isə seçkiyə qarışıb. O, İsrailin avantürasına getmək istəmir. Həmin filmin ortaya çıxması da ABŞ-la müsəlman dünyası arasında qarşıdurma yaratmağa, Amerikada islamafobiyanı gücləndirməyə xidmət edirdi. Lakin ABŞ-ın atdığı addımlar bu təhlükəni sovuşdurdu. Dövlət katibi bu filmin "iyrənc və qınanmağa layiq" olduğunu bildirdi. Məncə, İsrailin istəyi baş tutmadı".

Комментариев нет:

Отправить комментарий