Страницы

07.09.2012

Ömər Xəyyam. Gül rəngli şərab ver bizə, ey saqi!


Şəkil: Köhnə şərab içib məstəmsə məstəm,
Kafir, atəşpərəst, ya bütpərəstəm.
Barəmdə hərə bir fikir söyləyir,
Aydındır öz işim, mənə hər kəsdən.Dünən meyxanada mən bir qocadan
Soruşdum ki, gedib bu qədər insan,
Onlardan xəbər ver. Dedi: - Şərab iç!
Gedənlər qayıtmaz bir də heç zaman.
***
Gül rəngli şərab ver bizə, ey saqi!
Uymayaq söhbətə, sözə, ey saqi.
Bir kuzə mey gətir, torpağımızdan
Dövran düzəltməmiş kuzə, ey saqi.
***
Bilmirəm yaradan nə verib mənə,
Cənnətə gedərəm, ya cəhənnəmə.
Burda saz, mey, gözəl, çəmən olsa nəqd.
O nisyə cənnəti verərəm sənə.

***
Bu ucsuz, bucaqsız dairədə sən
İki cür insanı xoşbəxt görərsən.
Bir qismi hər şeyi bilən, o biri
Xəbərsiz yaşayan dünya işindən.
***
Köhnə şərab içib məstəmsə məstəm,
Kafir, atəşpərəst, ya bütpərəstəm.
Barəmdə hərə bir fikir söyləyir,
Aydındır öz işim, mənə hər kəsdən.
***
Həyatın sirrini bilsəydi ürək,
Bilərdi ölümün sirri nə demək.
Bu gün sağlığında bir şey bilməyən
Ölüb getdi, sabah nə dərk edəcək?

Ömər Xəyyam

Комментариев нет:

Отправить комментарий