Страницы

14.09.2012

Ümidimi səbrlərə bağlamışam

Vasif Əlihüseyn

 Bakıya gəldiyim ilk gündən, çox əzablara qatlaşdım. Anamın “əməliyyat” xəbərinə əliboş getdiyim, günü 5 AZN işləyib, aya 50 AZN kirayə pulunu verə bilmədiyim günlər Qobustan qayalıqları kimi, həmişəlik yaddaşımın divarlarına şəklini çəkib.
Amma, məhlənin başında ki, restoran da “qarsonluq” yapmağa başladıqda, hər şey dəyişdi. İş yerimə yaxın olduğundan, məhlədə kirayə ev tutub yalnız yaşamağa başladım.
Bir gün qara eynəkli qızın məhlədə mənimlə qarşılaşmağı həm məni, həm də özünü çaşdırdı. Elə hər şeydə bundan sonra başladı...
Allahdan şimşək çaxmağını, yaxış yağmağını diləyirdim ki, onun gözləri gün eynəklərinin azad olsun.
   
    İşimdən-gücümdən olmuşaqm indi,
    hər yol döngəsində sevgim gizlənir.
    Qara gözlərindir sənin əzizim,
    eynək arxasında məndən gizlənir.

 Ona ilk dəfə yaxınlaşdığımda, mənə belə demişdi; - Xahiş edirəm, məni narahat etməyin!
Sonradan bu söz, bizim həmişə gülüş mövzumuz oldu.  Bundan sonra məhlənin başında ki, restorananın “qarsonluğunu” da, məhlədə ki, kirayə otağımı da sevgimə qatıb eləcə sevdim. Ayları bir-bir yola saldıq... fəsillərin yağışında birgə islanıb, şaxtasında birgə donmağıdı öyrəndik.
Hər axşam restoranda ki, müştərilərin başını qatıb, onun düşəcəyi dayanacağa boylanırdım. Bütün avtobuslar, yaxınıma çevrilmişdi.

         Yenə dayanmışam, yol qırağında,
         könlümdən bir səni görməyim keçir.
         Hər gələn avtobus ümüdüm olur,
         amma nə faydası, dönməyib keçir.

Avtobusdan düşüb, dörd zolaqlı yolu keçmək istədikdə, xeyli gözləyərdi. Bütün sürücülərə acığım tutardı və qaçıb bütün sürücülərə, “dayanın!” demək keçirdi içimdən. Bilirdim mənə belə heç kim qulaq asmayacaq ona görə də, hərdən “Polis” olmaq keçirdi içimdən.

     Belə durmayaydım, mən boynu bükük,
     nə edib, yolları bağlatdıraydım.
     Mən gərək bir “polis” çavuşu olub,
     bütün maışnları saxlatdıraydım.

 Amma bir gün, hər şey dəyişdi. Anasının sevgimizdən xəbər tutması aləmi bir-birinə qatdı. Atası, küçənin ortasında önümü kəsib mənə iki sillə elə tutuzdurdu ki, ağlım başımdan çıxdı, gözümdən gün eynəyi düşüb sınıq-sınıq oldu. O, gündən hər şey gözümdən düşdü, gözümdə ki, gün eynəyi kimi. Hər şeyə qadağa qoyuldu, onunla bağlı olan hər şeyə... Hələ də, o mənə gözündə ki, gün eynəyinin arxasından, mənsə kirayə otağımın pəncərəsindən baxıram və hər dəfə onu düşünən də, cüt səbr gəlir. Ümüdümü səbrlərə bağlamışam.

Комментариев нет:

Отправить комментарий