Страницы

12.09.2012

Daha bir intihar!

İsmayıllı rayonunda 40 yaşlı kişi intihar edib. Rayon prokurorunun köməkçisi Pərviz Mirhəşimovun ANS PRESS-ə verdiyi məlumata görə, Kamran Məmmədov küçəsində yaşayan İlham İlyar oğlu Rüstəmov özünü yaşadıqları evdə asıb.
“I sinifə gedən bir uşaq atası olan İ.Rüstəmov 3 qardaşı ilə birlikdə yaşayıb. Hazırda intiharın səbəbləri araşdırılır. Ailədaxili münaqişənin olub-olmaması və digər məsələlərə aydınlıq gətiriləndən sonra intiharın səbəbi məlum olacaq”.
Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Rüstəmovlar ailəsi çox imkansızdırlar. Belə ki, 3 evli qardaş kiçik bir evdə yaşayıblar. İlham Rüstəmov uzun müddət iş axtarsa da tapa bilməyib. Bir neçə dəfə intihar etmək cəhdi ailə üzvləri tərəfindən alına bilib.
Qonşularının sözlərinə görə, İlham intihar etməmişdən əvvəl ailəsi üçün məktub da yazıb. Məktubun tam məğzi gizlin saxlanılsa da, qonşular məktubda İlhamın kasıbçılıqdan şikayətləndiyini bildirirlər.

Комментариев нет:

Отправить комментарий