Страницы

11.09.2012

Diskoteka qalmaqalında həbs olunan jurnalistlərə 2 ay

Sentyabrın 10-da Masallı Rayon Məhkəməsi dindarlar – “Xeber44.com” saytının rəhbəri Araz Quliyev və Rza Ağalı barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Məlumatı “Media forum” saytına Araz Quliyevə dövlətin təyin etdiyi vəkil Qəhrəman Əliyev verib.
Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, sentyabrın 8-i axşam radələrində Araz Quliyev və Rza Ağalı Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstəriblər. Nəticədə rayonun iki sakini və polis əməkdaşı xəsarət alıb, bir xidməti avtomobilin şüşələri sındırılıb.

Vəkil bildirib ki, Araz Quliyev Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs tərəfindən xuliqanlıq) təqsirləndirilir: “Araz Quliyev məhkəmə çıxışında bildirdi ki, festivala aid tədbirdə diskotekanın, yarıçılpaq rəqqasələrin yığışdırılmasını tələb edib, milli adət-ənənələrə, milli mentalitetə hörmət etməyə çağırıb. Heç bir xuliqanlıq etmədiyini, sadəcə etiraz etdiyini dedi”.

Комментариев нет:

Отправить комментарий